AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİNİN
QƏRARI
2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair
28 oktyabr 2003-cü il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (Sədr), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri İ.Nəsirov və V.Mahmudovun, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, Q.Orucov, Ə.Əliyev, X.Əhmədov, A.Tağıyev, İ.Məmmədov, Y.Bağırzadə və A.Əliyevin,
ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi M.İsmayılov və həmin kafedranın müəllimi A.Cəfərovun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII
hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələri M.Pənahov, S.Qasımova, V.Mahmudov, İ.Nəsirov və F.Cavadovun çıxışlarını, ekspertlər M.İsmayılov və H.Hüseynovanın rəylərini dinləyib, işin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vuraraq, nəticələrinin təsdiq və elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş konstitusiya işlərinə baxılmasının ümumi qaydalarına müvafiq olaraq, seçkilərlə bağlı şikayətlərə baxılmanın nəticələrinə dair Azərbaycan Respublikası Prokurorluğuna, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsinə sorğular göndərmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarında müəyyən edilən qaydalara uyğun olaraq 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikası üzrə səsvermənin nəticələrinə dair 2003-cü il 20 oktyabr tarixli protokolu və bu protokolun təsdiq edilməsinə dair həmin tarixli, 41/348 saylı qərarı qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq göstərilən protokol, qərar və onlara əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və elan olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmişdir.
Təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının protokollarını araşdıraraq özünün 2003-cü il 20 oktyabr tarixli, 41/347 saylı qərarı ilə seçkilərə dair 694 məntəqə seçki komissiyalarının qərarlarını ləğv etmiş və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab etmişdir.
Etibarlı hesab edilmiş 2 421 061 (iki milyon dörd yüz iyirmi bir min altmış bir) səs Prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür.
1.
Əliyev İlham Heydər oğlunun lehinə – 1 860 346 (bir milyon səkkiz yüz altmış min üç yüz qırx altı) səs və ya 76,84 faiz;
2.
Hacıyev Hafiz Ələmdar oğlunun lehinə – 8 267 (səkkiz min iki yüz altmış yeddi) səs və ya 0,34 faiz;
3.
Hacıyeva Lalə-Şövkətin lehinə – 87 523 (səksən yeddi min beş yüz iyirmi üç) səs
və ya 3,62 faiz;
4.
Həsənquliyev Qüdrət Müzəffər oğlunun lehinə – 12 071 (on iki min yetmiş bir) səs
və ya 0,50 faiz;
5.
İsmayılov İlyas Abbas oğlunun lehinə – 24 098 (iyirmi dörd min doxsan səkkiz) səs
və ya 1,00 faiz;
6.
Qəmbər İsa Yunis oğlunun lehinə – 338 145 (üç yüz otuz səkkiz min yüz qırx beş) səs
və ya 13,97 faiz;
7. Məmmədov
Etibar Səlidar oğlunun lehinə – 70 638 (yetmiş min altı yüz otuz səkkiz) səs və ya 2,92 faiz;
8. Rüstəmxanlı Sabir Xudu oğlunun lehinə – 19 973 (on doqqüz min doqquz yüz yetmiş üç) səs və ya 0,82 faiz.
«Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3.6-cı maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarları həmin Komissiyanın iclasında 15 üzvü iştirak etdikdə azı 10 nəfərin səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulmuşdur ki, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.
Yuxarıda göstərilən protokol və onun təsdiq edilməsinə dair qərardan göründüyü kimi həmin sənədlər Mərkəzi Seçki Komissiyasının 15 üzvündən 12 üzvünün səs çoxluğu ilə qəbul edilmişdir.
Ekspert qismində
cəlb edilmiş Azərbaycan
Respublikası
Dövlət Statistika
Komitəsinin
əməkdaşları
H.Hüseynova
və U.Həmidovanın
rəyindən
məlum olur ki, Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinin
nəticələrinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2003-cü il 20 oktyabr tarixli protokolu
və onun təsdiq edilməsinə
dair qərarı Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
100.2, 100.12, 108.2 və 203.3-cü
maddələrinin
tələblərinə
uyğun tərtib edilmişdir.
Məhkəmə iclasında
çıxış etmiş ekspert H.Hüseynova
verilmiş
rəyin düzgünlüyünü
təsdiq etmişdir.
Azərbaycan
Respublikası
Prokurorluğunun
2003-cü il 24 oktyabr tarixli, 03/3 saylı məktubunda
göstərilir
ki, Azərbaycan
Respublikası
Prezidenti
seçkiləri
ilə bağlı Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyasından
Baş Prokurorluğa
7 müraciət
daxil olmuşdur. Həmin müraciətlər
araşdırılarkən
qanun pozuntularına
yol verilməsi
müəyyən olunmamışdır.
Azərbaycan
Respublikası
Apellyasiya
Məhkəməsinin
2003-cü il 27 oktyabr tarixli, 5d-205/03 saylı, Azərbaycan
Respublikası
Ali Məhkəməsinin
2003-cü il 27 oktyabr tarixli, 2n-346 saylı məktublarından
göründüyü
kimi Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinə
dair Mərkəzi Seçki Komissiyasının
protokolu
və qərarı ilə bağlı göstərilən
məhkəmələrə
Seçki Məcəlləsinin
müəyyən etdiyi qaydada heç bir şikayət verilməmışdır.
Konstitusiya
Məhkəməsi
belə nəticəyə
gəlir ki, Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinin
nəticələrinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2003-cü il 20 oktyabr tarixli protokolu, bu protokolun
təsdiq edilməsinə
dair qərarı və onlara əlavə olunmuş sənədlər
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
100.2, 100.12, 108.2 və 203.3-cü
maddələrinin
tələblərinə
uyğundur
və bununla əlaqədar
olaraq 2003-cü il oktyabrın 15-də keçirilmiş
Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
protokolunda
əks etdirilmiş
nəticələri
təsdiq edilməlidir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
101-ci maddəsinin
II hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Eyni müddəanı
özündə əks etdirmiş
Azərbaycan
Respublikası
Seçki Məcəlləsının
203.4-cü maddəsində
göstərilir: «Konstitusiyanın
101-ci maddəsinin
II hissəsinə əsasən, Prezidentliyə
namizədə
səsvermədə
iştirak etmiş seçicilərin
yarısından
çoxu səs verdikdə, o, Azərbaycan
Respublikasının
Prezidenti
seçilmiş
sayılır».
Yuxarıda
göstərildiyi
kimi, seçici səslərindən
1 860 346 (bir milyon səkkiz yüz altmış min üç yüz qırx altı) səs və ya 76,84 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.
Beləliklə, Azərbaycan
Respublikası
Konstitusiyasının
101-ci maddəsinin
II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü
maddəsinin
tələblərinə
uyğun olaraq Prezidentliyə
namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan
Respublikasının
Prezidenti
seçilmiş
elan edilməlidir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
102-ci maddəsini
və 130-cu maddəsinin
VIII hissəsini, Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
203.1-ci maddəsini, «Konstitusiya
Məhkəməsi
haqqında» Azərbaycan
Respublikası
Qanununun 75, 76, 78, 81,
83 və 85-ci maddələrini
rəhbər tutaraq, Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi
QƏRARA ALDI:
1. 2003-cü
il oktyabrın 15-də keçirilmiş
Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinə
dair Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
2003-cü il 20 oktyabr tarixli protokolunda
əks etdirilmiş
nəticələri
təsdiq edilsin.
2. Azərbaycan
Respublikası
Prezidentliyinə
namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan
Respublikasının
Prezidenti
seçilmiş
elan edilsin.
3. Bu Qərar elan olunduğu
gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan» qəzetində
dərc edilsin.
5. Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
qərarı qətidir, heç bir orqan və ya vəzifəli
şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.