2004-03-29 Fərhad Abdullayev Almaniyalı qonaqları qəbul etmişdir

News

2004 Mar

Martın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev AFR Baden-Vürtenberq Torpağının Konstitusiya Məhkəməsinin və Ştutqart şəhərinin Ali Məhkəməsinin Sədri cənab Eberhard Ştilz, GTZ-in "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin rəhbəri cənab Tomas Herman, GTZ-in "Keçid dövrü ölkələrində hüquq islahatları" layihəsinin rəhbəri, Bremen universitetinin professoru cənab Rolf Knieperı Konstitusiya Məhkəməsində qəbul etmişdir.

Cənab F. Abdullayev qonaqları salamlayaraq onları 2003-cü ilin dekabrın 23-də qəbul olunmuş yeni "Konstitusiya Məhkəməsi haqqında" Qanunla tanış etmiş, məhkəmənin çıxartdığı qərarlar və son illər ərzində həyata keçirilən fəaliyyət barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Almaniya Federal Konstitusiya Məhkəməsinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə geniş əlaqələr mövcuddur. Cənab Ştiltz öz növbəsində bu əməkdaşlığı yüksək qiymətləndirərək Baden-Vürtenberq Torpağının Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə məlumat vermiş, Azərbaycan və Almaniya arasında hüquq sahəsində əməkdaşlığın davam etməsini vacib olduğunu vurğulamışdı. Qonaq həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin və habelə Almaniyanın məhkəmə sisteminin nümayəndələrinin Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində ölkəmizə hüquqi yardım göstərmək hazır olduğunu qeyd etmişdir. Cənab Ştiltz martın 30-da Konstitusiya Məhkəməsində "Vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmələrin rolu" mövzusunda Dəyirmi Masada iştirak etmək üçün dəvət olunduğuna görə öz təşəkkürünü bildirmiş, bu tədbirin Respublikamızın hakimləri üçün maraqlı olacağına əmin olduğunu qeyd etmişdir. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) ilə birgə martın 30-da "Vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmələrin rolu" mövzusunda Dəyirmi Masa keçirilmişdir. 

Tədbirdə vətəndaş cəmiyyətinin qurulması, inkişafı və sabitliyində məhkəmələrin rolu haqqında ətraflı muzakirələr aparılmışdır. 

Dəyirmi masa"da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayev , bu məhkəmənin hakimləri və aparatının əməkdaşları, Ali , Apellyasiya , İqtisad Məhkəmələrinin hakimləri, Ədliyyə Nazirliyinin məsul işçiləri, rayon məhkəmələrinin sədrləri , hakimləri və digər qonaqlar iştirak etmişdirlər. 

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətini (GTZ) tədbirdə "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin rəhbəri Thomas Herrmann, "Keçid dövrü ölkələrində hüquq islahatları" layihəsinin rəhbəri , Bremen Universitetinin professoru Rolf Knieper ,Baden-Vürtenberq Torpağının Konstitusiya Məhkəməsinin və Ştutqart Ali Torpaq Məhkəməsinin Sədri cənab Eberhard Stilz iştirak etmişdirlər.