Cari ilin 13 iyul tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 14-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 14 iyul 1998-ci ildə təsis olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ölkəmizdə konstitusiya nəzarətinin yaradılmasının, konstitusion dəyərlərin və qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının effektiv müdafiəsi üçün zəmin yaratmışdır.