27.02.2020
Azərbaycan
Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi
Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın
26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.
Konstitusiya
Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə
uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar
qəbul edəcək.
İşlə bağlı Plenumun iclasının hansı tarixə təyin
edilməsi barədə kütləvi informasiya vasitələrinə rəsmi olaraq əlavə məlumat
veriləcək.