17 fevral 1976-cı ildə Bakı şəhərində
anadan olmuşdur.
1993-cü ildə Bakı şəhəri 1 nömrəli
orta məktəbi bitirmişdir.
1998-ci ildə Bakı Dövlət
Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1998-ci ilin fevral – noyabrında
Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi
vəzifəsində işləmişdir.
1998-ci ildən 2001-ci ilədək Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Xarici əlaqələr və tərcümələr şöbəsinin
baş məsləhətçisi vəzifəsində işləmişdir.
2001-ci ildən 2025-ci ilədək Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində
referent, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif
edilmişdir.
04 iyul 2025-ci il tarixdə Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə
təyin olunmuşdur.
Ailəlidir, iki övladı var.