08-11-2019 Bakı Avropa Liseyinin şagirdləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olublar.

News

2019 Nov

Noyabrın 8-də Konstitusiya günü münasibətilə Bakı Avropa Liseyinin 6-cı sinif şagirdləri Konstitusiya Məhkəməsinə gələrək Konstitusiya və Məhkəmənin fəaliyyəti haqqında məlumat aldılar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları tərəfindən Bakı Avropa Liseyinin şagirdləri üçün kiçik bir mühazirə keçirilib. Şagirdlərə ölkənin Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, habelə Əsas Qanunda əks olunmuş dəyərlər barədə ətraflı məlumat verilib. Həmçinin Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş Konstitusiya Məhkəməsinin fəaliyyətinə toxunulub. Mühazirəyə böyük maraqla dinlədikdən sonra, şagirdlər öz suallarını da verdilər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra şagirdlər Konstitusiya Məhkəməsinin binası və Plenum zalı ilə tanış olublar. Sonda birgə xatirə şəkilləri çəkilib.