30.01.2023
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yanvar ayının 27-də
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının müdafiəsi vasitəsilə
demokratiyanı qoruyan hakimlər” mövzusunda keçirdiyi beynəlxalq Məhkəmə
Seminarında iştirak etmək üçün Fransanın Strasburq şəhərində işgüzar səfərdə
olub.Tədbirin açılışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Siofra
O`Liri çıxış etmişdir.
Seminarın praktiki hissəsində
ifadə azadlığı və demokratiya, azad seçki hüququ, hakimlərin müstəqilliyi və qərəzsizliyi
və digər hüquqi məsələlər üzrə bir sıra Avropa ölkələri məhkəmələrinin hakimlərinin
məruzələri dinlənilmişdir.
Məhkəmə Seminarından sonra
Avropa Məhkəməsinin 2023-cü il üçün məhkəmə ilinin başlanması ilə əlaqədar təntənəli
iclas keçirilmişdir.