Konstitusiya Məhkəməsi Plenumunda baxılacaq işlərin
CƏDVƏLİ
1. Bakı Apellyasiya Məhkəməsinin
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin
və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3.3-cü maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və İnsan Hüquqlarının və
Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: (11 iyun 2026-cı il) – təxirə
salınıb
2. Cəbrayıl Rayon Məhkəməsinin
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192, 262, 264 və 539-cu
maddələrinin, hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti baxımından
inzibati xətalar haqqında işlərə baxmaq hüquqi olan vəzifəli şəxslərin səlahiyyətlərinin
hədlərinə münasibətdə, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsində nəzərdə tutulan “yoxlama”, “yoxlama obyekti”,
“yoxlayıcı orqan”, “məcburi tələblər” anlayışlarının, habelə həmin Qanunun tələblərindən
irəli gələrək “yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın əldə edilməsi
əsaslarının və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: (19 iyun 2026-cı il) - təxirə
salınıb
3. Göyçay Rayon Məhkəməsinin
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin, həmin
Məcəllənin 539-1.1-ci maddəsi, eləcə də Azərbaycan Respublikası
Konstitusiyasının 25, 60 və 71-ci maddələri ilə əlaqəli şəkildə, həmin Məcəllənin
539.3-cü maddəsinin sanksiyasının 539-1.1-ci maddəsinin sanksiyasından ağır
olması baxımından mütənasiblik prinsipi kontekstində, Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində sənəd təqdimi üçün konkret
müddətin göstərilməməsinin hüquqi müəyyənlik prinsipi baxımından, həmçinin Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin həmin Məcəllənin
539-cu maddəsinə münasibətdə tətbiqinin şərtləri və hüdudu barədə şərh
edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: 15 iyul 2026-cı il
4. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan
Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinin (Əzab
vermə) 1-ci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə
(İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 28-ci maddəsinin
(Azadlıq hüququ) I hissəsinə, 32-ci maddəsinin (Şəxsi toxunulmazlıq hüququ) I
hissəsinə, 60-cı maddəsinə (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı),
63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası), 71-ci maddəsinin (İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı) I və II hissələrinə və 149-cu maddəsinin
(Normativ hüquqi aktlar) I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair
sorğusu.
Məhkəmə iclasının tarixi: 17 iyul 2026-cı il
5. Azərbaycan
Respublikasının Prokurorluğunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
100.2.1, 100.3 və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7, 142.2-ci maddələri
və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Şəxsin məhdud fəaliyyət
qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlı 33-cü fəslinin
müddəaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.
Məhkəmə iclasının tarixi: 3 avqust 2026-cı il
6. Nərimanov Rayon Məhkəməsinin
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci
maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və
81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: 04 avqust 2026-cı il
7. Azərbaycan
Respublikasının Prokurorluğunun Azərbaycan Respublikası Konstitusiyasının 80-ci
maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci
maddəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.
Məhkəmə iclasının tarixi: 6 avqust 2026-cı il