Qərarlar

07.12.01 Azad Nəqliyyatçılar Birliyinin ləğv edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azad Nəqliyyatçılar Birliyinin ləğv edilməsinə dair

7 dekabr 2001-ci il                                                                        Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə

məhkəmə katibi İ.İsmayılovun,

sorğuverən tərəfin qanuni nümayəndəsi Azərbaycan Respublikası Baş Prokurorunun müavini E.Nuriyevin,

cavabverən tərəfin qanuni nümayəndəsi Azad Nəqliyyatçılar Birliyinin idarə heyətinin sədri S.İsmayılovun,

şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi F.Məmmədovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini İ.Əliyevin, «Azəravtonəqliyyat» Dövlət Konserninin Prezidenti H.Hüseynovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti İdarəsinin rəisi T.Məm­­mədovanın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi İdarəsinin rəisi Q.Hacıyevin, Bakı şəhər İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri S.Nəsibovun, Bakı şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin rəis müavini Ş.Cəfərov və hüquq şöbəsinin rəisi N.Həsənovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 7-ci bəndinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azad Nəqliyyatçılar Birliyinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 2001-ci il 17 sentyabr tarixli 06/4190 və 06/1476 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim B.Qəribovun məruzəsini, sorğuverən tərəfin qanuni nümayəndəsi E.Nuriyevin, cavabverən tərəfin qanuni nümayəndəsi S.İsmayılovun çıxışlarını, şahidlər F.Məmmədov, İ.Əliyev, H.Hüseynov, T.Məmmədova, Q.Hacıyev, S.Nəsibov, Ş.Cəfərov və N.Həsənovun ifadələrini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi                     

M Ü Ə Y Y Ə N   E T D İ:

         Azərbaycan Respublikasının Prokurorluğu sorğuda qeyd edir ki, Azad Nəqliyyatçılar Birliyi öz nizamnaməsi ilə müəyyən edilmiş məqsəd və vəzifələrin hüdudlarından kənara çıxan hərəkətlərə yol verməklə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin tələblərini pozaraq Bakı şəhərində və Bakı-Quba yolunun 103, 129, 174-cü kilometrliyində qanunsuz nəzarət postları yaratmış, bu postlarda «monitorinq qrupları» adı ilə dövlət orqanlarının səlahiyyətlərini mənimsəməklə fəaliyyət göstərərək nəqliyyat vasitələrinin hərəkətinə nəzarət funksiyalarının həyata keçirilməsini təşkil etmişdir. Birliyin üzvləri dəfələrlə yol hərəkəti qaydalarının pozulması bəhanəsi ilə sürücülərdən sürücülük və sahibkarlıqla məşğul olmaq hüququ verən və digər sənədlər tələb etmiş, bu sənədləri qanunsuz alaraq «inzibati hüquqpozmalar haqqında» əsassız protokollar tərtib etmiş, vətəndaşların hüquqlarını kobud sürətdə pozmuşlar.

Bununla əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bir il ərzində Azad Nəqliyyatçılar Birliyinə 3 dəfə xəbərdarlıq etmişdir. «İctimai birliklər haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq 2000-ci il 11 iyul tarixdə edilmiş xəbərdarlıqda Azad Nəqliyyatçılar Birliyinin onun nizamnaməsi ilə müəyyən edilmiş məqsəd və vəzifələrin hüdudlarından kənara çıxan və qanunu pozan hərəkətlər etdiyi göstərilmiş və onların aradan qaldırılması təklif olunmuşdur.

2001-ci il 23 mart tarixdə Birliyə edilmiş ikinci xəbərdarlıqda «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradılıb və fəaliyyət göstərməsi qeyd olunmuş, Birliyin qeyri-kommersiya təşkilatı kimi nizamnaməsində müəyyən edilən məqsəd və vəzifələrdən kənara çıxan hərəkətlər etməsinin yol verilməzliyi onun idarə heyəti sədrinin nəzərinə çatdırılmışdır.

2001-ci il 3 may tarixdə edilmiş üçüncü xəbərdarlıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 409.1.2-ci maddəsində ictimai birliklərin inzibati xətalara dair materialları təqdim etmək hüququ, ictimai birliklərə qeyri-qanuni yoxlamalar keçirməyə, nəqliyyat vasitələrini saxlamağa, sürücülərin sənədlərini almağa və digər zorakı tədbirlərin tətbiqinə hüquq verən norma kimi qəbul edilə bilməməsi, həmçinin əvvəllər Birlik tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülməsi sonuncu dəfə təklif olunmuşdur.    

Yuxarıda göstərilənləri əsas tutaraq Azərbaycan Respublikasının Prokurorluğu sorğuda «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 31.4-cü maddəsinə müvafiq olaraq Azad Nəqliyyatçılar Birliyinə bir il ərzində üç dəfə yazılı xəbərdarlıq olunmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsindən onun ləğv edilməsini xahiş edir.

Konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15, 210, 308, 309-cu maddələrinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 376, 386, 396, 403, 404, 409, 410-cu maddələrinin, «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 2, 31-ci maddələrinin, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47-ci maddəsinin, düzgünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetində təsdiq olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 01 may tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş «Pullu hüquqi xidmətlərə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın rəsmi mətnləri əlavə edilmişdir.  

Azad Nəqliyyatçılar Birliyi 1999-cu il 22 aprel tarixdə təsis edilmiş, 1999-cu il 02 iyun tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1134 №-li qərarı ilə dövlət qeydiyyatına alınmışdır.

Nizamnamənin 1.1-ci maddəsinə əsasən Birlik, 19 sentyabr 1995-ci il tarixli «İc­timai birliklər haqqında» Qanunun tələblərinə uyğun olaraq, nəqliyyatçıların əmək hüquqlarını müdafiə edən, eləcə də sosial problemlərin həlli məqsədi ilə könüllülük prinsipi əsasında yaradılan qeyri-hökümət təşkilatıdır. Nizamnamənin 1.2-ci maddəsində sosial sahədə nəqliyyatçıların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin aradan qaldırılmasının optimal yollarını araşdıraraq öz səyi ilə sosial sahədə hüquqların müdafiəsini həyata keçirməyə çalışmasına, 1.3-cü maddəsində isə ekoloji sahədə nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərərin minimuma endirilməsi məqsədi ilə əlaqədar ictimai və dövlət təşkilatlarının diqqətini bu məsələnin həllinə cəlb etməyə çalışmasına dair müddəalar nəzərdə tutulmuşdur.

Göründüyü kimi Birlik öz fəaliyyət istiqamətlərini nəqliyyatçıların əmək hüquqlarının müdafiəsi, sosial və ekoloji problemlərin həlli sahəsində təsnifləşdirmişdir.

Nizamnamənin 2.2-ci maddəsində göstərilmişdir ki, Birlik nəqliyyatçıların əmək hüquqlarının müdafiəsi sahəsində hər hansı bir məsələnin həllində hüquqi biliklərin yayılması üçün braşuraları, bülletenləri nəşr edir, sosial sahədə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində səlahiyyəti dairəsində təkliflər hazırlayır, ekologiya sahəsində nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu ziyana ictimaiyyətin diqqətini cəlb etmək və ekologiya sahəsində biliklərin artırılması məqsədilə kitabçalar, bülletenlər, eləcədə bukletlər və reklamlar hazırlayır.

Nizamnamənin 1.7-ci maddəsində Birliyin hüquq və vəzifələrini Azərbaycan Res­publikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirəcəyi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, ictimai birliklər cəmiyyətdə plüralizmin, fikir və söz azadlığının, əqidə müxtəlifliyinin inkişafına təkan verməklə demokratiyanın dərinləşməsinə xidmət göstərən əsas amillərdən biri hesab olunur.                 

Fərdi təşəbbüs əsasında könüllü özünü idarəedən qurumların fəaliyyəti sosial, mədəni, mənəvi və digər ümumbəşəri dəyərləri ictimaiyyətdə təbliq etməklə vətəndaş cəmiyyətinin daha sürətlə formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Birləşmək hüququ fundamental hüquq kimi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

«İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin» 20-ci maddəsində göstərilmişdir ki, hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir. Heç bir şəxs hər hansı bir assosiyasıyaya qoşulmağa məcbur edilə bilməz.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddəsinin I hissəsində hər bir şəxsin başqaları ilə birlikdə assosiyasiya azadlığı hüququna malik olması göstərilmişdir. Həmin maddənin II hissəsində bu hüquqdan istifadə edilməsinə qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin I hissəsinə görə də, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Bu maddənin II hissəsində göstərilmişdir ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və movcüd birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

«Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində müəyyən olunmuşdur ki, qeyri-hökümət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət  göstərə bilər. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən qeyri-kommersiya hüquqi şəxsin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir.

İş materiallarının tədqiqindən və şahid ifadələrindən görünür ki, Azad Nəqliyyatçılar Birliyi fəaliyyətə başladığı vaxtdan nizamnaməsində nəzərdə tutulan məqsəd və vəzifələri hüdudlarından kənara çıxmış, dövlət orqanları və başqa idarə və təşkilatların səlahiyyətlərinə müdaxilə edərək qanun pozuntularına yol vermiş, nəqliyyatçıların hüquqlarının müdafiəsi adı altında «Azəravtonəqliyyat» Dövlət Konserninin, Bakı şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin və Dövlət Yol Polisinin fəaliyyətinə müdaxilə edərək nəqliyyat sistemi sahəsində müxtəlif yerlərdə qeyri qanuni yoxlamalar aparmışdır.

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarında səlahiyyətli dövlət orqanları istisna olmaqla, heç bir fiziki və hüquqi şəxsin, o cümlədən ictimai birliyin yollarda nəqliyyat vasitələrini dayandırmaq və sürücülərin sənədlərini yoxlamaq hüququ nəzərdə tutulmamışdır. Həmin Qanunun 83-cü maddəsi­­nin II hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Dövlət Yol Polisi) əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəq­liyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

Azad Nəqliyyatçılar Birliyi «Yol hərəkəti haqqında» Qanunun müddəalarını pozaraq Bakı şəhərində və Bakı-Quba yolunun 103, 129, 174-cü kilometrliyində «mo­nitorinq qrupları» adı altında nəzarət postları yaratmış, bu postlarda qanunsuz fəaliyyət göstərərək dövlət yol polisi orqanının səlahiyyətlərini mənimsəyərək nəqliyyat vasitələrinin hərəkətinə nəzarət funksiyalarının həyata keçirilməsini təşkil etmiş, onun üzvləri sürücüləri qanunsuz saxlayaraq, onlardan sürücülük və sahibkarlıqla məşğul olmaq hüququ verən və digər sənədləri götürmüş, onlar barədə qanunsuz olaraq «inzibati xətalar haqqında» əsassız «protokollar» və «aktlar» tərtib etmişlər. Gös­tərilən hərəkətlərlə vətəndaşların hüquq və azadlıqları kobud sürətdə pozulmuşdur.

Həmin «protokollardan» və «aktlardan» görünür ki, onların formaları Azad Nəqliyyatçılar Birliyinin 2000-ci il 4 dekabr tarixdə keçirilmiş II konfransının qərarı ilə təsdiq edilmişdir. Digər tərəfdən belə qanunsuz fəaliyyəti həyata keçirmək məqsədi ilə Birliyin üzvlərinə verilmiş vəsiqələrdə onların Azərbaycan Respublikasının ərazisində şəhər və rayondaxili, şəhər və rayonətrafı ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etmələri göstərilmişdir. Belə «protokol» və «akt» formalarının  təsdiq edilməsi, həmçinin vəsiqələrdə imtiyazların müəyyən olunması nə Birilyin ali idarəetmə orqanı olan üzvlərinin ümumi yığıncağının-konfransının, nə də onun digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid deyil və bu səlahiyyət yalnız müvafiq dövlət hakimiyyəti orqanlarına məxsusdur.

Birlik əmək qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində də qanunsuz hərəkətlərə yol verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirmələrinə əsassız maneələr yaratmışdır.

Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsində qeyd olunmuşdur ki, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvaifq icra hakimiyyəti orqanı həyata keçirir. Göründüyü kimi Birlik bu sahədə icra hakimiyyəti orqanının funksiyasını yerinə yetirərək, əmək müfəttişliklərinin də səlahiyyətlərinə müdaxilə etmişdir.

Əmək Məcəlləsinin 308-ci maddəsinə əsasən işəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də, bü­töv­lükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarət öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş əmək müfəttişlikləri tərəfindən həyata keçirilir.

Əmək Məcəlləsinin 309-cu maddəsinin birinci hissəsində isə işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti  «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən yerinə yetirildiyi müəyyənləşdirilmişdir.

Cavabverən tərəf Əmək Məcəlləsinin 210-cu maddəsinə istinad edərək, onun əmək müqaviləsi sahəsində nəzarət funksiyalarının olmasını göstərir. Həmin maddəyə görə işəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi probleməlirini həll etmək üçün birləşərək, ictimai birliklər haqqında qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər. Lakin bu maddəyə görə ictimai birliklərə nəzarət funksiyalarını həyata keçirilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Dövlət hakimiyyət orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə norma­tiv-hüquqi aktları qəbul edərək, onların təkliflərini və tövsiyyələrini nəzərə almalıdır.     

Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 409.1.2-ci maddəsində inzibatı xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər sırasında dövlət və ya yerli özünüidarəetmə orqanlarından, ictimai birliklərdən materialların daxil olması qeyd olunmuşdur. Bu Məcəllənin 409.2-ci maddəsində isə materiallara, məlumatlara və ərizələrə inzibatı xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılmasını nəzərdə tutan müddəa mövcuddur. Həmin Məcəllə ilə Azad Nəqliyyatçılar Birliyinə belə səlahiyyətin verilməsi müəyyənləşdirilməsə də, Birliyin üzvləri bu Məcəllənin tələblərini (379, 386, 396, 403, 404, 410-cu maddələr) pozmaqla, inzibatı xətalara dair «protokol» və «aktlar» tərtib etmişlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 01 may tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş «Pullu hüquqi xidmətlərə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci maddəsinə əsasən hüquq məsələlərinə dair məsləhətlər və izahatlar, qanunvericiliyə dair şifahi və yazılı arayışlar vermək xüsusi razılıq tələb edən hüquqi xidmət növü olmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında həyata keçirilir. Belə sənədin olmamasına baxmayaraq Birlik sürücülər barəsində tətbiq etdiyi «cərimə cəzalarını» hüquqi xidmətlərin ödənişi kimi qəbul etmişdir.

Digər tərəfdən qanunsuz və əsassız olaraq sürücülərə tətbiq edilən cərimələrin əvəzinə üzərində «üzvlük haqqı» yazılmış qəbzlər də verilmişdir ki, bu da ictimai birliyin formalaşmasında əsas prinsiplərdən biri hesab olunan könüllülük prinsipinin pozulması, yəni vətəndaşların birliyə üzv olmağa məcbur edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin III hissəsində qeyd olunmuşdur ki, heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

Konstitusiya Məhkəməsi hesab edir ki, dövlət ictimai birliyi cəmiyyətin bir hissəsi kimi qəbul etməklə ona zəruri və qanunla müəyyən olunan şəraiti təmin edir. Eyni zamanda ictimai birliklər öz fəaliyyətlərində Konstitusiya və qanunlara ciddi riayət etməlidirlər. Hər hansı bir hüquq və vəzifələri yerinə yetirərkən Konstitusiya və qanuna zidd üsul və vasitələrdən istifadə edilməsi demokratik cəmiyyətin təbiətinə yad olan bir hal kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadılqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Konstitusiyanın 80-cı maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.   

Göründüyü kimi, birləşmək hüququnu reallaşdırmaq üçün yaradılmış ictimai birliklərin fəaliyyət sərbəstliyi heç də hüquq və vəzifələrin həyata keçirilməsi zamanı di­gər şəxslərin hüquq və azadlıqlarının pozulması, o cümlədən hakimiyyət orqanları­nın səlahiyyətlərinə müdaxilə edilməsi və bununla da Konstitusiya və mövçud qanun­lar çərçivəsindən kənara çıxılmasını nəzərdə tutan azadlıq kimi qəbul edilə bilməz.

«Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 31.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən bir il ərzində edilmiş 3 yazılı xəbərdarlığa baxmayaraq Azad Nəqliyyatçılar Birliyi fəaliyyət göstərdiyi müddət ərzində qanunsuz hərəkətələrə yol verməklə əsassız olaraq dövlət orqanlarının səlahiyyətlərinə müdaxilə etmiş, ayrı-ayrı idarə və təşkilatların işinə maneələr yaratmış, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarını pozmuşdur.   

Beləliklə, Azad Nəqliyyatçılar Birliyi öz fəaliyyəti ilə hüquqi dövlətin əsas atributları kimi qəbul olunmuş qanunun aliliyi və insan ləyaqətinin qorunması prinsiplərinə xələl gətirmişdir.

Məhkəmə iclasında cavabverən tərəfin nümayəndəsi rəhbərlik etdiyi ictimai birliyin qanunsuz hərəkətlərini nəqliyyat sahəsində qanunların pozulması faktlarının aşkar etmək istəyi ilə əlaqələndirmişdir. Bununla bağlı, qeyd edilməlidir ki, hüquqi dövlətdə qanunun aliliyi prinsipi bütün fiziki və hüquqi şəxslərə aiddir və cavabverən tərəfin qanun pozuntuları barədə irəli sürdüyü dəlillər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yoxlanılmalıdır.      

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 7-ci bəndini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 1999-cu il 2 iyun tarixli 1134 №-li qərarı ilə dövlət qeydiyyatına alınmış Azad Nəqliyyatçılar Birliyi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyyə edilsin ki, cavabverən tərəfin qanuni nümayəndəsinin məhkəmə iclasında irəli sürdüyü dəlillərin qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılmasını təmin etsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

5. Qərar qətidir, heç bir orqan və vəzifəli  şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev  AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Sədrlik edən                                                                  Xanlar Hacıyev