Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xitmətinin Məlumatı

News

2023 Dec

12.12.2023

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.