2007-12-10 «Konstitusiya Məhkəmələrinin Rolu. Siyasi-hüquqi həyatın konstusionalizasiyası» mövzusunda Beynəlxalq Konfrans

News

2007 Dec

5-9 dekabr 2007-ci il tarixlərində Rumıniya Konstitusiya Məhkəməsinin 15-illik yubileyinə həsr olunmuş «Konstitusiya Məhkəmələrinin Rolu. Siyasi-hüquqi həyatın konstusionalizasiyası» mövzusunda keçirilmiş Beynəlxalq Konfransda Konstitusiya Məhkəməsi Aparatının Rəhbəri cənab A. Zeynalov və Beynəlxalq hüquq şöbəsinin böyük mütəxəssisi A. Hüseynzadə iştirak etmişdirlər.

Tədbirdə, Avropa ölkələri Konstitusiya Məhkəmələrinin sədrləri və hakimləri ilə yanaşı, Əlcəzair Konstitusiya Şurasının üzvləri, Venesiya Komissiyasının nümayəndələri və Avropa Ədalət Mühakiməsinin hakimləri iştirak etmişdirlər.

Tədbirin ilk iki günündə (6-7 dekabr) Rumıniya Parlament Sarayında təşkil olunmaqla Konfrans keçirilmişdir. Konfransı, çoxsaylı media nümayəndələrinin də iştirakı ilə Rumıniyanın Prezidenti Trayan Basesku açmış və Rumıniya Konstitusiya Məhkəməsinin Sədri İoan Vida, hakimləri və bütövlükdə Rumıniya ictimaiyyətini bü mötəbər yubiley münasibətilə təbrik etmişdir. Prezident təbrik sözləri ilə yanaşı Rumıniyada demokratik və hüquqi dövlət quruculuğu prosesində, eləcə də, Rumıniyanın Avropa Ailəsinə inteqrasiyasında Konstitusiya Məhkəməsinin rolunun əvəzsiz olduğunu bildirmişdir. Rumıniya KM-nin Sədri İoan Vida Prezident Baseskuya, bütün qonaqlara və Konfrans iştirakçılarına tədbirdə iştiraka görə təşəkkürünü bildirərək, Məhkəmənin hakimlərini və personalını təbrik etmişdir. O, qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin əsas vəzivəsi, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qorunmasından ibarətdir. KM-nin Sədri Vida tədbir iştirakçılarına Konstitusiya Məhkəməsinin 1991-ci il 8 dekabr tarixində referendum yolu ilə təsis edildiyini və müvafiq olaraq 1992-ci ilin iyul ayında Məhkəmənin plenar iclasında Konstitusiya Məhkəməsinin fəaliyyətini və təşkil qaydalarını müəyyən etmiş Məhkəmə Qaydalarının təstiq edildiyini bildirmişdir. Eyni zamanda, KM-nin Sədri Məhkəmənin təşkili və tərkibi, prosedur qaydaları, səlahiyyətləri və Məhkəmə haqqında digər məlumatlar vermişdir. 

Həmçinin, Konfransda qonaqlar və Rumıniyanın təhsil, məhkəmə və müvafiq dövlət qurumlarından olan nümayəndələri tərəfindən məruzələr oxunmuşdur. Məruzələr, müxtəlif ölkələrin hüquq sistemlərini tənzimləyən normaların konstitusionalizasiyası, hakimiyyət bölgüsü sistemində Konstitusiya Məhkəməsinin rolu, Avropada huquq qaydaları və Konstitusiya qanunvericiliyi, konstitusional ədalətin konstitusionalizm və demokpatiya üçün zəmanəti, müxtəlif ölkələrin siyasi-hüquqi həyatında Konstitusiya Məhkəmələrinin Qərarlarının təsiri və bu kimi digər mövzulara həsr olunmuşdur. Hər bir məruzədən sonra həmin mövzulara dair iştirakçılar arasında müzakirələr aparılmışdır. 

Konfransın işi 7 dekabr günün 1-ci hissəsində bitmiş elan olunmuşdur. 

İclasın ilk günündən sonra, Konstitusiya Məhkəməsinin Sədri cənab İoan Vida tədbir iştirakçıları üçün Diplomat Klubda rəsmi qəbul təşkil etmişdir. Qəbul zamanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab F. Abdullayevin Rumıniya tərəfinə ünvanladığı təbrik məktubu oxunulmuş və AR KM-si tərəfindən hazırlanmış xüsusi hədiyyə də əlavə olunmaqla cənab A. Zeynalov tərəfindən şəxsən cənab Vidaya təqdim edilmişdir. Dərin təşəkkürünü bildirən cənab Vida, AR KM-nin Sədri cənab F. Abdullayevə ən xoş arzularının çatdırılmasını xahiş etmişdir.Rumıniyanın mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədilə, Rumıniya Konstitusiya Məhkəməsi tərəfindən qonaqlar üçün xüsusi proqramm hazırlanmışdır. Belə ki, Konfransdan sonra (07-08 dekabr) tədbir iştirakçılarını Rumıniyanın cənub hissəsində yerləşən Braşov, Sinaya və Bran şəhərlərindəki bir sıra mədəniyyət mərkəzləri o cümlədən, Braşovun Köhnə Şəhəri, Bran Qalası (daha çox Drakula Qalası kimi tanınan), Qara Kilsə, Peleş Kral Qalasına aparmışlar. Həmçinin, qonaqları Karpatı dağlarında yerləşən qış istirahət mərkəzləri ilə də tanış etmişdirlər. 08 dekabrda tədbir tam başa çatmışdır.09 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları ilə birlikdə, Buxarest şəhərinin mərkəzində yerləşən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Parka gedilmişdir. Orada, Heydər Əliyev büstünün önünə cənab A.Zeynalov tərəfindən əklil qoyulmuşdur. Səfirliyin əməkdaşları Parkın qısa tarixi və aparılan abadlıq işləri barədə məlumat vermişdirlər.