31.10.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda
Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin
208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxıldı.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki
Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini,
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının mütəxəssis mülahizələrini
və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinin
tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 208-ci maddəsinə
əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin
mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz
müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə
ziddiyyət təşkil etmir.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə
əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində
inzibati xəta haqqında iş üzrə səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə verilməlidir.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.