05.09.2023
Sentyabrın 5-də Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsində ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası katibliyinin İnsan
Hüquqları və Qanunun Aliliyi Direktoratlığının İnsan Hüquqları üzrə
direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Avropa Şurası arasında
səmərəli hüquq əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd edilmiş məhkəmə-hüquq
sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində
məhkəmələrin qarşısında duran vəzifələrə, habelə İnsan Hüquqları üzrə Avropa
Məhkəməsi ilə əməkdaşlığın əhəmiyyətinə toxunulmuşdur.
Qeyd edilib ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq
əməkdaşlığına xüsusi diqqət yetirərək, qəbul etdiyi bir çox qərarlarında öz
hüquqi mövqeyini əsaslandırmaq məqsədilə “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını Plenumun qərarlarında
geniş şəkildə tətbiq etməklə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə
istinad edir.
Kristof Puarel Avropa Şurasına üzv olan ölkələrin milli
məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə hüquq əməkdaşlığının vacibliyini
qeyd etmiş, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələlərə toxunmuşdur.
Görüş zamanı fikir mübadiləsi aparılmış, məhkəmə-hüquq
əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.