2017-07-14 Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

News

2017 Jul

İyulun 14-ü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 19-cu ildönümüdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

Bu münasibətlə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.