2009-10-08 Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanin Konstitusiya Məhkəməsinin Sədri Ivetta Matsejkovanin başçiliq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

News

2009 Oct

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin bu gün o qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycana səfəri uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcəkdir. 
İvetta Matsejkova Slovakiyanın Konstitusiya Məhkəməsi ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında beynəlxalq səviyyədə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu iki qurumun mütəmadi olaraq məhsuldar təcrübə mübadiləsi apardığını dedi. Qonaq ölkəsində Azərbaycanda gedən böyük inkişaf proseslərinin maraqla izləndiyini vurğuladı.