2005-05-19 Kipr Respublikasının Nikosiya şəhərində «Konstitusiya ədalət mühakiməsi təcrübəsində insan hüquqlarının məhdudlaşdırılmasının meyarları» mövzusunda Avropa Konstitusiya Məhkəmələri Konfransı

News

2005 May

Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri Ə.Sultanov, R.Qvaladze və beynəlxalq ələqələr şöbəsinin müdiri R.Quliyev 2005-ci ilin may ayının 15-19 tarixlərində Kipr Respublikasının Ali Məhkəməsinin Sədri Xristos Artemidesin dəvəti ilə Nikosiya şəhərində «Konstitusiya ədalət mühakiməsi təcrübəsində insan hüquqlarının məhdudlaşdırılmasının meyarları» mövzusunda Avropa Konstitusiya Məhkəmələri Konfransının 13-cü Konqresində iştirak etmişlər. Konqres zamanı mövzu ilə bağlı milli məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Səfər zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti bir sıra Avropa dövlətlərinin Konstitusiya Məhkəmələrinin nümayəndələri ilə görüşlər keçirmiş, məhkəmə təcrübəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Konqres iştirakçılarını Kipr Respublikasının Prezidenti cənab Tasos Papadopulos qəbul etmişdir.