2008-05-19 Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Kiyev şəhərində beynəlxalq məhkəmə konfransında iştirak etmişdir

News

2008 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Konstitusiya Məhkəməsi Sədrinin dəvəti ilə 16 may 2008-ci il tarixdə Kiyev şəhərində Ukrayna Respublikası Konstitusiya Məhkəməsinin keçirdiyi «Konstitusiya Məhkəməsi dövlət hakimiyyət orqanları sistemində» mövzusunda beynəlxalq məhkəmə konfransında iştirak etmişdir. 

Konfransı Ukrayna Prezidenti Viktor Yuşenko giriş sözü ilə açaraq, bütün tədbir iştiakçılarına uğurlu iş arzulamışdır.

Daha sonra iştirakçı dövlətlərin Konstitusiya Məhkəmələrinin Sədr və hakimləri Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında münasibətləri, Parlamentlə işbirliyi, Konstitusiya Məhkəməsinin qərərlarının icra olunması, hakimlərin müstəqilliyi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Konstitusiya ədalət mühakiməsi sahəsində tətbiq olunması, Konstitusiya Məhkəmələrinin effektiv fəaliyyətinin artırılması, Konstitusiya ədalət mühakiməsinin müstəqilliyi və nüfuzu, Konstitusiya Məhkəmələrinin dövlət hakimiyyəti orqanları sistemində rolu və digər mühüm məsələlər üzrə məruzələri təqdim edərək fikir mübadiləsi aparmışdırlar. 

Tədbirdə həmçinin, Ukrayna Ali Radası, Prezident Administrasiyası, Ali Məhkəməsi və digər ali dövlət orqanlarının nümayəndələri iştirak etmişdirlər. 

Sədr Fərhad Abdullayev səfər çərçivəsində Ukrayna Respublikası Konstitusiya Məhkəməsinin Sədri Andrey Stricakla görüş keçirmişdir. Görüşdə hər iki dövlətin Konstitusiya Məhkəmələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın aspektləri və digər qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilmişdir.