Rauf Quliyev

Hakim

Photo

21 fevral 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1991-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirmişdir.  

1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildən 1998-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, sistemləşdirilməsi və qanunvericiliyin təminatı şöbəsinin məsləhətçisi; Beynəlxalq şöbənin rəisi vəzifələrində çalışmışdır.

1998-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində; 2010-cu ildən 2025-ci ilədək Konstitusiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsində çalışmışdır.

04 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-cü il tarixli  Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamına əsasən 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Ailəlidir, iki övladı var.