01.12.2025
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya
Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin qeyd hissəsinin şərh edilməsinə dair Gəncə
Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul
olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 23-nə təyin edilmiş
iclasında baxılacaq.
