Decisions

22.11.00 2000-ci il noyabrın 5-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

 

QƏRARI

 

2000-ci il noyabrın 5-də keçirilmiş Azərbaycan Respublikası

Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair

 

22 noyabr 2000-ci il                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Sal­­manova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini S.Qasımova, katibləri İ.Abbasov və Q.Həsənquliyev, üzvləri F.Cava­dov, E.Ələsgərov, V.Əsədov, Y.Hüseynov, E.Qurbanov, V.Mahmudov, R.Məhər­rə­mov, İ.Məmmədov, S.Məmmədov, İ.Nəsirov, H.Paşayev, M.Səlimzadə və A.Ta­ğı­ye­vin,

ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirov və həmin kafedranın baş müəllimi, hüquq elmləri namizədi R.İsmayılovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər R.Qvaladze və Ə.Sultanovun məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, Komissiyanın katibləri İ.Abbasov və Q.Həsənquliyevin, Komissiyanın üzvləri V.Mahmudov, Y.Hüseynov, İ.Nəsirov və A.Tağıyevin çıxışlarını, ekspertlər E.Nəsirov və R.İsmayılovun rəylərini dinləyib, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə və «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Milli Məclisinə 2000-ci il noyabrın 5-də seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə, «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2000-ci il noyabrın 15-də dairə seçki komissiyalarının 1 və 2 saylı protokollarını və onlara əlavə edilən sənədləri, vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyənləşdirilməsinə dair öz qərarını və protokolu Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərmişdir. Həmin sənədlərə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının altı üzvünün iki xüsusi rəyi əlavə edilmişdir.

Məsələ ilə əlaqədar konstitusiya işinə 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 68 saylı İmişli seçki dairələrində səsvermənin nəticələrinin etibarsız sayılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizə və şikayətlərə baxılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı, şikayət və ərizələrlə əlaqədar dairə seçki komissiyalarına və Azərbaycan Respublikası Prokurorluğuna göndərilən materialların siyahıları, prokurorluq orqanlarında Mərkəzi Seçki Komissiyasından daxil olmuş ərizə və şikayətlərə baxılmasının nəticələri haqqında Azərbaycan Respublikası Pro­kurorluğunun 2000-ci il 21 noyabr tarixli 11/395 saylı məktubu, rayon (şəhər) məhkəmələrində seçkilərin nəticələri ilə bağlı verilmiş şikayətlər üzrə işlərə baxılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2000-ci il 21 noyabr tarixli 92-1/4 saylı məktubu, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2000-ci il 21 noyabr tarixli 5A-33/2000 saylı məktubu əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəy­yən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yox­layır və təsdiq edir. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə görə Azərbaycan Res­pub­li­ka­sının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş dairə seçki komissiyalarının 1 və 2 saylı protokollarının (bu Qanuna uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə), vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarının bu Qanuna uyğunluğunu yoxlayır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, 99 seçki dairəsində 2000-ci il noyabrın 5-də Azərbaycan Res­publikasının Milli Məclisinə seçkilər keçirilmiş, 95 dairədə seçkilər baş tutmuş hesab edilmiş və hər bir seçki dairəsi üzrə deputat seçilmiş namizəd müəyyən olunmuşdur. 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2000-ci il 6 noyabr tarixli 42/171 saylı, 2000-ci il 8 noyabr tarixli 43/172 saylı, 2000-ci il 9 noyabr tarixli 44/173 saylı və 2000-ci il 13 noyabr tarixli 46/175 saylı qərarları ilə müvafiq olaraq 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir və 68 saylı İmişli seçki dairələrində səsvermənin nəticələri etibarsız sayılmışdır.

Vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələri və siyasi partiyalar, siyasi partiyalar blokları arasında deputat mandatlarının bölüşdürülməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2000-ci il 14 noyabr tarixli protokolu ilə aşağıdakılar müəyyən edilmişdir:

1. Seçki dairələrinin seçki məntəqələri üzrə seçici siyahılarındakı seçicilərin ümumi sayı – 4 212 915;

2. Seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3 000 198;

3. Ləğv edilmiş seçki bülletenlərinin sayı – 1 140 341;

4. Etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı – 2 897 864;

5. Etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı – 100 434;

6. Siyasi partiyaların, siyasi partiyalar bloklarının vahid namizədlər siyahısının lehinə verilmiş səslərin sayı – 2 883 819;

7. Deputat mandatlarının bölüşdürülməsində iştirak edən siyasi partiyaların hər birinin vahid namizədlər siyahısının lehinə verilən səslərin sayı:        

Yeni Azərbaycan Partiyası - 1 809 801;

Azərbaycan Xalq Cəbhəsi Partiyası - 313 059;

Vətəndaş Həmrəyliyi Partiyası - 182 777;

Azərbaycan Kommunist Partiyası - 182 029

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2000-ci il 18 noyabr tarixli 10/20-1036 saylı məktubu ilə 7 saylı Yasamal ikinci, 56 saylı Bərdə şəhər, 65 saylı Qusar, 83 saylı Sabirabad-Saatlı, 86 saylı Zəngilan-Qubadlı, 94 saylı Hacıqabul-Salyan seçki dairələri üzrə Mərkəzi Seçki Komissiyası üzvlərinin arayış­larını ba­xılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərmişdir.     

Təqdim edilmiş sənədlərin yoxlanılması ilə əlaqədar Azərbaycan Res­pub­li­kasının Prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirli­yinə seç­ki­lərlə bağlı şikayətlərə baxılmanın nəticələrinə dair sorğular göndərilmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun 2000-ci il 21 noyabr tarixli 11/395 saylı məktubundan göründüyü kimi Mərkəzi Seçki Komissiyası tərəfindən prokurorluq orqanlarına göndərilmiş 55 seçki dairəsi üzrə materiallardan 48 material üzrə cinayət işinin başlanması rədd edilmiş, 3 dairə üzrə qanun pozuntuları ilə əlaqədar cinayət işi başlanılmış, 7 saylı Yasamal ikinci, 94 saylı Hacıqabul-Salyan, 56 saylı Bərdə və 65 saylı Qusar seçki dairələri üzrə araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2000-ci il 21 noyabr tarixli 92-1/4 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar səsvermənin nəticələri və seçkilərin yekunları ilə bağlı seçki ko­missiyalarının qərarlarından respublikanın rayon (şəhər) məhkəmələrinə 27 iddia ərizəsi daxil olmuş, onlardan 8 iddia təmin edilməmiş, 17 iddia ərizəsi mülki-pro­ses­sual qanunvericiliyinin tələblərinə riayət edilmədiyindən geri qaytarılmış, 1 iddia ərizəsi baxılmamış saxlanılmış, 1 iddiadan isə iddiaçı imtina etmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2000-ci il 21 noyabr tarixli 5A-33/2000 saylı məktubunda qeyd edilir ki, həmin məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyası 2000-ci il 20 noyabr tarixdə Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasının vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyənləşdirilməsi haqqında qərarının ləğv edilməsi və seçkilərin etibarsız hesab edilməsinə dair iddiasını təmin etməmişdir. Bundan başqa 10 saylı Xətai ikinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsinə dair A. H. Səmədovun iddiası təmin edilməmişdir.

İşin materiallarında olan, habelə daxil olmuş əlavə sənədlərin, mütəxəssislərin arayışlarının təhlili göstərir ki, 95 seçki dairəsindən 88 dairə üzrə tərtib edilmiş 1 və 2 saylı protokollar və onlara əlavə edilmiş sənədlər, eləcə də Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununa uyğundur. Qalan yeddi seçki dairəsi üzrə: 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 65 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan, 99 saylı Şəmkir şəhər, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyindən, bu dairələr üzrə tərtib edilmiş 1 və 2 saylı protokollar yuxarıda adı çəkilən Qanuna uyğun hesab edilə bilməz.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı mad­də­si­ni və 130-cu maddəsinin V hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin birinci hissəsini, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikasının Milli Məclisinə 2000-ci il noyabrın 5-də keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur-Babək,

3 saylı Naxçıvan şəhər,

4 saylı Babəkahbuz,

5 saylı Culfa-Ordubad,

6 saylı Yasamal birinci,

8 saylı Yasamal-Nəsimi,

11 saylı Xətai üçüncü,

12 saylı Nizami,

13 saylı Nizami-Xətai,

14 saylı Qaradağ,

15 saylı Sabunçu,

16 saylı Sabunçu-Suraxanı,

17 saylı Sabunçu-Əzizbəyov,

18 saylı Əzizbəyov,

19 saylı Suraxanı birinci,

20 saylı Suraxanı ikinci,

21 saylı Binəqədi birinci,

22 saylı Binəqədi ikinci,

23 saylı Binəqədi-Qaradağ,

24 saylı Nərimanov birinci,

25 saylı Nərimanov ikinci,

26 saylı Nəsimi birinci,

27 saylı Nəsimi ikinci,

28 saylı Səbail,

29 saylı Əli Bayramlı-Salyan,

30 saylı Yevlax,

31 saylı Kəpəz,

32 saylı Nizami,

33 saylı Kəpəz-Nizami,

34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay,

35 saylı Lənkəran şəhər,

36 saylı Lənkəran kənd,

37 saylı Mingəçevir,

39 saylı Sumqayıt ikinci,

40 saylı Sumqayıt üçüncü,

41 saylı Şuşa-Xocalı-Xocavənd-Tərtər və Kəlbəcər,

43 saylı Şəki şəhər,

44 saylı Şəki kənd-Qax,

45 saylı Tərtər-Kəlbəcər,

46 saylı Abşeron,

47 saylı Ağdam şəhər,

48 saylı Ağdam kənd,

49 saylı Ağdaş,

50 saylı Ağstafa,

52 saylı Ağcəbədi,

54 saylı Balakən,

55 saylı Beyləqan,

57 saylı Bərdə-Ağcəbədi,

58 saylı Biləsuvar,

59 saylı Qazax,

60 saylı Qax-Zaqatala,

61 saylı Qəbələ,

62 saylı Qobustan-Siyəzən-Xızı,

63 saylı Quba,

64 saylı Quba-Dəvəçi,

66 saylı Zaqatala-Balakən,

67 saylı Zərdab-İmişli,

69 saylı İsmayıllı,

70 saylı Yardımlı-Masallı,

71 saylı Laçın-Kəlbəcər,

72 saylı Kürdəmir,

73 saylı Gədəbəy,

74 saylı Goranboy-Naftalan,

75 saylı Göyçay,

76 saylı Lerik-Lənkəran,

77 saylı Masallı şəhər,

78 saylı Masallı kənd-Lənkəran,

79 saylı Neftçala-Salyan,

80 saylı Oğuz-Şəki-Qəbələ,

81 saylı Saatlı,

82 saylı Sabirabad,

83 saylı Sabirabad-Saatlı,

84 saylı Salyan,

85 saylı Samux-Şəmkir-Goranboy,

86 saylı Zəngilan-Qubadlı,

87 saylı Tovuz şəhər,

88 saylı Tovuz kənd-Gədəbəy,

89 saylı Ucar,

90 saylı Füzuli,

91 saylı Xanlar-Daşkəsən,

92 saylı Xaçmaz,

93 saylı Xaçmaz-Dəvəçi,

95 saylı Cəbrayıl-Füzuli,

96 saylı Cəlilabad şəhər,

97 saylı Cəlilabad kənd,

98 saylı Şamaxı-Ağsu,

100 saylı Şəmkir kənd

seçki dairələri üzrə müvafiq dairə seçki komissiyaları tərəfindən müəyyən­ləş­di­rilmiş seçkilərin nəticələri təsdiq edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinə 2000-ci il noyabrın 5-də keçirilmiş 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 65 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan, 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə seç­kilərin nəticələri təsdiq edilməsin.

3. Azərbaycan Respublikası Milli Məclisinə 2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərə dair vahid çoxmandatlı seçki dairəsi üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş seçkilərin nəticələri bu Qərarın ikin­ci bəndi nəzərə alınmaqla təsdiq edilsin.

4. Qərar elan olunduğu gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təfsir edilə bilməz.