Qərarlar

07.05.02 2002–ci il aprelin12–də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı- Salyan, 31saylı Kəpəz seçki dairələrində AR Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

 

QƏRARI


 

2002-ci il aprelin12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı- Salyan,

31 saylı Kəpəz seçki dairələrində Azərbaycan Respublikasının

Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair


 

7 may 2002-ci il                                                             Bakı şəhəri

  

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri Q.Həsənquliyev Q.Orucovun, üzvləri V.Əsə­dov, T.Həsənov, Y.Hüseynov, R.İbrahimov, V.Kazımova, E.Qurbanov, İ.Məm­­mədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə, A.Tağıyev F.Cavadovun,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşı U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86- maddəsinə 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2002-ci il aprelin 12- 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.

Hakimlər B.Qəribov, R.Qvaladze Ə.Sultanovun məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, Mərkəzi Seçki Komissiyasının sədr müavini S.Qasımova, Mərkəzi Seçki Komissiyasının katibləri Q.­sənquliyev, Q.Orucov, Mərkəzi Seçki Komissiyasının üzvləri A.Tağıyev, A.Min­ba­şı­nın cıxışlarını dinləyib, mütəxəssislər H.Hüseynova U.Həmidovanın rəylərini nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN ETDİ:

 

2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Sal­yan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının 1 saylı protokollarını qanuna müvafiq olaraq ona əlavə edilən sənədləri 2002-ci il aprelin 18- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86- maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məcli­si deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən edilmiş qaydada yoxlayır təsdiq edir.

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı dairə seçki komissiyalarının 1 saylı protokollarının (ona əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlamışdır.

Təqdim edilmiş sənədlərdən görünür ki, göstərilən seçki dairələrində 2002-ci il aprelin 12- Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı - Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulmasına dair şikayətlərin daxil olub - olmaması daxil olubsa onlara qanunla müəyyən edilmiş qaydada baxılmasının nəticələri barədə arayış verilməsi üçün sorğu göndərmişdir.

Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsindən daxil olmuş 2002-ci il 26 aprel tarixli 5d-82/2002 saylı məktubda qeyd olunur ki, 2002-ci il aprelin 12- Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı 24 saylı Nərimanov birinci 29 saylı Əli Bayramlı-Salyan birmandatlı seçki dairələrində seçkilərin nəticələrinin ləğv edilməsinə dair iki şikayət daxil olmuşdur. Məhkəmə baxışı zamanı şikayətlərin heç biri təmin edilməmişdir. 31 saylı Kəpəz birmandatlı seçki dairəsindən isə seçkilərin nəticələrinin ləğv olunması barədə şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 03 may tarixli məktubundan görünür ki, 2002-ci il aprelin 12- Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2002-ci il 03 may tarixli 02/1-243 saylı məktubunda da göstərilir ki, məhkəmələrin məlumatlarına əsasən 2002-ci il aprelin 12- Azərbaycan Respublikasının Milli Məclisinə 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan 31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayətlər daxil olmamışdır.

Azərbaycan Respublikası Prokurorluğunun 2002-ci il 25 aprel tarixli 01/1983 saylı 2002-ci il 04 may tarixli 01/1925 saylı məktublarında qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə 24 saylı Nərimanov birinci 29 saylı Əli Bayramlı-Salyan birmandatlı seçki dairələrində 2002-ci il aprelin 12- keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş materiallar müvafiq qaydada araşdırılmış cinayət xarakterli qanun pozuntuları müəyyənləşdirilmədiyindən hər iki material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 31 saylı Kəpəz birmandatlı seçki dairəsində 2002-ci il aprelin 12- keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair Azərbaycan Respublikasının Prokurorluğuna hər hansı şikayət daxil olmamışdır.

İşdə olan sənədlərin mütəxəssislərin rəylərinin təhlili göstərir ki, 2002-ci il aprelin 12- 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş əlavə seçkilər üzrə dairə seçki komissiyaları tərəfindən tərtib edilmiş 1 saylı protokollar onlara əlavə edilmiş sənədlərAzərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqındaAzərbaycan Respublikasının Qanununa uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86- maddəsini 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqındaAzərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

       

QƏRARA ALDI:

 

1. 2002-ci il aprelin 12- 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən quvvəyə minir.

3. QərarAzərbaycanqəzetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

4.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə rəsmi təfsir edilə bilməz.