Decisions

27.03.03 2003–cü il martın 5–də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində AR Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

 

QƏRARI



2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə  keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

 

27 mart 2003-cü il                                                                    Bakı şəhəri

 

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nə­cə­fov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi V.Zeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katib Q.Orucovun, üzvləri V.Əsədov, T.Həsənov, R.İb­­rahimov, V.Kazımova, İ.Məmmədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə, A.Ta­­ğıyev, F.Cavadov, Ə.Əliyev və X.Əhmədovun,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.

Hakim B.Qəribovun məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Ko­mis­siyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibi Q.Oru­co­vun, üzvləri F.Cavadov, A.Tağıyev, İ.Məmmədov, T.Həsənov, A.Minbaşı, X.Əhmə­dovun çıxışlarını dinləyib, mütəxəssislər H.Hüseynova və U.Həmidovanın rəylərini nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN  ETDİ:

  

2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə  keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının 1 saylı protokollarını və qanuna müvafiq olaraq ona əlavə edilən sənədləri 2003-cü il martın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən edilmiş qaydada yoxlayır və təsdiq edir.

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı dairə seçki komissiyalarının 1 saylı protokollarının (ona əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlamışdır.

Təqdim edilmiş sənədlərdən görünür ki, 2003-cü il martın 5-də göstərilən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Prokurorluğuna, Ali Məhkəməsinə, Apellyasiya Məhkəməsinə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulmasına dair şikayətlərin daxil olub-olmaması və daxil olubsa onlara qanunla müəyyən edilmiş qaydada baxılmasının nəticələri barədə arayış verilməsi üçün sorğu göndərmişdir.

Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsindən daxil olmuş 2003-cü il 19 mart tarixli məktubda qeyd olunur ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı yalnız 14 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyin qeydə alınması ilə bağlı bir şikayət ərizəsi daxil olmuşdur.

Həmin ərizə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 27 fevral tarixli qərardadı ilə 14 saylı Qaradağ birmandatlı seçki dairəsinin olduğu yerə görə baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir.

Bu məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon məhkəməsindən daxil olmuş 2003-cü il 19 mart tarixli, 21 saylı arayışda göstərilir ki, şikayətçinin müraciətinə əsasən bu məhkəmənin 2003-cü il 11 mart tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 25 mart tarixli, 3M–585/03 saylı məktubundan görünür ki, 2003-cü il martın 5-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2003-cü il 24 mart tarixli, 02/1-165 saylı məktubunda da göstərilir ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı məhkəmələrin məlumatlarına əsasən vətəndaşların seçki hüquqlarının pozulması barədə şikayətlər daxil olmamışdır.

Azərbaycan Respublikası Prokurorluğunun 2003-cü il 24 mart tarixli, 07/137-1066 saylı məktubunda qeyd olunur ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilər zamanı vətəndaşların seçki hüquqlarının pozulması haqqında Azərbaycan Respublikasının Prokurorluğuna hər hansı şikayət daxil olmamışdır.

İşdə olan sənədlərin və mütəxəssislərin rəylərinin təhlili göstərir ki, 2003-cü il martın 5-də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı, 91 saylı Xanlar-Daşkəsən birmandat­­lı seçki dairələrində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş əlavə seç­kilər üzrə dairə seçki komissiyaları tərəfindən tərtib edilmiş 1 saylı protokollar və onla­ra əlavə edilmiş sənədlər “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haq­­qında” Azərbaycan Respublikasının Qanununa uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini, “Konstitusiya Məh­kəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

QƏRARA  ALDI:

 

1. 2003- il martın 5- 14 saylı Qaradağ, 69 saylı İsmayıllı 91 saylı Xanlar-Daşkəsən birmandatlı seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən quvvəyə minir.

3. QərarAzərbaycanqəzetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə rəsmi təfsir edilə bilməz.