09.07.2026
Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Konstitusiyasının
130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun
7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 100.2.1, 100.3 və
469.4-cü maddələrinin şərh edilməsinə
dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması
haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun avqustun 3-ə təyin edilmiş iclasında
baxılacaq.
