Постановления

07.05.02 2002–ci il aprelin12–də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı- Salyan, 31saylı Kəpəz seçki dairələrində AR Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

2002–ci il aprelin12–də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı- Salyan,

31 saylı Kəpəz seçki dairələrində Azərbaycan Respublikasının

Milli Məclisinə keçirilmiş əlavə seçkilərin  nəticələrinə  dair

7 may 2002-ci il                                                                                                Bakı şəhəri

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri Q.Həsənquliyev və Q.Orucovun, üzvləri V.Əsə­dov, T.Həsənov, Y.Hüseynov, R.İbrahimov, V.Kazımova, E.Qurbanov, İ.Məm­­mədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə, A.Tağıyev və F.Cavadovun,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşı U.Həmidovanın

iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin V hissəsinə  müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiyaişinə baxdı.

Hakimlər B.Qəribov, R.Qvaladze və Ə.Sultanovun məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, Mərkəzi Seçki Komissiyasının sədr müavini S.Qasımova, Mərkəzi Seçki Komissiyasının katibləri Q.Hə­sənquliyev,Q.Orucov, Mərkəzi Seçki Komissiyasının üzvləri A.Tağıyev, A.Min­ba­şı­nın cıxışlarını dinləyib, mütəxəssislər H.Hüseynova və U.Həmidovanın rəylərini  nəzərə  alaraq, Azərbaycan  Respublikasının  Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Sal­yan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında  dairə seçki  komissiyalarının 1 saylı  protokollarını və qanuna müvafiq olaraq ona əlavə edilən sənədləri 2002-ci il aprelin 18-də Azərbaycan Respublikasının Konstitusiya  Məhkəməsinə təqdim  etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məcli­si deputatlarının seçkilərinin  nəticələrinin düzgünlüyünü qanunla müəyyən edilmiş qaydada yoxlayır və təsdiq edir.

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası  Qanununun  75-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi müvafiq  mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Mərkəzi  Seçki  Komissiyasından daxil olmuş 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı dairə seçki  komissiyalarının 1 saylı protokollarının (ona əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlamışdır.

Təqdim edilmiş sənədlərdən görünür ki, göstərilən seçki dairələrində 2002-ci il aprelin 12-də Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 24 saylı Nərimanov birinci,  29 saylı  Əli  Bayramlı - Salyan,  31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulmasına dair şikayətlərin daxil olub - olmaması və daxil olubsa onlara qanunla müəyyən edilmiş qaydada baxılmasının nəticələri barədə arayış verilməsi üçün sorğu göndərmişdir.

Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsindən daxil olmuş 2002-ci il 26 aprel tarixli 5d-82/2002 saylı məktubda qeyd olunur ki, 2002-ci il aprelin 12-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı 24 saylı Nərimanov birinci və 29 saylı Əli Bayramlı-Salyan birmandatlı  seçki dairələrində seçkilərin nəticələrinin ləğv edilməsinə dair  iki şikayət daxil olmuşdur. Məhkəmə baxışı zamanı şikayətlərin heç biri təmin edilməmişdir. 31 saylı Kəpəz birmandatlı seçki dairəsindən isə seçkilərin nəticələrinin ləğv olunması barədə  şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 03 may tarixli məktubundan görünür ki, 2002-ci il aprelin 12-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2002-ci il 03 may tarixli 02/1-243 saylı məktubunda da göstərilir ki, məhkəmələrin məlumatlarına əsasən 2002-ci il aprelin 12-də Azərbaycan Respublikasının Milli Məclisinə 24 saylı  Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan və 31 saylı Kəpəz birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayətlər daxil olmamışdır.

Azərbaycan Respublikası Prokurorluğunun 2002-ci il 25 aprel tarixli 01/1983 saylı və 2002-ci il 04 may tarixli 01/1925 saylı məktublarında qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə 24 saylı Nərimanov birinci və 29 saylı Əli Bayramlı-Salyan birmandatlı seçki dairələrində 2002-ci il aprelin 12-də keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş materiallar müvafiq qaydada araşdırılmış və cinayət xarakterli qanun pozuntuları müəyyənləşdirilmədiyidən hər iki material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 31 saylı Kəpəz birmandatlı seçki dairəsində 2002-ci il aprelin 12-də keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair Azərbaycan Respublikasının Prokurorluğuna hər hansı şikayət daxil olmamışdır.

İşdə olan sənədlərin və mütəxəssislərin rəylərinin təhlili göstərir ki, 2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş əlavə seçkilər üzrə dairə seçki komissiyaları  tərəfindən tərtib edilmiş 1 saylı protokollar və onlara əlavə edilmiş sənədlər “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. 2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən quvvəyə minir.

3. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təfsir edilə bilməz.

   Sədrlik edən                                                                  Xanlar Hacıyev