
5 dekabr 1958-ci ildə Bakı şəhərində
anadan olmuşdur. 1965-ci ildə Bakı şəhərinin 189 saylı orta məktəbinə daxil
olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir.
Həmin ildə M.V. Lomonosov
adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci
ildə həmin Universiteti bitirmişdir.
1980-ci ildə Azərbaycan
Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi,
sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində
çalışmışdır.
1990-cı ildə Azərbaycan
Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimi vəzifəsinə seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.
2000-ci ilin sentyabr ayında
ölkədə ilk dəfə yaradılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Sədr
müavini vəzifəsinə təyin olunmuşdur.
25 iyun 2003-cü ildə Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri
vəzifəsinə təyin edilmişdir.
24 iyun 2013-cü ildə Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olur.
Hüquq elmləri doktorudur.
Azərbaycan Respublikası
Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə «Əməkdar
hüquqşunas» fəxri adı verilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 5 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni
ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilmişdir.
Ölkələr
arasında əməkdaşlığın möhkəmlənməsində göstərilən xidmətlərinə görə
Qazaxıstan Respublikası Prezidentinin 12 avqust 2020-ci il tarixli fərmanı ilə
2-ci dərəcəli "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.