04.07.2023
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi
vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın
iştirakçıları iyulun 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə gül və əklil qoyub.
Sonra Şəhidlər xiyabanına gələn
qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər
düzüblər.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.