11.04.2025
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Sahibə Qafarova
Bakı
şəhəri, 11 aprel 2025-ci il