30.04.2025
Aprelin
30-da Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə
birgə təşkil edilmiş “Konstitusiya və Suverenlik İli” adlı hüquq olimpiadasının
qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdən
öncə iştirakçılar Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini və
muzeyini ziyarət ediblər.
Bakı
şəhəri Qaradağ rayonunda yerləşən 10 orta məktəbin 200 nəfər yuxarı sinif
şagirdləri arasında keçirilən hüquq olimpiadasının mükafatlandırılma mərasimində
Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları, Elm və Təhsil Nazirliyinin və Qaradağ rayonu İcra
Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin
əvvəlində Konstitusiya Məhkəməsinin məsul nümayəndəsi sədr Fərhad
Abdullayevin hüquq olimpiadası iştirakçılarına təbrik müraciətini çatdırdı və
“Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbirinin yüksək səviyyədə təşkil
olunmasında Elm və Təhsil Nazirliyinə və Qaradağ rayon İcra Hakimiyyətinə,
iştirak edən bütün məktəblərin direktor və müəllimlərinə, şagirdlərə təşəkkürünü
bildirdi.
Bildirildi
ki, Konstitusiya Məhkəməsi tərəfindən gənclər arasında konstitusion dəyərlərin
təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil olunur, maarifləndirmə işləri
aparılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin
yüksəldilməsinə, onların hüquqi dövlət quruculuğunda fəal iştiraklarına,
konstitusiya – hüquq əsaslarının və prinsiplərinin daha da dərindən öyrənmələrinə
daim diqqət yetirir.
Daha
sonra Elm və Təhsil Nazirliyinin və Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri
çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət
quruculuğu və gənclərin hüquq sahəsində dünya görüşlərinin artırılmasının
vacibliyini vurğulayıblar. Qeyd olundu ki, çoxəsrlik dövlətçilik ənənələrini
davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi –
referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu hüquqi dövlətin
qurulmasında mühüm dönüş nöqtəsi olub.