Azərbaycan
Respublikası adından
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
2015-ci
il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış Azərbaycan Respublikası Milli
Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair
24 noyabr
2015-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə
katibləri Fəraid Əliyev və Elməddin Hüseynovun
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq
Məmmədov, katibi Arifə Muxtarova, katibi Mikayıl Rəhimov, üzvləri Şaitdin Əliyev,
Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham
Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov, Almas
Qəhramanlı və Etibar Quliyevin,
ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
baş müəllimi Elşad Nəsirovun və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə
doktoru Sübhan Əliyevin,
mütəxəssislər
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova
və Gülnar Əhmədovanın iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə
müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə 2015-ci il noyabr ayının 1-də keçirilmiş seçkilərin nəticələrinə
dair konstitusiya işinə baxdı.
Hakimlər R.Qvaladze və K.Şəfiyevin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər E.Nəsirov və S.Əliyevin rəyini, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin
II hissəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının
seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli 1371 saylı Sərəncamı ilə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilmiş və həmin gün
keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin
tələblərinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə
günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını
(bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır,
24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və
təsdiq edir.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 54.1-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsində
müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Mərkəzi Seçki Komissiyası tərəfindən
təqdim olunmuş sənədlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
uyğunluğunu yoxlayır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş
seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi
yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki
komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri 2015-ci il
noyabrın 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təqdim
olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunluğunu
yoxlayarkən aşağıdakıları müəyyən etmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair
2015-ci il 18 noyabr tarixli protokoluna əsasən:
Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı
– 5 211
765 (beş milyon iki yüz on bir min yeddi yüz altmış beş);
Səsvermədə iştirak edən seçicilərin sayı – 2 894 515 (iki milyon səkkiz yüz doxsan dörd min beş yüz on beş);
Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi
beş);
Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş
protokolların sayı – 125 (bir yüz iyirmi beş);
Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi
üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 124 (bir
yüz iyirmi dörd);
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin
sayı – 1 (bir);
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 58 (əlli səkkiz)
olmuşdur.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səsvermənin
ümumi yekunları haqqında 2015-ci il 18 noyabr tarixli protokolundan göründüyü
kimi, 125 seçki dairəsindən 124 seçki dairəsi üzrə səsvermənin nəticələri
etibarlı hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10
noyabr 2015-ci il tarixli 44/310 saylı; 11 noyabr 2015-ci il tarixli 45/312 saylı;
13 noyabr 2015-ci il tarixli 47/326 saylı; 14 noyabr 2015-ci il tarixli 48/329 saylı;
17 noyabr 2015-ci il tarixli 50/342 saylı; 18 noyabr 2015-ci il tarixli 51/344 və
51/345 saylı qərarları ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal; 35 saylı Xətai
üçüncü; 53 saylı Quba-Qusar; 63 saylı Sabirabad birinci; 69 saylı Cəlilabad-Masallı-Biləsuvar;
79 saylı İmişli; 82 saylı Ağcabədi; 83 saylı Ağcabədi-Füzuli və 85 saylı Şamaxı seçki dairələrinin hər
birində bir seçki məntəqəsi; 15 saylı Yasamal birinci və 121 saylı Laçın seçki dairələrinin
hər birində iki seçki məntəqəsi; 90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqələri
üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələri
etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan
seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən və həmin seçki məntəqələrində
qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin
ümumi sayının 1/4-dən çoxunu təşkil etdiyindən bu seçki dairəsi üzrə seçkilər
etibarsız hesab edilmişdir.
Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən 53 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız
hesab edilmişdir.
Beş seçki məntəqəsi üzrə nəticələr dairə seçki
komissiyaları tərəfindən etibarsız hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə
əsasən seçki komissiyalarının protokolları seçki komissiyasının həlledici səs
hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs
hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin
28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və
ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
edilmiş səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolundan göründüyü kimi,
bu sənədi Mərkəzi Seçki
Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
materialları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olduqdan
sonra Məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü
maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün ekspert və
müvafiq mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki
Apellyasiya Məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən,
Azərbaycan Respublikası Ali Məhkəməsindən və Azərbaycan Respublikası
Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin
pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb
etmişdir.
Ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirovun və
həmin kafedranın dosenti S.Əliyevin rəylərinə görə Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli
protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğundur.
Mütəxəssislər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın
arayışına əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair
2015-ci il 18 noyabr tarixli protokolu və ona əlavə edilmiş 124 dairə seçki
komissiyalarının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2,
100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinə uyğun tərtib edilmişdir.
Yoxlanılmış sənədlərdə səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar
edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsi 23 noyabr 2015-ci il tarixli
5D-174/15 saylı məktubunda bildirmişdir ki, 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərlə bağlı məhkəməyə cəmi 63 şikayət daxil olmuş, bunlardan 6 şikayət
aidiyyəti üzrə baxılması üçün göndərilmiş, 5 şikayət mümkün sayılmamış, 51
şikayət təmin edilməmiş, 1 şikayət isə qismən təmin edilərək namizədliyin qeydə
alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarı ləğv edilmişdir.
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli SA-209/2015
saylı məktubuna əsasən, həmin məhkəməyə 2015-ci il noyabr ayının 1-də keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 13 şikayət
daxil olmuş, bütün şikayətlər təmin edilməmişdir.
Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi 23
noyabr 2015-ci il tarixli 03-01/2015 saylı məktubla bildirmişdir ki, Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı cəmi 8 şikayət
daxil olmuş, o cümlədən 5 şikayət namizədliyin qeydə alınmaması, 3 şikayət isə
Dairə Seçki Komissiyalarının protokollarından olmuşdur. İki şikayət baxılması üçün aidiyyəti üzrə
göndərilmiş, 6 şikayət isə təmin edilməmişdir.
Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin
20 noyabr 2015-ci il tarixli 6DX-290/2015 saylı məktubundan göründüyü kimi, həmin
məhkəməyə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 23
şikayət daxil olmuşdur. Bunlardan 16-sı namizədliyin qeydiyyatı ilə, 7-si isə
Dairə Seçki Komissiyalarının protokollarının etibarsız hesab edilməsi ilə bağlı
olmuşdur. Bir şikayət təmin edilərək namizədliyin qeydiyyatı ilə bağlı Mərkəzi
Seçki Komissiyasının qərarı ləğv edilmiş, bir şikayət baxılması üçün aidiyyəti
üzrə göndərilmiş, 21 şikayət təmin edilməmişdir.
Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 21
noyabr 2015-ci il tarixli 35/964 saylı məktubundan göründüyü kimi, həmin məhkəməyə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 11 şikayət
daxil olmuş, 7 şikayət təmin edilməmiş, 2 şikayət mümkün sayılmamış, 1 şikayət
təmin edilərək qeydə alınmış namizədin qeydiyyatı ləğv edilmiş, 1 şikayət isə
aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 23 noyabr
2015-ci il tarixli 20-03/75 saylı məktubundan göründüyü kimi, 2015-ci il noyabr
ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
bağlı şikayətlər daxil olmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr
2015-ci il tarixli 2-509/15 saylı məktubuna əsasən, bu məhkəməyə 2015-ci il
noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
bağlı 64 iş daxil olmuş, 60 iş üzrə şikayətlər təmin edilməyərək, apellyasiya
instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmış, 4 şikayətin
qəbulundan isə imtina olunmuşdur.
Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinə ünvanladığı 21 noyabr 2015-cil tarixli 04-xid
9344 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilər ilə əlaqədar prokurorluq orqanlarına vətəndaşların seçki
hüquqlarının pozulması ilə bağlı 23 müraciət daxil olmuş, onlardan 19-u aidiyyəti
üzrə göndərilmiş, 4 müraciət üzrə isə müəlliflərinə qanunvericiliyin tələbləri
izah edilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli
protokolu və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq ona əlavə edilmiş sənədlər Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci
maddələrinin tələblərinə uyğun olduğundan, seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini
və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. 2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci
çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli
protokolu və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq ona əlavə edilmiş sənədlər Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci
maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci
il noyabr ayının 1-də keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi birinci,
9 saylı Binəqədi ikinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Xəzər-Pirallahı,
14 saylı Xəzər,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
31 saylı Suraxanı ikinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
38 saylı Nizami ikinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt birinci,
42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Xızı,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı Abşeron-Qobustan,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Şabran-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
80 saylı İmişli-Beyləqan,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Göygöl-Daşkəsən,
102 saylı Samux-Şəmkir,
103 saylı Gədəbəy,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
106 saylı Tovuz-Qazax-Ağstafa,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
110 saylı Zaqatala,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
119 saylı Ağdam kənd,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq
edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski
raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev