Qərarlar

04.12.01 2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

4 dekabr 2001-ci il                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), F.Ba­bayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri Q.Həsənquliyev və Q.Orucovun, üzvləri V.Əs­ədov, T.Həsənov, Y.Hüseynov, R.İbrahimov, V.Kazımova, E.Qurbanov, İ.Məm­mə­dov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə və A.Tağıyevin,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu mad­dəsinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məh­kəmə iclasında 2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nə­ti­cələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.

Hakim E.Məmmədovun məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını dinləyərək, mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Hə­mi­do­vanın arayışını nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məh­kə­məsi 

M Ü Ə Y Y Ə N  E T D I:

2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

2001-ci il noyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Ko­mis­siyası 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyanın 1 saylı pro­toko­lunu Qanu­na müvafiq olaraq ona əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Res­publikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azər­bay­can Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlü­yü­nü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş 52 saylı Ağcabədi şəhər birmandatlı dairə seçki komissiyasının 1 saylı protokolunun (ona əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlamışdır.

Təqdim edilmiş sənədlərdən görünür ki, göstərilən seçki dairəsində 2001-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizəd müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərlə bağlı vətəndaşların seçki hüquqlarının pozulmasından şikayətlərin daxil olub-olmaması və daxil olubsa, onlara qanunla müəyyən edilmiş qaydada baxılmasının nəticələri barədə arayış verilməsinə dair sorğu göndərmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2001-ci il 3 dekabr tarixli 02/I-483 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair Ağcabədi rayon məhkəməsinə heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 30 noyabr tarixli məktubundan məlum olur ki, bu məhkəməyə də Azərbaycan Respublikasının Mil­li Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair heç bir şikayət daxil olma­mışdır.

İşdə olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, 2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilər üzrə dairə seçki komissiyası tərəfindən tərtib edilmiş 1 saylı protokol və ona əlavə edilmiş sənədlər «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının Qa­nununa uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu mad­dəsinin V hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Res­pub­likası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L D I:

1. 2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təfsir edilə bilməz.

 Sədrlik edən                                                                  Xanlar Hacıyev