Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Bəyanatı

News

2021 Jun

09.06.2021

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN 

BƏYANATI

 

 

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndində iyunun 4-də xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində ikisi peşəkar jurnalist - Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşları və biri dövlət qurumunun əməkdaşı olmaqla 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.


Hərbi əməliyyatlar başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşmüş və onlardan 27-si həlak olmuşdur.


Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi bundan imtina edir və bununla da beynəlxalq norma və beynəlxalq öhdəlikləri, beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş yaşamaq hüququ, sərbəst hərəkət etmə hüququ, təhlükəsiz yaşamaq hüququ və digər fundamental hüquqların tələblərini kobud şəkildə pozmaqda davam edir.


Beynəlxalq ictimaiyyət bununla bağlı müvafiq tədbirlər görməli və Ermənistanın hərbi-siyasi rəhbərliyini minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur etməlidir.


Beynəlxalq hüququn mühüm əsaslarından olan ədalət prinsipi insan hüquq və azadlıqlarının qorunması üçün bütün beynəlxalq ictimaiyyət tərəfindən təmin edilməlidir.

 

#StopArmenianTerrorism

#ArmenianWarCrimes

#FreeUsFromLandMines