Decisions

10.08.98 AR Milli Məclisinə seçkilər üzrə 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsində 1998 il iyulun 26-da kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə  45 saylı

Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsində 1998-ci il iyulun

26-da kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

10 avqust 1998-ci il                                                                                Bakı şəhəri

   Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sul­ta­no­vun, həmçinin dəvət olunmuş Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın üzvləri N.Səfərovun, S.Kərimovun, K.Şəfiyevin, Ə.Seyidovun iştirakı ilə 26 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 45 saylı Şuşa-Cabrayıl-Xocavənd seçki dairəsində kecirilmiş seçkilərin nəticələri haqqında MSK-nın 3 avqust 1998-ci il tarixli 84 saylı protokolundan çıxarış barədə 84/307 N-li qərarına baxdı.

  Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 45 saylı Şuşa-Cabrayıl-Xocavənd seçki dairəsində 1998-ci il iyulun 26-da keçirilmiş yeni seçkilərin nəticələri öz əksini tapmışdır.

  Təqdim olunmuş sənəddən məlum olur ki, seçki dairəsinin 79 seçki məntəqəsində seçici siyahılarına daxil edilmiş  46.352 seçicinin  41.265 nəfəri  yaxud 89 faizi səsvermədə iştirak etmişdir. Onların yarıdan coxu yəni 25, 339 nəfəri seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Fərzəliyev Abbasqulu Məhəmməd oğlunun lehinə səs vermişdir. Bu isə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 74-cü maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" qanunun 78-ci maddəsinin tələblərinə riayət edilmişdir.

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci maddəsinin 3-cu hissəsini rəhbər tutaraq

Q Ə R A R A   A L I R:

 «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 80-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə seçkilər Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsində 26 iyul 1998-ci il tarixdə kecirilmiş yeni seçkilərin nəticələri təsdiq edilsin.