14-16 oktyabr 2004-cü il tarixdə Çexiya Respublikasının Praqa şəhərində «Məlumatların Qorunması» mövzusuna həsr olunmuş seminarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər müdiri Akif Hümbətov və Beynəlxalq Hüquq şöbəsinin məsləhətçisi Fərid Əhmədov təmsil etmişlər. Seminarda əsasən ölkələrinin şəxsi məlumatlarının qorunması idarələri və ya müxtəlif dövlət orqanlarını təmsil edən nümayəndələr iştirak etmişlər. Burada Professor İve Pule, Beynəlxalq Kommersiya Palatasının məlumatların qorunması bölməsinin sədri Kristofer Kuner, Avropa Şurasının məlumatların qorunması üzrə komissarı Piter Hustinks, Avropa Şurasının Hüquq Məsələləri üzrə Direktorluğun baş direktoru Qay de Vel, Niderlandın Ədliyyə Nazirliyinin məlumatların qorunması üzrə hüquq məsləhətçisi Aleksander Paticn məruzələri dinlənilmişdir.