Ölkə haqqında məlumat. Azərbaycan Qafqazın cənubunda Avropa və Asiyanın kəsişməsində yerləşir. Ərazisi-86,6 min kv.km-dir. Qərbdə Rusiya ilə, şimali-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, ucqar cənubi-qərbdə Türkiyə, şərqdə Xəzər dənizi ilə əhatə olunur. Rəsmi adı–Azərbaycan Respublikasıdır.
Azərbaycan ilk müstəqilliyini 1918-ci ildə əldə etmişdir ki, bu müstəqillik də 23 ay mövcud olmuşdur. (1918-ci il may ayından- 1920-ci il aprel ayınadək).
30 avqust 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə ilə yenidən dövlət müstəqilliyi elan olundu.“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Akt 18 oktyabr 1991-ci ildə qəbul olundu (müstəqilliyin rəsmi tarixi). Azərbaycanın paytaxtı Bakı şəhəridir.
01 yanvar 2023-cü il tarixində Azərbaycanın əhalisinin sayı 10 mln. 127 min nəfərdən ibarət idi. Azərbaycan - çoxmillətli, tolerant dövlətdir. 90-cı illərdə ölkədə azərbaycan əhalisinin sayının artmasına səbəb Azərbaycan ərazisinin 20 faizinin işğal olunması nəticəsində Ermənistan ərazisindən məcburi köçkünlərin kütləvi axını oldu ( Dağlıq Qarabağ və digər rayonlar).
Dövlət dili-azərbaycan dilidir. Əhali həmçinin rus, türk, ingilis və milli azlıqların dillərindən də istifadə edir.
İnzibati-ərazi vahidi 59 rayon 11 şəhərdən ibarətdir. Bir muxtar respublika var - Naxçıvan Muxtar Respublikası.
Azərbaycan – unitar, dünyəvi, hüquqi dövlətdir. İdarəetmə forması - prezidentli respublikadır. Dövlət başçısı–Prezidentdir. Qanunvericilik hakimiyyətini parlament-Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Məhkəmə hakimiyyətini ümumi və ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir.
Dövlətçiliyin qısa tarixi. Azərbaycan sivilizasiyanın ən qədim dövlətlərindən biridir. Bakıya yaxın Qobustandakı arxeloji qazıntılar, Qarabağda Azıx mağarasının kəşfi, ilk insan yaşayışı və daş dövrünə aid əşyaların olması onu düşünməyə əsas verir ki, Azərbaycan antropoidlərin yaşadığı əraziyə daxil olub.
Azərbaycan ərazisində ilk dövlət eramızdan əvvəl IX əsrdə yaranıb–yüksək iqtisadi və mədəni səviyyəyəli Manna dövləti. Manna dövləti bizim eradan əvvəl VI əsrin əvvəlində əhalisini zərdüştlar təşkil edən Midiya dövləti tərəfindən işğal olunmuşdu. Bu ərazilərdə zərdüştliyin yayılması əsasən odun təbii mənbələri olan çoxlu neft və qazın olması ilə bağlı idi.
Atropatena və Qafqaz Albaniyası dövləti qədim azərbaycan tarixində əvəz olunmaz siyasi və mədəni rol oynamışdır.
Belə bir fikir var ki, Azərbaycan sözü öz mənasını Atropatena dövlətinin adından götürür. Tarixçilər təsdiq edir ki, məhz Atropatenada Azərbaycan millətinin və mədəniyyətinin formalaşması prosesi başlanmışdı.
III-V əsrlərdə Azərbaycan ərazisində xristianlıq yayılmağa başlandı. Kilsələrin yaranması ilə dünyəvi və mənəvi həyat yeni inkişaf impulsuna qədəm qoydu. V əsrin əvvəllərində alban əlifbasının yaranması təhsilin inkişafına təkan verdi.
VIII əsrin başlanğıcında Azərbaycan ərəblər tərəfindən işğal olundu və Arran vilayəti adı altında Ərəb xilafətinin tərkib hissəsinə çevrildi.
Bu zaman Azərbaycanda əsas din islam dini oldu ki, bu da hüquq sisteminin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin formalaşmasına müəyyən təsirini göstərdi.
Orta əsrlərdə Azərbaycan ərazisində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətləri yarandı. Azərbaycanın “İpək Yolunda” yerləşməsi əhalidə beynəlxalq, tolerant mədəniyyəti formalaşdırdı.
XVIII əsrdə Azərbaycan ərazisində müstəqil dövlətlər–xanlıqlar meydana gəldi. Müəyyən dövrlərdə Azərbaycan xanlıqları Türkiyənin və ya Fars dövlətinin vassal asıllığında olmuşlar. Xanlığın başında xan və ya paşa dururdu. Xanlıqlarda hakimiyyət mərkəzləşdirilmişdi. Xan müxtəlif sosial təbəqələrin nümayəndələrindən ibarət şəxsi orduya malik idi. Maafi adlanan xüsusi sosial təbəqə mövcud idi ki, bunlardan da polis formalaşırdı.
Bütün müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da Rusiya İmperiyasının tərkibinə daxil olana qədər islam ənənələrinə əsaslanan adət hüququ mövcud idi. Bundan başqa yerli hökmdarlar öz qanunları-fərmanlarını qəbul edirdilər. Rusiya İmperiyasının tərkibində olarkən müəyyən müddət bu hüquqlar saxlanıldı. Öhdəlik hüququ dəyişmə, girov və digər müqavilələri tənzimləyirdi. Cinayət hüququ dövlətə, dinə, şəxsiyyətə və sairə qarşı edilən cinayətlərə görə məsuliyyəti nəzərdə tuturdu. Məhkəmə funksiyasını əsasən dini şəxslər-qazilər yerinə yetirirdi. Cinayət prosesi daha çox ittihamedici xarakter daşıyırdı, bununla belə ibtidai istintaq mövcud deyildi. Eyni qayda üzrə həm cinayət, həm də mülki işlərə baxılırdı. Məhkəmə proseslərində sübut qismində daha çox şahid ifadələri və təqsirin etirafı çıxış edirdi.
Pərakəndə olan Azərbaycan xanlıqları kifayət qədər çətin inkişaf edirdi. Bununla yanaşı, XVIII-XIX əsrlərdə Rusiya, Türkiyə və İran arasında dərinləşən fikir ayrılığı Azərbaycanı müharibə məkanına çevirdi. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Rusiya və İran Azərbaycanı öz aralarında böldülər: Azərbaycanın şimal hissəsi Rusiyaya, cənub hissəsi İrana verildi. 1917-ci ilin fevral ayında Çar Rusiyasının süqutu milli islahatların inkişafına öz töhfəsini verdi.
28 may 1918-ci ildə yaranan və 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin aprel ayında Sovet Rusiyasının XI Qızıl Ordusunun Bakıya gəlişi ilə öz müstəqilliyini itirdi. Azərbaycan bəzi dövlət atributlarını- Konstitusiya, bayraq, himn, gerbi saxlamaqla SSRİ-nin tərkibində bir Respublikaya çevrildi.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa edir. Lakin 1993-cü ilə qədər ölkədə iqtisadi tənəzzüllə müşayiət olunan xaos, siyasi qeyri-stabillik hökm sürür. Bir tərəfdən Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ona yaxın digər ərazilərinin işğalı davam edir, digər tərəfdən isə dövlət sistemi faktiki olaraq fəaliyyət göstərmirdi.
Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ermənistanla sərhəddə hərbi əməliyyatların dayandırılması elan olundu. İctimai-siyasi sistemin stabilləşdirilməsi dövlətçiliyin, müstəqilliyin qorunub saxlanılmasına və iqtisadiyyatın inkişafına imkan yaratdı. Bununla da, Azərbaycan xalqının və dövlətçiliyinin yeni inkişaf dövrü - tərəqqi və demokratiya dövrü başladı.
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnmişdir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmışdır.
Konstitusiya quruluşunun əsasları
Azərbaycanda Konstutisionalzmin müasir dəyərlərinin tarixi kökləri vardı.
1918-ci ildə yaradılan və müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan, dövlət hakimiyyətini desentralizasiya edərək ölkənin hüquq sisteminə liberal dəyərlər gətirdi.
Azərbaycan Demokratik Respublikasının (bundan sonra-ADR) mövcud olduğu dövrdə Konstitusiyanın qəbul olunmamasına baxmayaraq, parlament tərəfindən çoxlu sayda konstitusion xarakterli qanunvericilik aktları qəbul olundu. Hüquq sistemində hakimiyyətlərin bölgüsü prinsipinin elan olunması demokratik islahatların əsas dəyəri oldu. ADR-in 25 yanvar 1919-cu ildə qəbul etdiyi “vəzifələrin uyğunsuzluğu” haqqında Qanun hakimiyyət bölgüsünün əsas şərtlərini icra hakimiyyətinin qanunverici hakimiyyətdən tam ayrı olmasını nəzərdə tuturdu. Bu qanuna uyğun olaraq ADR parlamentinin deputatları nazir vəzifəsi istisna olmaqla dövlət qulluqçusu funksiyasını yerinə yetirə bilməzdilər. 11 avqust 1919-cu ildə qəbul olunan “Azərbaycan vətəndaşlığı haqqında” Qanun Azərbaycan vətəndaşından doğulan və Azərbaycan ərazisində daimi yaşayan bütün şəxslər üçün vahid vətəndaşlığı müəyyən etdi. Azərbaycan vətəndaşlarının siyasi hüquqlarını təmin etmək məqsədilə 30 oktyabr 1919-cu ildə qəbul olunan “Nəşr haqqında nizamnamə” kütləvi informasiya vasitələrinə müstəqillik verdi. ADR dövründə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bütün qadınlara seçki hüququ verilmişdi.
Sovet dövründə Azərbaycan SSR-də 4 konstitusiya qəbul olundu. Bunlar praktiki olaraq SSRİ konstitusiyasını təkrarlayırdı. Formal xarakter daşıyaraq hüquqtətbiqedici təcrübəyə birbaşa təsir göstərmirdi. İttifaq dağıldıqdan sonra onsuz da formal xarakter daşıyan keçmiş ittifaq respublikalarının konstitusiyaları ictimai həyata istənilən təsirini itirdi. Azərbaycanda son sovet konstitusiyası 1978-ci ildə qəbul olundu və mahiyyəti üzrə o, özündə 1977-ci il sovet konstitusiyasının müddəalarını əks etdirirdi. 1990-cı ilin əvvəllərində Azərbaycan hüquq sistemində köklü dəyişikliklər baş verir. Bütün postsosialist məkanında olduğu kimi islahatların ümumi istiqaməti: ideoloji və siyasi plüralizm, sosial yönümlü bazar iqtisadiyyatı, hüquq və azadlıqların genişləndirilməsi və onların təminatının möhkəmləndirilməsi müəyyən olundu. Eyni zamanda Azərbaycan hüquq sistemi baza prinsipləri, strukturu və hüquq texnikası baxımından postsovet ölkələri ilə oxşar olsa da individuallıq əldə etməyə başladı.
Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” 30 avqust 1991-ci ildə qəbul edilən Bəyannamə müstəqil hüquq sisteminin formalaşmasının əsasını qoydu. Lakin müstəqilliyin qorunub saxlanılması, müstəqil hüquq sisteminin yaradılması, hakimiyyətin müstəqil institutlarının formalaşması daha çətin prosesdir.
Bir tərəfdən dövlətin idarə olunmasında Xalq Cəbhəsi partiyasının təcrübəsizliyi, digər tərəfdən isə Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi 90-cı illərdə konstitusion institutların formalaşmasını çətinləşirdi. Dövlət müstəqilliyinin özü təhlükə altında idi. Hətta 18 oktyabr 1991-ci ildə Ali Sovet tərəfindən qəbul olunan və Əsas Qanunun funksiyalarını müvəqqəti əvəz edən “Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının təminatı da şübhə altında idi.
Qeyd etmək lazımdır ki, konstitusion münasibətlər siyasi münasibətlərlə sıx bağlıdır. Konstitusion münasibətlərin tənzimlənməsi üçün konstitusionalizmin dəyərlərini və ideologiyasını real olaraq özündə əks etdirən ictimai qüvvələrin iradəsi tələb olunurdu. Hakimiyyət effektiv iş rejiminə keçməli, möhkəmlənməli, hüquq isə müdafiə olunmalı idi. Belə böhran vəziyyətində xalq öz siyasi iradəsini bildirdi. 1993-cü ildə təcrübəli siyasətçi, ictimai siyasi xadim Heydər Əliyev Ali Sovetin sədri seçildi.
Konstitusion quruluşun əsasının möhkəmlənməsi ilə bağlı keçirilən ilk tədbirlərdən biri Əsas Qanunun qəbul olunmasına atılan cəhd idi. Milli Məclisin 6 dekabr 1993-cü il il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya layihəsinin hazırlığı daha da möhkəmləndi. Lakin yaradılan müvəqqəti komissiya tapşırığı yerinə yetirə bilmədi. Bu zamanlar Azərbaycan ağır günlərini yaşayırdı. 1993-1995-ci illərdə bir neçə dövlət çevrilişinə qəsdin qarşısı alındı. Dağlıq Qarabağ münaqişəsi böyüyürdü, sosial problemlər dərinləşirdi.
Heydər Əliyevin səyi nəticəsində münaqişə dayandırıldı. Dövlət hakimiyyəti ölkənin iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə istiqamətləndi. Bu da öz növbəsində müstəqilliyin qorunub saxlanılmasını təmin edir, konstitusion münasibətlərin yaranmasına və inkişafına təkan verirdi. Lakin müstəqilliyin qorunub saxlanılması üçün demokratik və hüquqi prinsiplərə söykənən, qüsursuz təşkil olunmuş hakimiyyət lazım idi.
Dünya konstitusionalizminin inkişafı göstərir ki, ədalətli, müasir, güclü, stabil hakimiyyətin formalaşmasında ilk addımlardan biri “ictimai müqavilənin” yaranmasıdır. Liberal nəzəriyyənin tərəfdarları “ictimai müqavilə” dedikdə Əsas Qanunu nəzərdə tutur. Azərbaycan ictimaiyyətinin gücü məhz yeni, müasir Konstitusiyanın yaranmasına istiqamətlənmişdi.
Milli Məclisin 2 may 1995-ci il tarixli qərarı ilə yeni konstitusiya layihəsinin hazırlanması üzrə Komissiyanın tərkibi təsdiqləndi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, təcrübəli hüquqşünaslar daxil idi. Komissiyaya sədr Heydər Əliyev seçildi. Çox qısa müddət ərzində xarici ölkələrin konstitusion quruculuğunun təcrübəsi öyrənildi və analiz edildi. Sonra hazır layihə ictimai müzakirəyə təqdim olundu. 12 noyabr 1995-ci ildə keçirilən referendumda ümumxalq səsverməsi ilə Konstitusiya qəbul olundu.
Yeni Konstitusiya qəbul olunduqdan sonra aktiv konstitusionalizasiya prosesi konstitusion islahatların aktuallığının artmasına səbəb oldu. Lakin, Azərbaycan Respublikasının Konstitusiyası öz mətnində dəyişikliklər edilməsinin sərt mexanizmini(yalnız referendum yolu ilə) nəzərdə tutmasına baxmayaraq, konstitusion-hüquqi islahatlar təxirə salınırdı. Yalnız 2002-ci ildə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə mexanizminin yaxşılaşdırılması məqsədi ilə referenduma 24 əlavə və dəyişiklik çıxarıldı. Hüquq sistemi üçün vacib dəyişiklik,hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.
Dəyişikliklərdən fərqli olaraq, Azərbaycan Respublikası Konstitusiyasının mətninə əlavələr konstitusiya qanunları vasitəsi ilə həyata keçirilir. Konstitusiya qanunları mahiyyət etibarı ilə əsas qanunu tamamlayır. Konstitusiyanın 156-cı maddəsinin 5-ci hissəsində göstərilir ki, “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir”.
İcra hakimiyyəti üzərində nəzarəti gücləndirmək məqsədilə 24 dekabr 2002-ci ildə “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanunu qəbul olundu. İnsan və vətandaş hüquq və azadlıqlarının təminatı və müdafiəsini möhkəmləndirmək üçün konstitusiya qanunları qəbul olundu: “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(Ombudsman) haqqında” 28 dekabr 2001-ci il və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il
Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapmışdır: insan hüquq və azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və s. Konstitusiya “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. Konstitusiyanın 12-ci maddəsində deyilir: ” İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətandaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi əks olunub. Konstitusion mexanizm hakimiyyətin qolları arasında qarşılıqlı nəzarəti həyata keçirməyə imkan verir. Hakimiyyəti məhdudlaşdıran bu mexanizm ilk növbədə insan hüquqlarının müdafiəsinə xidmət edir. Konstitusiyanın 7-ci maddəsi müəyyən edir ki, hakimiyyətin müxtəlif qolları qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hakimiyyətin təşkilinin bu müasir prinsipi dövlətçiliyin və cəmiyyətin demokratik quruluşunun ayrılmaz hissəsidir.
Fərdin hüquq və azadlığını müəyyən etməklə yanaşı Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının sistemini və quruluşunu müəyyən edir. Bütün digər demokratik konstitusiyalarda olduğu kimi Azərbaycan Respublikasının konstitusiyasında da dövlət hakimiyyəti haqqında olan müddəalar yığcamdır. Konstitusiyanın 1-ci maddəsi müəyyən edir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Dövlət hakimiyyəti sistemini müəyyən edən Konstitusiyanın üçüncü bölməsi parlamentin nümayəndəli, qanunverici hakimiyyətini ön plana çəkir.
Azərbaycan Respublikasının Milli Məclisi-təkpalatalı parlament, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən təkpalatalı parlamentdir. Parlament hal-hazırda mojaritar seçki sistemi əsasında seçilən 125 deputatdan ibarətdir( Milli Məclisin üçüncü çağırışına kimi (2005) deputatlar qarışıq sistem əsasında seçilirdilər. 100 deputat mojaritar seçki sistemi, 25 deputat isə partiya siyahıları əsasında proporsional sistem üzrə seçilirdilər.).
Deputatlar ümumi fəaliyyətini növbəti və növbədənkənar sessiyalar çərçivəsində plenar və komitənin iclaslarında həyata keçirirlər. Onlar peşəkar imkanlara və maraqlara uyğun olaraq 11 komitəyə bölünürlər: hüquq siyasəti və dövlət quruculuğu; təhlükəsizlik və müdafiə; iqtisadi siyasət; təbii ehtiyatlar, energetika və ekologiya; aqrar siyasət; regional məsələlər; sosial siyasət; elm və təhsil; mədəniyyət; beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr; insan hüquqları. Milli Məclis qanun layihələrinin təşəbbüskarıdır və yeganə qanunverici orqandır. Qanunların müəyyən hissəsini parlament öz təşəbbüsü ilə qəbul edir. Lakin, büdcə xərcləri və qanunların icrasının sonrakı proseduru nəzərə alınaraq maraqlı olan nazirliklərin və təşkilatların nümayəndələri ilə birgə hazırlanır. Milli Məclis həmçinin Prezidentin fərmanları üzərində bəzi nəzarət funksiyalarına malikdir. Xüsusilə, hərbi və fövqəladə vəziyyətin elan olunması barədə Prezidentin fərmanı parlament tərəfindən təsdiq olunmalıdır. Milli Məclis həmçinin silahlı qüvvələrin istifadəsinə və s. razılığını verir.
Milli Məclis ölkədə büdcəyə bilavasitə nəzarəti həyata keçirir. Büdcə üzərində parlament nəzarəti çəkişmə və tarazlıq sistemində aparıcı məsələdir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq büdcə baş nazir tərəfindən deyil Prezident tərəfindən təqdim olunur. Parlamentdə büdcə təqvim ilinin son aylarında müzakirə olunur. Büdcəyə nəzarət edən Hesablama Palatası Parlamentin nəzdində yerləşir və bu da büdcəyə nəzarətin effektiv, keyfiyyətli mexanizmidir.
İcra hakimiyyətinin subyektləri tərəfindən daxil olan qanunvericilik aktlarının parlamentdə müzakirəsi də müəyyən kommunikativ məqsəd daşıyır. Qanunvericilik təşəbbüsü olan subyektin razılığı olmadan qanun layihəsinə əlavə və dəyişikliyə yol verilmir. Bu özünü doğruldur. Belə ki, qanunverici kiçik bir dəyişiklik etməklə qanun layihəsinin mahiyyətini dəyişə bilər ki, bu da müəyyən büdcə xərclərinin yaranmasına səbəb ola bilər.
Konstitusiya hüquq nəzəriyyəsində Azərbaycan, dövlət idarəetmə formasına görə yarımprezidentli respublikanın bəzi elementləri olan prezidentli respublika kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti icra hakimiyyətini bilavasitə həyata keçirməklə yanaşı dövlət başçısıdır. Konstitusiyanın 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir.
İcra funksiyalarının həyata keçirilməsinin təşkili məqsədi ilə həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Nazirlər Kabinetini Prezident yaradır. Lakin 119-cu maddəyə uyğun olaraq o, büdcə məsələlərində, iqtisadiyyatın,mədəniyyətin və sosial məsələlərin operativ idarə edilməsində müəyyən müstəqilliyə malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bilavasitə Prezidentə tabedir və onun qarşısında cavabdehdir.
Azərbaycanda ədalət mühakiməsini məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti sisteminə Konstitusiya məhkəməsi, Ali məhkəmə, apellyasiya məhkəmələri, həmçinin yerli ümumi yurisdiksiya məhkəmələri və ixtisaslaşdırılmış məhkəmələr daxildir. 2010-cu ildə inzibati məhkəmələrin rəhbər tutduğu inzibati-prosessual məcəllə qüvvəyə mindi. Hal-hazırda məhkəmələrdə inzibati icraat keçmiş iqtisad məhkəmələrinin bazası əsasında həyata keçirilir. Bu məhkəmələrin adı dəyişdirilərək inzibati-iqtisad məhkəmələri adlandırıldı. Çox güman ki, gələcəkdə inzibati məhkəmələr ayrıca fəaliyyət göstərəcək.
Məhkəmə sistemi aşağıdakı funksiyaları həyata keçirir: insan və vətəndaş hüquqlarının və qanuni maraqlarının müdafiəsi; hüquq qaydasının cinayətdən və digər hüquq pozmalardan qorunması; dövlət orqanlarının fəaliyyətinə (Konstitusion) nəzarət.
Ümumi yurisdiksiya məhkəmələrinin hakimləri, yalnız yaşı 30-dan aşağı olmayan, hüquq ixtisası üzrə 5 ildən artıq işləyən, ixtisas imtahanları vermiş və Məhkəmə Hüquq Şurası tərəfindən tövsiyyə almış Azərbaycan Respublikasının vətəndaşları ola bilər. Hakimlər üçün səlahiyyət müddətinin məhdudlaşdırılması nəzərdə tutulmayıb (bir dəfə 15 il müddətinə seçilən Konstitusiya Məhkəməsinin hakimləri istisna olmaqla). Hakimlər siyasi partiyalara üzv ola və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Azərbaycanda konstitusiya quruluşunun əsasına həmçinin ictimai hakimiyyətin ikinci pilləsi olan yerli özünüidarə orqanları da daxildir.Yerlərdə, yerli icra hakimiyyəti orqanları ilə yanaşı bələdiyyələr də fəaliyyət göstərir. Dövlət və bələdiyyə mülkiyyəti, eyni zamanda torpaq da bölünüb. Bələdiyyələr öz ərazi kollektivləri çərçivəsində idarəetmə fəaliyyətini həyata keçirirlər. 13 may 2003-cü il “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi haqqında” qanuna uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Dövlət orqanlarına tabe olmayan yerli özünüidarə orqanları 5 il müddətinə seçilirlər. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir.
Sonuncu 2009-cu il konstitusiya islahatından sonra Konstitusiyanın 146-cı maddəsinə “bələdiyyələrin qanunla müəyyən edilmiş hallarda və qaydada öz fəaliyyəti barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim etməsini” müəyyən edən müddəa daxil oldu. Hal-hazırda parlamentdə “bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi hazırlanır. Lakin, böyük ehtimalla hesabata ümumi büdcədən bələdiyyələrin büdcəsinə bəzi dövlət ayırmalarını nəzərdə tutan göndərmə səlahiyyətləri çərçivəsində baxılacaq.
Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq üzərində formalaşıb. Bu adətlər hələ ADR dövründə mövcud idi. XX əsrin əvvəlində siyasi sistemdə Müsavat, Tərəqqi, İttihad, Əxrar, Hümmət və s. partiyalar fəaliyyət göstərirdi.1920-1921-ci ildə Sovet Azərbaycanı dövründə təkpartiyalı sistem olan Azərbaycan SSR kommunist partiyası mövcud idi. Müstəqilliyin bərpasından sonra siyasi arenada yeni siyasi partiyalar meydana çıxdı. Hal-hazırda təxminən 55 siyasi partiya rəsmi qeydiyyatdan keçib. Yeni Azərbaycan Partiyası hakim partiya olduğundan onun üzvlərinin sayı daha çoxdur.
2003-cü ilin iyun ayında seçki prosesini tənzimləyən məcəllələşdirilmiş normativ akt- Seçki Məcəlləsi qəbul olundu. Bu məcəllə Prezident, Azərbaycan Respublikası Milli Məclisı deputatlarının, bələdiyyə seçkilərinin, referendumun keçirilməsi qaydalarını nəzərdə tutur.
Azərbaycan Respublikasında konstitusion-hüquqi islahatlar iki mərhələdə–24 avqust 2002-ci il və 18 mart 2009-cu il referendumlarında keçirilmişdir.
2002-ci il referendumunun nəticəsinə əsasən Konstitusiyaya bəzi əlavə və dəyişikliklər edildi: referendumun keçirilməsi mümkün olmayan məsələlərin siyahısı daxil oldu, bu siyahıya vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi; (3-cü maddənin III hissəsi) 76-cı maddənin II hissəsinə həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunması müddəası və s. Ən əsası 2002-ci il referendumu ilə hər kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məsələsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verildi.
Təxmini 10 illik iqtisadi və sosial islahatların nəticələrini yekunlaşdıraraq 2009-cu il referendumunda Konstitusiyaya Azərbaycanın iqtisadi inkişafının sosial yönümlü olması barədə müddəa daxil edilmişdir. Bu islahatlar praktiki olaraq sosial dövlətin yeni inkişaf mərhələsinə keçidi oldu.
Bütünlüklə qeyd etmək olar ki, 2009-cu il referendumu insan hüquqlarının müdafiəsi mexanizminin və sosial dövlətin möhkəmlənməsi ilə bağlı idi.
İqtisadiyyatın fəal artımı Azərbaycan büdcəsinin beş il ərzində 10 dəfə artmasına imkan verdi. İqtisadiyyatın yüksək sürətlə inkişafı dövlətə vətəndaşların sosial hüquqlarının təminatı ilə daha sıx məşğul olmaq imkanı verdi. Konstitusiyada qeyd olunur ki, iqtisadi siyasətin sosial xarakteri dövlət hakimiyyətinin fəaliyyətinin əsasıdır. Ona görə Azərbaycan dövlətinin iqtisadiyyatının sosial yönümlü olmasını göstərən dəyişilikliyin 15-ci maddəyə əlavə edilməsi məntiqi cəhətdən əsaslandırılmış addım idi.
Bərabərlik prinsipinin effektiv təminatı üçün Konstitusiyanın 25-ci maddəsinə “hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir” müddəası əlavə olundu. Şəxsi həyatın toxunulmazlığının təminatı 32-ci maddədə kifayət qədər genişləndirildi, vətəndaşların ekoloji hüquqlarının müdafiəsinin təminatı Konstitusiyanın 39-cu maddəsinə daxil edildi.
Birinci 2002-ci il referendumu Azərbaycan Respublikasının Baş Prokuroruna qanunvericilik təşəbbüsü hüququ verdi, ikinci 2009-cu ildə bu siyahıya seçki hüququ olan 40 min Azərbaycan Respublikasının vətəndaşları əlavə olundu.
Konstitusiyaya uyğun olaraq hüququn əsas mənbəyi qanunverici və digər normativ aktlardır. 148-ci maddə müəyyən edir ki, qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: Konstitusiya; referendumla qəbul edilmiş aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.
Hüquqi islahatların sürətinə görə Azərbaycan 90-cı illərdə digər postsovet ölkələrinin əksəriyyətindən geridə qalırdı. 1999-cu ilin əvvəlində yalnız ayrı-ayrı, əsasən də ikinci dərəcəli məcəllələr qəbul olundu: 1994-cü ildə Hava məcəlləsi, 1997-ci ildə ayrı-ayrılıqda Su, Meşə, Gömrük məcəllələri. Lakin 2000-ci ilin sonuna kimi ölkədə praktiki olaraq bütün əsas hüquq sahələri üzrə məcəllələşdirilmə başa çatdı. 1999-cu ildə yeni Torpaq, Əmək, Ailə, Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Vergi və İnzibati Xətalar Məcəlləsi qəbul olundu.
Mülki və onunla əlaqəli digər hüquq sahələrinin əsası
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi).
Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR).
Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi.
Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi.
Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s. Ayrıca bir bölmə miras institutuna həsr olunmuşdu. Bununla da vərəsələrin iki dərəcəsi müəyyən olundu. Azərbaycan SSR-nin MM-i praktiki olaraq 1964-cü il RSFSR Mülki Məcəlləsi ilə eyni idi.
Hal-hazırda 27 dekabr 1999-cu ildə qəbul olunan və 01 sentyabr 2000-ci ildə qüvvəyə minən Azərbaycanın yeni Mülki Məcəlləsi fəaliyyət göstərir (bundan sonra-Azərbaycanın MM). Azərbaycanın MM-i mülkiyyətin müxtəlif formalarının tanınmasına əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini, sahibkarlıq fəaliyyətini, müqavilə münasibətlərini və s. tənzimləyir. Müasir mülki hüquq münasibətlərinin xüsusiyyəti tərəflərin hüquq bərabərliyində və onların bir birinə münasibətdə müstəqil olmasında, müqavilənin bağlanmasında iradə azadlığında, əsasən mülki xarakterli vasitələrin tətbiqi ilə mülki hüquq və vəzifələrin həyata keçirilməsinin hüquqi təminatında özünü göstərir.
Azərbaycanın MM-nin layihəsinin hazırlanmasında əsasən Alman Mülki Məcəlləsinin Pandekt sistemindən, həmçinin MDB-nin iştirakçı dövlətlərinin parlamentlərarası assambleyasında təsdiqini tapmış Model Mülki Məcəllənin quruluşundan istifadə olunmuşdur. İlk növbədə bu tənzimləmə predmetinə struktura, stilistikaya, terminologiyaya və s.aiddir.
Azərbaycanın MM-i şəxsi hüquq münasibətlərinin mülki və ticarət münasibətlərinə bölünməsini nəzərdə tutmur. Məcəllə kommersiya təşkilatlarının status və hüquq münasibətlərini, mülki hüquq münasibətlərinin müxtəlif subyektlərinin təsərüffat öhdəliklərini tənzimləyən müddəaları nəzərdə tutur . Buna görə də Ticarət Məcəlləsinin qəbuluna praktiki olaraq təlabat yoxdur.
Azərbaycanın Mülki Məcəlləsi bir çox münasibətlərdə digər MDB dövlətlərinin mülki hüquq münasibətləri institutları ilə eynilik təşkil etsə də, o əsasən avropa ölkələrinin xüsusən də, 1896-cı il Alman mülki qanunvericiliyini özündə əks etdirir (Azərbaycanın MM-nin hazırlığında həmçinin alman mütəxəssisləri də iştirak etmişlər). Misal üçün, müstəqil əşya hüquq növləri qismində sahiblik, servitut, uzufrukt, girov və ipoteka fərqləndirildi.
Öz quruluşuna görə Azərbaycanın MM-i ümumi və xüsusi hissəyə bölünür. Məcəllə 10 bölmədən, 74 fəsildən və 1325 maddədən ibarətdir. Birinci bölmə giriş müddəaları, ikinci- şəxsləri (subyektləri), üçüncü- əşya hüququnu, dördüncü- əqdlərin bağlanma qaydasını, beşinci-müddətləri, altıncı-öhdəlik hüququnun ümumi hissəsini, yeddinci-müqavilələrdən əmələ gələn öhdəlikləri, səkkizinci- qanundan əmələ gələn öhdəlikləri, doqquzuncu-mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri, onuncu-vərəsəlik hüququnun tənzimlənməsini əhatə edir.
Mülki hüquq münasibətlərinin tənzimlənməsi MM-dən başqa ayrı-ayrı qanunlarla tənzimlənir: 9 noyabr 1991-ci il “Azərbaycan Respublikasında mülkiyyət” haqqında; 30 aprel 1992-ci il “İcarə haqqında”, 5 yanvar 1993-cü il “Sığorta haqqında”, 5 iyun 1996-cı il “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, 25 iyul 1997-ci il “Patent haqqında”, 3 iyul 1998-ci il “Girov haqqında” və s.
Əlbəttə yeni iqtisadi münasibətlər hüquq sisteminin, xüsusən də mülki və ona yaxın digər hüquq sahələrinin mütəmadi olaraq təkmilləşdirilməsini qanunvericinin üzərinə vəzifə kimi qoyur.
İqtisadi münasibətlərin əsası əsasən müxtəlif mülkiyyət formalarına təminat verən, mülkiyyətin toxunulmazlığını və dövlət tərəfindən müdafiə olunmasını müəyyən edən nisbətən stasionar konstitusion normalarla tənzimlənir (Konstitusiyanın 13-cü maddəsi). Azərbaycanın hüquq sistemində mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsi).
Konstitusiyanın müddəaları ilə yanaşı həmçinin, xüsusi orqanik qanunlar sahibkarlıq fəaliyyətinin azadlığına təminat verirvə bazar münasibətləri subyektlərinin fəaliyyət qaydalarını müəyyən edir. Bu qanunvericilik aktlarına aşağıdakı qanunları misal gətirmək olar: 24 noyabr1992-ci il “Qi ymətli kağızlar və fond birjaları haqqında”; 15 dekabr 1992-ci il “Sahibkarlıq fəaliyyəti haqqında”; 25 may 1994-cü il “Əmtəə birjası haqqında”; 1iyul 1994-cü il “Müəssisələr haqqında”; 12 iyul 1994-cü il “Səhmdar cəmiyyəti haqqında” ; 29 noyabr 1994-cü il “Lizinq haqqında”; 13 iyun 1997-ci il “Müflisləşmə və iflas haqqında”; 3 oktyabr 1997-ci il “Reklam haqqında”; 14 iyul 1998-ci il “Qiymətli kağızlar haqqında”; 12 avqust 1998-ci il “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”; 29 dekabr 1998-ci il “Məhdud məsuliyyətli müəssisələr haqqında”; 30 may 2003-cü il “Tənzimlənən qiymətlər haqqında”; 16 yanvar 2004-cü il “Banklar haqqında” və s.
Azərbaycanın enerji bazarı ölkəni xarici investisiyalar üçün maraqlı edir. Buna görə də hüquq sistemi, transmilli xarici şirkətlərin böyük investisiya qoyuluşuna adekvat təminat verməlidir. Bu məqsədlə aşağıdakı qanunlar qəbul olunub: “Xarici investisiyanın qorunması haqqında” 15 yanvar 1992-ci il; “Antiinhisar fəaliyyəti haqqında” 4 mart 1993-cü il; “İnvestisiya fəaliyyəti haqqında” 13 yanvar 1995-ci il; “Maliyyə-sənayə qrupları haqqında” 23 aprel 1996-cı il; “Təbii inhisar haqqında” 15 dekabr 1998-ci il və s. Hal-hazırda parlamentdə sahibkarlıq fəaliyyətinin müdafiəsi sahəsində qanunvericilik məcəllələşdirilir və antiinhisar məcəllə hazırlanır.
Digər keçmiş sosialist dövlətlərində olduğu kimi Azərbaycanda da iqtisadi islahatların əsas tərkib hissəsi olan özəlləşmənin hüquqi əsasını 7 yanvar 1993-cü il “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Faktiki vətəndaşlara məxsus olan və dövlətin balansında yerləşən yaşayış yerlərinin özəlləşməsi əvəzsiz əsasla həyata keçirilir. Hal-hazırda praktiki olaraq ikinci özəlləşmə dövrü sona çatmışdır (kiçik müəssisələr) və böyük müəssisələr, səhmdar cəmiyyətlər üçün sənaye obyektlərinin özəlləşdirilməsi açıqdır.
Azərbaycanda tikinti biznesi fəal inkişaf edir. Yaşayış evlərinin, ofis mərkəzlərinin, otellerin, sənaye obyektlərinin, xüsusi evlərin inşası dəqiq hüquqi tənzimləmə tələb edir. 2012-ci ilin iyun ayında parlament tərəfindən “Şəhərsalma və tikinti məcəlləsi” qəbul olundu. Məcəllə obyektlərin, binaların, evlərin və s. tikintisinə icazə alınmasının qaydalarını tənzimləyir. Xüsusi olaraq qeyd olunub ki, 3 mərtəbəli, 12 metrdən hündür olmayan xüsusi evin tikintisinə icazə tələb olunmur, yalnız bildiriş xarakterli qeydiyyat kifayətdir. İnşa olunmuş obyektlərin qeydiyyatı üçün maksimal dərəcədə qısa müddət müəyyən olunub. Bütövlükdə yeni məcəllə şəhərsalmanın baş planına uyğun olaraq Azərbaycanda tikinti prosesinin təşkilinə imkan yaradır.
Aqrar münasibətlərin inkişafına böyük diqqət ayrılır. Aqrar sektorda islahatlar dövrü ərzində iki dəfə 1991-ci və 1999-cu illərdə “Torpaq məcəlləsi” qəbul olunmuşdu. 90-cı ilin ortalarında torpaq islahatı keçirildi, torpaq vətəndaşların mülkiyyətinə onu digər şəxslərə satmaq və vermək hüququ ilə verildi. Hal-hazırda qanunvericilik dövlət, xüsusi və bələdiyyə mülkiyyət formalarının qorunmasına təminat verir. Aqrar sahədə qəbul olunan qanunlar: “Kəndli fermer təsərrüfatı haqqında” 8 aprel 1992-ci il; “Sovxoz və kolxozların islahatları haqqında” 18 fevral 1995-ci il; “Aqrar islahatın əsasları haqqında”18 fevral 1995-ci il; “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il; “Kooperasiya haqqında” 7 fevral 1996-cı il; “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il; “Torpaq bazarı haqqında” 7 may 1999-cu il və s.
Azərbaycan MDB-də ilk olaraq yeni bazar münasibətlərinə uyğun olaraq əmək qanunvericiliyinin yenilənməsini başa çatdırdı. Bu sahədə əsas mənbə 1iyul 1999-cu ildə qəbul olunan Əmək məcəlləsidir. Əmək münasibətləri sahəsində bir sıra digər qanunlar fəaliyyət göstərir: “Əməyin mühafizəsi haqqında” 29 sentyabr 1992-ci il; “Həmkarlar ittifaqı haqqında” 24 fevral 1994-cü il; “Məzuniyyət haqqında” 19 iyul 1994-cü il; “Fərdi əmək mübahisələrinin həlli haqqında” 13 fevral 1996-cı il; “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” 21 may 1996-cı il; “Kollektiv müqavilələr və sazişlər haqqında” 24 may 1996-cı il; “Kollektiv əmək mübahisələrinin həlli haqqında” 15 may 1998-ci il və s.
Yeni əmək qanunvericiliyi sosial-demokratik prinsiplərə əsaslanır və bütövlükdə isə Beynəlxalq Əmək Təşkilatının tələblərinə cavab verir (bundan sonra BƏT).
Əmək qanunvericiliyi hər kəsə əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ verir. Əməyə məcburiyyət qadağandır, əmək müqavilələri sərbəst bağlanılır, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Konstitusiyanın 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır (8 saatlıq iş günü)
Azərbaycanda pensiya sahəsində islahatlar 2005-2006-cı illərdə həyata keçirildi. 1 yanvar 2006-cı ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Yeni qanuna uyğun olaraq pensiya növləri müəyyən olundu: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. Praktiki olaraq pensiyanın özünün tərkib hissələri dəyişdi. Hal-hazırda pensiya baza, sığorta və yığım hissədən ibarətdir. Bu sistem dövlətə vətəndaşların sosial təminatına daha çevik yanaşmağa, vətəndaşlara isə öz əmək haqqları nəzərə alınmaqla özləri üçün pensiyalarının yığım hissəsini formalaşdırmasına şərait yaradır. Xüsusi əmək qanunvericiliyi ilə həmçinin hərbi qulluqçular, dövlət qulluqçuları, hakimlərin, prokurorların və s, pensiya ödənişlərinin xüsusi qaydası nəzərdə tutulub.
Son zamanlar dövlət ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayırır. Xüsusilə də, 8 iyun 1999-cu il “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında“ və s. qanunlar qəbul edilmişdir. 26 dekabr 1997-ci il “Su məcəlləsi” 30 dekabr 1997-ci il “Meşə məcəlləsi” də həmçinin təbiəti mühafizə hüququnun əsas mənbələridir.
Azərbaycanda ailə-nikah münasibətləri 28 dekabr 1999-cu ildə qəbul olunmuş Ailə məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasında ailə dövlətin xüsusi himayəsindədir, analıq, atalıq, uşaqlıq isə qanunla mühafizə olunur. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən irəli gəlir. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında kişi və qadın arasında bağlanmış nikah tanınır.Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. 2012-ci ildə son dəyişiklikdən sonra hər iki cins üçün nikah 18 yaş müəyyən olundu.
İnformasiya mübadiləsinin fəallığı, informasiya münasibətlərinin inkişafı, informasiya texnologiyalarının geniş istifadəsi, informasiyanın, informasiyalaşdırmanın, informasiya siyasəti və təhlükəsizliyinin hüquqi cəhətdən vaxtında təmin olunmasını tələb edir.
Bu informasiya və kommunikasiya daşıyıcılarının universal xarakterə malik olmasını nəzərə alaraq,informasiya münasibətlərinin milli qanunvericilikdə hüquqi tənzimlənməsi, beynəlxalq standartların və komparativ siyasətin nəzərə alınmasını tələb edir.
19 iyun 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, 9 dekabr 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” qanun qəbul olundu. Bu qanunların məqsədi ayrı olsa da bir-birini qarşılıqlı olaraq tamamlayır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun informasiya prosesini tənzimləyir. Konstitusyanın 50-ci maddəsini təmin etmək məqsədi ilə “İnformasiya əldə etmək” haqqında qanun isə Azərbaycanda maneəsiz məlumat almanın hüquqi əsasını müəyyən edir.
Bu yolla qanunvericilik hər kəsə ümumi informasiyadan istifadə edilməsinə təminat verir. Azərbaycanda informasiyanın operativ əldə olunması, ötürülməsi və dövlət idarəetməsinin şəffaflığı üçün Elektron Hökümət üzrə qanunvericilik aktlarının layihə paketi hazırlanır.
Cinayət hüququnun və cinayət prosesinin əsasları.
Hüquq sahəsi kimi Azərbaycanın cinayət hüququ cinayət və cinayət məsuliyyətinin əsaslarını, cəza sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır.
Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu.
Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi.
1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu. Ümumi qayda üzrə cinayət məsuliyyəti 16 yaşdan, bəzi ağır cinayətlər üzrə isə 14 yaşdan yaranırdı. Məcəllədə dövlət əleyhinə və sosialist mülkiyyətinə qarşı cinayətlər xüsusi yer tuturdu. Məcəllənin ayrıca bir fəslini yerli adətlərin qalığı olan cinayətlər, məsələn, gəlinə görə başlıq pulunun verilməsi, barışıqdan boyun qaçırma, çoxarvadlılıq və s. təşkil edirdi. Hal-hazırda öz əhəmiyyətini itirən bəzi xüsusi fəaliyyət növləri də cinayət hesab olunurdu, məsələn, satın alma və yenidən alıb satma (möhtəkirlik), əmək fəaliyyətindən imtina etmə (müftəxorluq) və s. Azərbaycan SSR-nin CM əmək kollektivi qarşısında ictimai töhmətdən tutmuş istisna cəza növü olan ölüm cəzasına kimi cəza sistemini müəyyən etdi. Azadlıqdan məhrumetmənin yuxarı həddi 10 il, ağır cinayətlərin törədilməsinə görə isə 15 il müəyyən olunurdu.
Hal-hazırda Azərbaycan cinayət hüququnun əsas mənbəyi 30 dekabr 1999-cu ildə qəbul olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir (bundan sonra – Azərbaycan CM). Azərbaycan CM-in hazırlanmasında 13 may 1995-ci ildə MDB-nin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının qətnaməsi ilə qəbul olunan Model Cinayət Məcəlləsindən istifadə olunmuşdur. Ona görə bu məcəllə öz strukturu və məzmununa görə postsovet ölkələrinin cinayət məcəllələrinə yaxındır.
Azərbaycan CM 12 bölmə, 35 fəsil və 353 maddədən ibarətdir. Bu məcəllə Azərbaycan ərazisində qüvvədə olan yeganə cinayət qanunudur. Məcəlləyə görə, qanunsuz hərəkətlər yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.
Cinayət hüququna görə məsuliyyət 16 yaşdan, lakin ağır xə xüsusilə ağır cinayətlərin törədilməsi zamanı isə 14 yaşdan yaranır. Məcəllədə uşaqlar, qadınlar, xüsusilə hamilə qadınlara münasibətdə daha humanist normalar nəzərdə tutulur.
Azərbaycan CM-ə uyğun olaraq əsas cəza növlərinə aşağıdakılar aiddir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; əmlak müsadirəsi; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; azadlığın məhdudlaşdırılması; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzası cəza növü kimi ləğv edilmişdir.
MDB ölkələrinin cinayət məcəllələrinin ümumi hissələri əksər hallarda oxşar olsa da, xüsusi hissələrdə bəzi spesifik cəhətlərə rast gəlinir. Məsələn, Rusiya Federasiyasının CM-dən fərqli olaraq Azərbaycan CM-in Xüsusi hissəsi özündə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar (m.101), beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə (m.102), soyqırım (m.103), soyqırımın törədilməsinə təhrik etmə (m.104), əhalini məhv etmə (m.105), köləlik (m.106), əhalini deportasiya etmə və ya məcburi köçürmə (m.107), irqi ayrı seçkilik (aparteid) (m.111), işgəncə (m.113) və s. cinayətləri nəzərdə tutan “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi ilə başlayır. Beynəlxalq ictimaiyyətin cinayət məsuliyyətinə cəlb etmə müddəti şamil olunmayan beynəlxalq cinayətlərə münasibətdə tələbləri nəzərə alaraq 5 dekabr 2006-cı ildə “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya Qanunun qəbul olundu. Bu Qanunun 1-ci maddəsinə görə Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.
Eyni zamanda Azərbaycan CM-də yeni cinayət əməlləri də nəzərə alınmışdır. Kompüter informasiyaları sahəsindəki cinayətlər, evtanaziya, qanunsuz süni mayalanma, insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədi ilə alqı-satqısına və s. görə cinayət məsuliyyəti müəyyən olunmuşdur.
2009-cu ildə cəza qismində tətbiq olunan və şərti maliyyə vahidi ilə müəyyən olunan cərimələrin həcmi konkret məbləğlə əvəz edildi. Hal-hazırda CM-in maddələrinin sanksiyalarında cərimə hissələrində konkret məbləğ milli məzənnə ilə göstərilir. Milli pul vahidinin inflyasiyası ilə maddələrin sanksiyalarındakı cərimələrin həcminin dəyişiləcəyini də hesab etmək olar.
Mübarizəsi kompleks tədbirlər tələb edən bəzi cinayət növləri xüsusi qanunlarla tənzimlənir. Məsələn, korrupsiya, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərlə mübarizə ümummilli səviyyədə aparılır. Dövlət proqramları təsdiq olunub, xüsusi orqanlar (komitələr, idarələr) təsis olunub, ayrı-ayrı qanunlar qəbul olunub: 13 yanvar 2004-cü il “Korrupsiya ilə mübarizə haqqında”, 28 iyun 2005-ci il “İnsan alverinə qarşı mübarizə haqqında”, 10 fevral 2009-cu il “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”. Bu xüsusi qanunvericilik aktlarının icrası Prezident və Parlament nəzarəti altında olur. Məsələn, adı çəkilən qanunla insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirləri həyata keçirən koordinator tərəfindən Milli Məclisə illik hesabatların verilməsi nəzərdə tutulur.
2012-ci ilin əvvəlindən Azərbaycan ictimaiyyəti tərəfindən Diffamasiya və Yuvenal ədliyyə haqqında qanun layihələri müzakirə olunur. Hər hansı bir şəxs barəsində onun adına ləkə gətirən məlumatların yayılması ilə bağlı hərəkətlərin dekriminallaşdırılması KİV-ə əlavə azadlıq verəcək, uşaqlar tərəfindən törədilən xırda cinayətlərin dekriminallaşdırılması isə risk altında olan uşaqların yenidən tərbiyə olunmasına müsbət təsir göstərəcək.
Azərbaycanda 3,5 mln. uşaq yaşayır, onların 300.000-i qaçqındır. 59 internatda 22.635 uşaq yaşayır. Bu uşaqların sosial təminatını dövlət bütövlüklə öz üzərinə götürür. Dövlət yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluğu icra orqanları vasitəsi ilə həyata keçirir. Hələ sovet dövründən rayon icra hakimiyyəti orqanlarının nəznində Yetkinlik yaşına çatmayanların işləri üzrə Komissiyalar fəaliyyət göstərirdi. 31 may 2002-ci il Azərbaycan Respublikasının Qanunu ilə bu komissiyalar haqqında yeni Əsasnamə təsdiq edildi. Komissiyaların əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsirin göstərilməsi, onların qanuni maraqlarının qorunmasıdır. Bu günə kimi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində onlarla qanunvericilik aktı qəbul olunmuşdur. Onlardan başlıcası “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunudur.
Azərbaycan Respublikasının məcəllələşdirilmiş aktlarında (CPM, İXM, CİM) bu sosial təbəqənin zəif vəziyyətini nəzərə alaraq yetkinlik yaşına çatmayanların hüquqi vəziyyəti xüsusi qaydada nizama salınır. Lakin uşaqlar tərəfindən törədilən xırda cinayətlərin dekriminallaşdırılması hələlik nəzərdə tutulmamışdır.
“Yuvenal ədliyyə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi işlək variantda Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində hazırlanır. Bu qanunun məqsədi qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların, eyni zamanda yeniyetmə şahid və zərərçəkmişlərin hüquq və qanuni maraqlarının təmin edilməsi prosesində yaranan münasibətlərin tənzim edilməsidir. Qanun layihəsi norma-definisiyalarda bəzi anlayışları açıqlayır, məsələn, yuvenal ədliyyə, yuvenal ədliyyə sahəsində sosial işçi, yuvenal məhkəmə,ixtisaslaşdırılmış təlim-tərbiyə müəssisələri və s. Qanun layihəsində məhkəməyə qədər tərbiyəvi xarakterli vasitələr xüsusilə vurğulanmışdır.
Hal-hazırda formal olaraq cinayət kimi tanınan ayrı-ayrı fəaliyyət növlərinin dekriminallaşdırılması ilə yanaşı, digər bir məsələ də müzakirə olunur – psixoloji, iqtisadi zorakılıq kimi məişət zorakılığının cinayət qanunvericiliyinə daxil olunması.
22 iyun 2010-cu ildə “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanun 4 zorakılıq formasını nəzərdə tutur: fiziki, seksual, psixoloji və iqtisadi zorakılıq. Zorakılıq qurbanlarının müdafiəsi mexanizmi və müdafiə orderinin tətbiq etmə qaydası qanunla müəyyən olunur. Bu normativ akt eyni zamanda sosial xarakterlidir, belə ki, o reabilitasiya mərkəzlərinin fəaliyyət qaydasını, sosial xidmətlərin və ixtisaslaşdırılmış orqanların yaranmasını nəzərdə tutur. Qanuna uyğun olaraq, müdafiə orderi zorakılıq qurbanını 30 gündən 180 günədək qoruyur. Bu müddət ərzində zorakılıq qurbanı reabilitasiya mərkəzinə yerləşdirilir, zorakılıq törədənin ona yaxınlaşması qadağan olunur, bu məhdudiyyət pozulduğu zaman isə zorakılıq törədən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.
Məişət zorakılığı ilə mübarizə kompleks şəkildə aparılır və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya edilir. Məişət zorakılığı ilə mübarizə üzrə Milli Strategiya hazırlanır, cinayət qanunvericiliyinin islahatı nəzərdə tutulur.
Cinayət qanunvericiliyi ilə bərabər Azərbaycanda cinayət-prosessual qanunvericilik də dinamik şəkildə inkişaf edirdi. Azərbaycan SSR-in 1960-cı il Cinayət-prosessual məcəlləsi 2000-ci il Azərbaycan Respublikasının Cinayət-prosessual məcəlləsi (bundan sonra – Azərbaycan CPM ) ilə əvəz edildi.
Azərbaycan CPM-i çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə əsaslanır. Çəkişmənin məzmunu ibtidai istintaq mərhələsindən başlayaraq bərabər tərəflərin olması, cinayət təqibi funksiyalarının bölüşdürülməsi, ittiham, müdafiə tərəfləri və məhkəmə arasında müdafiənin olmasından ibarətdir. Cinayət prosesinin əsas məqsədi cinayət törətmiş şəxsin qanuni təqibi və cinayət məsuliyyətinə cəlb olunması, eyni zamanda şəxsi qanunsuz və əsassız ittihamlardan, hüquq və azadlıqların məhdudlaşdırmasından qorumaqdır.
Daha vacib cinayət-prosessual normalar əsas insan hüquqları kimi konstitusion səviyyədə müəyyən olunmuşdur. Bu məhkəmə-prosessual, eyni zamanda konstitusion hüquqlara aiddir: keyfiyyətli hüquqi yardım almaq hüququ, eyni zamanda tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ (m. 61), təqsirsizlik prezumpsiyası (m.63), qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına qadağa (m.63), bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi (m.64), çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması hüququ (m.65), qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi (m.66), dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ (m.68), məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması (m.127).
CPM-ə uyğun olaraq şübhəli və təqsirləndirilən şəxs barəsində tətbiq olunan bütün prosessual məcburiyyət tədbirləri məhkəmənin nəzarəti altındadır və bu tədbirlər yalnız məhkəmə qərarı əsasında həyata keçirilir. Hər bir tutulan və həbsə alınan şəxsə 48 saat ərzində ittiham elan olunmalı, əks halda o azadlığa buraxılmalıdır. Həbsə alınmış təqsirləndirilən şəxslər 1996-cı ildən bütövlüklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeçiliyində olan penitensiar xidmətin təcridxanalarında saxlanılırlar.
CPM-ə uyğun olaraq cinayət prosesinin mərhələləri müəyyən olunur: cinayət işinin başlanması, ibtidai araşdırma (təhqiqat və ibtidai istintaq daxil olmaqla), məhkəmə baxışına hazırlıq, məhkəmə baxışı, apellyasiya icraatı, kassasiya icraatı, əlavə kassasiya, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat. Xüsusi icraatlara daxildir: yeni açılmış hallar üzrə icraat, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat, cinayət işlər üzrə hüquqi yardım göstərilməsi üzrə icraat, hüquq normalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması üzrə icraat (məhkəmənin Konstitusiya Məhkəməsinə müraciəti) və s.
Hüquqi dövlətin formalaşmasında ən vacib islahatlardan biri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 28 oktyabr 1999-cu il Qanununun qəbul edilməsi idi. Bununla da, əvvəllər hüquq-mühafizə orqanlarının daxili aktları ilə tənzimlənən əməliyyat-axtarış tədbirlərinin (telefonlara qulaq asma, güdmə, götürmə, baxış və s.) keçirilməsi qanunvericilik səviyyəsində müəyyən olundu.
2012-ci ilin əvvəlində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun təqsirsizlik prezumpsiyasını, saxlanılan və həbsdə olan şəxslərin zəif vəziyyətini nəzərə alaraq təqsirləndirilən və ya şübhəli şəxsin məhkəmə araşdırmasına qədər saxlanılmasının şərtləri və qaydasını müəyyən edir.
Sözsüz, Azərbaycan CPM-i şübhəli və təqsirləndirilən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Məcəllədə hüquq və vəzifələr, saxlamanın və həbsin qaydası, şübhəli və təqsirləndirilən şəxsin saxlama müddətləri və s. müəyyən olunmuşdur. Lakin göstərilən Qanunun məqsədi məhkəmə araşdırmasına qədər həbsdə saxlanılan şəxslər üçün daha əlverişli şəraitin yaradılması, müdafiə və tibbi təminatın təmin edilməsidir.
Məhkəmə sistemi
Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Onun əsas vəzifəsi ədalət mühakiməsinin həyata keçirilməsidir. Konstitusiyaya uyğun olaraq məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.
Məhkəmə hakimiyyətinin əsasları Konstitusiyanın VII Fəslində və xüsusi qanun olan 10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunmuşdur. Yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, ümumi və ixtisaslaşdırılmış məhkəmələr. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır (Konstitusiyanın 125-ci mad). Konstitusiya məhkəmə icraatından başqa, ədalət mühakiməsinin həyata keçirilməsində ittiham (prokurorluq) və müdafiə tərəfləri iştirak edir.
“Məhkəmələr və hakimlər haqqında” Qanun aşağıdakı məhkəmə sistemini müəyyən edir: rayon (şəhər) məhkəmələri; ağır cinayətlər məhkəmələri; Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi; hərbi məhkəmələr; inzibati-iqtisadi məhkəmələr; Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, apellyasiya məhkəmələri; Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).
Rayon (şəhər) məhkəmələri ümumi yurisdiksiyalı birinci instansiya məhkəmələridir. Rayon və şəhər hüdudlarında fəaliyyət göstərərək qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxırlar.
Ağır cinayətlər məhkəmələri xüsusi yurisdiksiyalı orqandır və birinci instansiyada ağır və xüsusilə ağır cinayətlərin daha da ixtisaslaşdırılmış baxışını təmin etmək məqsədi daşıyır. Bu məhkəmələrin səlahiyyətləri inzibati-ərazi yurisdiksiyasına uyğun olaraq həyata keçirilir. Azərbaycan CPM-ə uyğun olaraq ağır cinayətlər məhkəmələrinin tərkibində andlılar məhkəməsi yaradıla bilər. Lakin praktikada andlılar məhkəməsi fəaliyyət göstərmir.
Cinayət törətmiş hərbi qulluqçular barəsində məhkəmə araşdırması hərbi məhkəmələrdə həyata keçirilir. Bu məhkəmələrin yurisdiksiyası silahlı qüvvələrin hərbi qarnizonlarında yerləşən hərbi hissələrlə əhatə olunur. Hərbi məhkəmələr birinci instansiyada hərbi cinayətlərlə bağlı cinayət işlərinə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən törədilən cinayət işlərinə baxırlar.
İnzibati-iqtisadi məhkəmələr birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır, müəyyən inzibati-ərazi vahidləri çərçivəsində fəaliyyət göstərirlər.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi muxtariyyətin ali məhkəmə orqanı olaraq ədalət mühakiməsini və ümumi məhkəmələr üzərində nəzarət funksiyasını həyata keçirən və qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir. Onun tərkibi Rəyasət Heyəti, mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiyadan ibarətdir.
Apellyasiya məhkəmələri mülki, inzibati və iqtisadi mübahisələrə dair cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəmələridir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. Kassasiya instansiyası kimi prosessual qaydada ümumi və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarəti həyata keçirir, məhkəmə praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyaları olan mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiyadan ibarətdir. Ali Məhkəmənin hakimləri Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin olunurlar.
Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinin tərkibinə daxil olaraq təhqiqat və istintaqın fəaliyyətinə nəzarəti həyata keçirir. “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə prokurorluğun qanunların dəqiq, vahid tətbiqi və icrasına nəzarət funksiyası aradan qaldırıldı. Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Azərbaycanda konstitusiya nəzarəti orqanı insan hüquqlarının müdafiəsini, Konstitusiyanın aliliyini və hüquqi müdafiəsini təmin edən Konstitusiya Məhkəməsidir. Konstitusiya Məhkəməsi Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən 15 il müddətinə təyin olunan 9 hakimdən ibarətdir.
Konstitusiya məhkəməsi konstitusion subyektlərdən daxil olan sorğu, müraciət və şikayətlər əsasında normativ-hüquqi aktların Konstitusiyaya uyğunluq məsələsini həll edir, hüquq normalarına rəsmi şərh verir, xüsusi funksiyalar yerinə yetirir (seçkiləri təsdiq edir, konstitusion rəy verir və s.). Konstitusiya Məhkəməsinin vacib səlahiyyətlərindən biri qanunvericilik, icra və məhkəmə hakimiyyətiləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsidir.
Azərbaycanda 2005-ci ilin əvvəlində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan olan Məhkəmə-Hüquq Şurası yaradıldı. 28 dekabr 2004-cü il tarixli “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna uyğun olaraq Şura 15 üzvdən ibarətdir, əsasən hakimlərdən (9 nəfər), həmçinin digər hakimiyyət qollarının məsələn, prokurorluq və vəkillik nümayəndələrindən təşkil olunur. Şuranın əsas funksiyaları: hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, hakim vəzifələrinə namizədlərin hazırlanması, onların fəaliyyətinin qiymətləndirilməsi, hakimlərin təltif olunması, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb olunmasıdır və s.
2007-2012-ci illər ərzində yeni regional məhkəmələr təsis edildi, məhkəmə icraatının yeni forması – inzibati proses yarandı, hakim ştatının sayı 50% artdı.
Hüquq sistemində konstitusionalizasiya
Konstitusiya hüquq sistemində aliliklə yanaşı hüquq tətbiqedici praktikada konstitusiya normalarının modelləşdirilməsinin ümumi istiqamətinə xidmət edir. Konstitusiya dövlətlə cəmiyyət arasında bağlanan ictimai, hüquqi müqavilədir. Hüquq mexanizmi kimi Konstitusiya bütünlükdə hüquq və dövlət institutlarının sistemi, konstitusion hüquqi tətbiqedici praktika, ictimai hüquq düşüncəsi və konstitusiya mədəniyyəti ilə dəstəklənir. Konstitusiyanın dəyəri onun sosial maraqların bölgüsünün ədalətliliyində, şəxsin hüquq azadlığının müəyyən olunması və dövlət hakimiyyətinin qarşısının alınması, həmçinin hüquq sisteminin aliliyi və imperativliyindədir. Hüquq təcrübəsində konstitusion norma və prinsiplərin, konstitusion müddəaların “mərkəzləşmə” və “muxtariyyət” prinsipləri əsasında modelləşdirilməsi çətin prosesdir. Konstitusiyanın müddəaları dövlət hakimiyyətinin fəaliyyətində başlanğıc nöqtə kimi çıxış edir və onların şərhində vahid yanaşmanın olmasını tələb edir. Ona görə də hüquq sisteminin effektiv fəaliyyəti üçün qanunverici, məhkəmə, icra hakimiyyəti orqanları tərəfindən konstitusion prinsiplərin tətbiqi və bu sahədə biliklərin olması zəruridir.
Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində konstitusionalizm müəyyən elmi və praktiki dəyərlər əldə edir. Daimi inkişaf edən dinamik sistem kimi Konstitusionalizm hüquq dairəsinin əldə olunması ilə yanaşı əhalinin hüquq düşüncəsinin formalaşmasına əhəmiyyətli təsir edir. Konstitusionalizmin aliliyinin inkişafı vasitəsi ilə hakimiyyətin ictimai institutları vətəndaşlar üçün əlçatan olur, tədricən hüquqi inhilizm aradan qalxır, konstitusion müddəalar isə canlı dinamika əldə edir. Cəmiyyətlə dövlətin belə qarşılıqlı əlaqəsi dövlətin idarə olunmasında xalqın iştirakını təmin edir və konstitusion institutların mövcudluğunu aktuallaşdırır. Nəticədə konstitusiya dəyərləri əsasında qurulan bütün hüquq sistemi vətəndaş cəmiyyətinin formalaşmasına, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, konstitusiya quruluşunun və dövlət müstəqilliyinin sabitliyinin təminatına xidmət edir.
Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ona yaxın 7 rayonunun işğal olunması nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, həmin ərazilərdə konstitusiya qaydası və qanunçuluğun təmin olunması mümkün deyil.
Dağlıq Qarabağın hüquqi vəziyyəti SSRİ Konstitusiyası və Azərbaycan SSR-in Konstitusiyasına uyğun olaraq 16 iyun 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin DQMV-nin xalq deputatları sovetinin təqdimatı əsasında qəbul etdiyi “Dağlıq Qarabağ muxtar vilayəti haqqında” qanunla müəyyən olunurdu. Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il qanunu qəbul olunanadək Muxtar vilayət mövcud olmuşdur.
2 sentyabr 1991-ci ildə azərbaycanlılara qarşı etnik təmizləmədən sonra DQMV-nin və qonşu Şaumyan rayon xalq deputatlarının birgə iclası ilə Dağlıq Qarabağ Respublikası elan edilir. 10 dekabr 1991-ci ildə əhalinin azərbaycanlılara aid olan hissəsi məcburi olaraq köçürüldükdən sonra, Dağlıq Qarabağda respublikaının statusu məsələsi ilə bağlı qeyri legitim referendum keçirildi.
Konstitusionallıq baxımından hər iki hərəkəti qeyri legitim hesab etmək olar.
Birincisi, SSRİ Konstitusiyasının 78-ci maddəsini pozmaqla Azərbaycan SSR-in ərazisinin və sərhədlərinin onun razılığı olmadan dəyişdirilməsi ilə bağlı qəbul olunan qərarın heç bir hüquqi qüvvəsi yox idi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi tam ölçüdə bərpa olunana və beynəlxalq ictimaiyyət tərəfindən tanına qədər bu ərazi Azərbaycanın əsas tərkib hissəsi olmaqda davam edirdi. Uti possidetis juris prinsipinə əsasən, Azərbaycan Respublikası müstəqillik əldə edən anda Dağlıq Qarabağın da yerləşdiyi Azərbaycan SSR-in keçmiş inzibati sərhədləri beynəlxalq hüquqla tanınır və müdafiə olunurdu. Bu məsələ həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrində də birmənalı və qeyd-şərtsiz təsdiq olunur. İkincisi, Azərbaycan qanunvericiliyi yerli və ya regional referendum anlayışını nəzərdə tutmurdu və bu gün də nəzərdə tutmur. 1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdikdən sonra bölgələrdən birində keçirilən referendum qeyri legitim sayılır, belə ki, qanunvericiliklə referendum yalnız bütün azərbaycan xalqının iradə ifadəsi kimi tanınır.
Bütövlükdə Azərbaycan Respublikasında 90-cı illərin ortalarında başlayan siyasi münasibətlərin konstitusion tənzimlənməsində hüquq qaydası hüquq sisteminə və hüququn realizə təcrübəsinə müsbət təsirini göstərdi, konstitusionalizmin müasir ideologiyası isə sosial-siyasi sahədə adekvat olaraq qəbul olunmağa başladı. Lakin, dövlətlə şəxsiyyətin qarşılıqlı münasibəti, dövlət idarəetməsi çoxşaxəli xarakter daşıyır. Buna görə də konstitusion hüquqi kolliziyadan qaçmaq praktiki olaraq mümkün deyil.
Konstitusionalizm Azərbaycanın hüquq sistemində konstitusion səviyyədə təsbit olunan müəyyən fundamental dəyərlərə malikdir. Hər bir dövlətin konstitusion dəyərləri dövlətdaxili normativlərə malik olsa da, özündə klassik universal dəyərləri əks etdirir. Məsələn, ayrı-ayrı insan hüquqlarına münasibətdə Avropa insan hüquqları üzrə Konvensiyadan çıxış edərək “muxtariyyət” prinsipi konkret hüququn mahiyyətinin anlanılmasına vahid yanaşma və hüquq tətbiqedici praktikanın universallığının olmasını tələb edir.
Geniş mənada Konstitusion dəyərlərin müdafiəsi konstitusionalizasiya ilə təmin olunur. Bu qanunyaradıcı və hüquq tətbiqedici praktikada konstitusion ziddiyətlərin yarandığı halda imperativ konstitusion tələblərin təminatı prosesidir. Konstitusion-hüquqi ziddiyyətlərin aradan qaldırılması mexanizmi kimi konstitusiya nəzarət orqanları çıxış edir. Konstitusiya nəzarət orqanları konstitusiya hüquq qaydasını müdafiə edərək, konstitusionalizmin dəyərlərini təmin edir. Hüquq sistemində imperativ konstitusion tələblərin uyğunluğuna və təminatına ən effektiv nəzarəti Konstitusiya məhkəməsi vasitəsi ilə həyata keçirilir. Konstitusiya ədalət mühakiməsini həyata keçirən orqan kimi Konstitusiya Məhkəməsi təkcə hüquq tətbiqetmə ilə məhdudlaşmır. Konstitusiya nəzarət orqanının funksiyası zahirən hüquq tətbiqedici yurisdiksiya prosesini xatırlatsa da, amma öz mahiyyətinə görə hüquq təcrübəsində normativ müəyyənedici vasitə kimi çıxış edir.
Konstitusiya ədalət mühakiməsi vasitəsi ilə hüquq münasibətlərinin subyektlərinin fəaliyyətində normativ davranışın ümumməcburi formaları əmələ gəlir. Konstitusiya Məhkəməsi praktiki olaraq ayrı-ayrı konstitusiya normalarının dərk olunmasının müəyyən formasını modelləşdirir. Bu konkret konstitusion hüquqi ziddiyətlərin həlli vasitəsi ilə daha aydın ifadə olunur. Hətta konstitusion-hüquqi kolliziya kimi qəbul olunan normanın şərhi zamanı müəyyən “model” konstitusion-hüquqi tələb və göstərişlər yaranır. Konstitusiya ədalət mühakiməsinin məqsədi konstitusion ziddiylətlərin tez və effektiv aradan qaldırılmasından ibarətdir. Ona görə də konstitusiya məhkəməsinin qərarı hüquq sistemində mübahisəli məsələlərin tez və operativ həll olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarları vasitəsi ilə hakimiyyətin qolları arasında balans yaradır. Konstitusiya Məhkəməsi öz qərarlarında müəyyən edir: insan hüquqlarının məhdudlaşdırılmasının yol verilən həddi (stasionar psixatriya mərkəzində məcburi müalicənin konstitusionallığı haqqında iş); öz səlahiyyətləri çərçivəsində dövlət hakimiyyətinin məhdudluğu prinsipinin meyarları (MPM-nin 420-ci maddəsinin şərhi; prokurorluğun sorğusu əsasında məhkəmənin ittihama müdaxiləsinin dərəcəsi haqqında iş); hüquqda sosial ədalət prinsipinin meyarları (vərəsəlikdə məcburi pay hüququnun müdafiəsi haqqında iş); hüquq sistemində hüquq müəyyənliyi prinsipinin meyarları (“İnzibati İcraat haqqında” Qanunun 87-ci maddəsinin şərhi haqqında iş; “Sosial sığorta haqqında” Qanunun 21.7-ci maddəsinin konstitusionallığı haqqında iş və s.)
Sonda, qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi dinamik hüquq sisteminin inkişafı üçün əvəzedilməz nəzarət funksiyasını yerinə yetirir. Bununla yanaşı nəzarət orqanı insan hüquqlarının universallılığına mənfi təsir göstərə bilən və hüquq sistemində konstitusionalizm dəyərlərinin dərk olunmasında koqnitiv təhrifin arzuolunmaz mənzərəsini yaradan normanın modelləşdirilməsində divergensiyaya yol verməməyə çalışır.