Sentyabrın 23-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən
bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət
göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim
edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.
Məhkəmənin fəaliyyətində
iştirak edən könüllülər Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatik
Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin
Akademiyasının hüquqşünas ixtisası üzrə oxuyan tələbələridir.
Konstitusiya Məhkəməsində
könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, vətəndaşların
qəbulunda bilavasitə iştirak etmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri,
həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış
olmuşlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.