2011-09-21 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Sədrinin Ukraynaya səfəri

Xəbərlər

2011 Sep

Sentyabrın 16-da Ukrayna paytaxtında bu ölkənin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində "İnsan hüquqlarının konstitusiya ədliyyə orqanları tərəfindən müdafiəsi: fərdi müraciət imkanları və problemlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbir Avropa Şurasının Venetsiya Komissiyası və Alman Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu tərəfindən birgə təşkil edilmişdir.
Bu nüfuzlu forumda  Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev  iştirak etmişdir.

Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovin tədbiri açaraq bu konfransın təşkilinin dəstəklənməsinə görə, dövlət rəhbərliyinə - şəxsən Ukrayna Prezidentinə, ölkə parlamentinə, Nazirlər Kabinetinə, habelə "Köhnə tərəfdaşlar və həmkarlar olan Venetsiya Komissiyasının, Alman Əməkdaşlıq Fondunun və ATƏT-in üzvlərinə" təşəkkür etmişdir.