Konstitusiya Məhkəməsi aztəminatlı ailələrə yardım aksiyasını davam etdirir

News

2020 May

01.05.2020

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ahıl, tənha və aztəminatlı ailələrə yardım aksiyasını davam etdirir.

Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan yardıma ehtiyacı olan bir sıra ailələrə baş çəkib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.