Okyabr ayının 17-dən 19-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanovanın başçılıq etdiyi Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq İstanbul Hüquq Konqresində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olmuşdur.
Sədr müavini Sona Salmanova tədbirdə “Konstitusiya yurisdiksiyasının səlahiyyətləri və hüdudları” mövzusunda çıxış etmişdir.
Səfər çərçivəsində Sona Salmanovanı Aparat rəhbərinin müavini Səbinə Əliyeva və Aparatın şöbə müdiri Humay Əfəndiyeva müşayiət etmişdirlər.