2012-01-31 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fransanın Strasburq şəhərində keçirilmiş seminarda iştirak etmişdir

News

2012 Jan

2012-ci il yanvarın 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilmiş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi işində milli məhkəmələrin fəallığının artırılmasının təmin edilməsi mövzusunda seminarda iştirak etmişdir.

Tədbirdə Avropa dövlətlərinin məhkəmələri tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin praktikasının tətbiqinin vacibliyi ilə əlaqədar müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.