Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

News

2025 Sep

18.09.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 33-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması (qarşılıqlı nəzərə alınması) qaydasının şərh edilməsinə dair Bakı İnzibati  Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.