Məhkəmələr
və hakimlər haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında ədalət
mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti
yaratmağa yönəlmişdir.
Birinci
bölmə. Məhkəmələr
I fəsil.
Məhkəmə hakimiyyəti
Maddə 1. Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması
Azərbaycan Respublikasında Azərbaycan
Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri
fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının
125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi
məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin,
eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin
yaradılması qadağandır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
(bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının
qanunu ilə müəyyən olunur.
Maddə 2. Məhkəmələr və hakimlər haqqında qanunvericilik
Məhkəmələr və hakimlər haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Ələt azad iqtisadi zonasında mübahisələrin həlli
zamanı «Ələt azad iqtisadi zonası haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınır.
Maddə 3. Məhkəmələrin vəzifələri
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti
yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir.
Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və
vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq
bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin,
digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və
qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının
Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata
keçirirlər.
Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması
yolverilməzdir.
Maddə 4. Məhkəmələrdə işlərə baxılması
Məhkəmələrdə işlərə birinci instansiya,
apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə
kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə
təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət
tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha
çox hakimdən ibarət tərkibdə baxılır.
Məhkəmələr işlərə baxarkən Azərbaycan
Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik
aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri rəhbər tuturlar.
Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının
protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı
aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə
edilə bilər.
Maddə 5. Məhkəmələrin qərarları
Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan
Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra
— qərarlar) çıxarırlar.
Məhkəmələrin bütün qərarları qəbul olunduğu
gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada
yayılmalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində
bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra
olunmalıdır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra
edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
Maddə 6. Məhkəmə hakimiyyətinin rəmzləri
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin
rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağından, Dövlət gerbindən və ədalət
mühakiməsinin rəsmi emblemlərindən ibarətdir.
Azərbaycan Respublikası məhkəmələrinin bütün
hakimləri məhkəmə iclaslarını xüsusi geyimdə aparırlar.
Ədalət mühakiməsinin rəsmi emblemlərinin və
hakimlərin xüsusi geyim formasının təsviri Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq
Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.
II fəsil.
Ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar
Maddə 7. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi
Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət
mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir
şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.
Maddə 8. Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə,
heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və
qanunlara müvafiq həyata keçirilməsi
Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin
edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə
və qanunlara müvafiq həyata keçirilir.
Maddə 9. Məhkəmə icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin
yolverilməzliyi
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən
bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir,
hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud
aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb
olur.
Maddə 10. Müdafiə hüquqlarının təmin edilməsi
Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində
yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda
nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin
hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində
məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum
edilə bilməz.
Şübhə edilən, təqsirləndirilən şəxsin və müttəhimin
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə
hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.
Azərbaycan Respublikası
Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə
tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Maddə 11. Təqsirsizlik prezumpsiyasının təmin edilməsi
Ədalət mühakiməsi həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə
tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunması təmin edilir.
Maddə 12. Məhkəmə icraatının açıq aparılması
Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə əsasən işlərə məhkəmənin
qapalı iclaslarında baxılması halları istisna olmaqla, bütün məhkəmələrdə işlərin
icraatı açıq aparılır.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,
cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
Bütün hallarda məhkəmələrin qərarları açıq elan
edilir.
Maddə 13. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi
Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin
hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq çəkişmə
prinsipi əsasında həyata keçirilir.
Maddə 14. Məhkəmə icraatının aparıldığı dil
Məhkəmə icraatının aparıldığı dil Azərbaycan
Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən
edilir. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər
hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək
hüququ təmin edilir.
Maddə 15. Məhkəmə aidiyyətinə riayət edilməsi
İşlərin Azərbaycan Respublikası qanunvericiliyi
ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq
qanuni hakimin icraatından alınması qadağandır.
Maddə 16. Hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması
Birinci instansiya, appelyasiya və ya kassasiya
instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar
məhkəmə baxışında iştirakı yolverilməzdir.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda
hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.
Maddə 17. Məhkəmə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi
Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları
arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və
kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış
qeyri-prosessual münasibətlər yolverilməzdir.
Maddə 18. Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtləri
Azərbaycan Respublikasının məhkəmələri ədalət
mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün
prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini
ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.
Ədalət mühakiməsinin həyata keçirilməsinə dair
müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur.
III fəsil.
Azərbaycan Respublikasının məhkəmə sistemi
Maddə 19. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr
Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan
Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata
keçirirlər:
- rayon (şəhər)
məhkəmələri;
- ağır cinayətlər
məhkəmələri;
- Naxçıvan Muxtar
Respublikasının ağır cinayətlər məhkəməsi;
- hərbi məhkəmələr;
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi (bundan sonra — Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə);- inzibati məhkəmələr;
- kommersiya məhkəmələri;
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının iqtisad məhkəməsi (bundan sonra — Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi);- Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi;
- apellyasiya
məhkəmələri;
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi (bundan sonra — İqtisad Məhkəməsi);- Azərbaycan
Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).
Azərbaycan Respublikasının məhkəmə sistemi
daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər.
Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil
hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
möhürü vardır.
IV.
Rayon (şəhər) məhkəmələri
Maddə 20. Rayon (şəhər) məhkəməsi və onun səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi
kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara
dair və digər işlərə baxır.
Rayon (şəhər) məhkəməsi məhkəmə statistikasını təhlil
edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir
və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid
edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 21. Rayon (şəhər) məhkəməsinin təşkili
Rayon (şəhər) məhkəməsi Azərbaycan
Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa), şəhərdəki
rayonlarında təşkil edilir və onun yurisdiksiyası Azərbaycan Respublikasının
müvafiq rayonuna, şəhərinə və ya şəhərdəki rayonuna şamil edilir .
Rayon (şəhər) məhkəməsinin təşkili və olduğu
yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Bir rayonda (şəhərdə) yalnız bir rayon (şəhər) məhkəməsi
təşkil edilə bilər.
Maddə 22. Rayon (şəhər) məhkəməsinin tərkibi
Rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən
ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr
müavini vəzifəsi təsis edilir.
Rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə,
həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.
Rayon (şəhər) məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 23. Rayon (şəhər) məhkəməsi sədrinin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsinin sədri:
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatı
işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət
Heyətində rayon (şəhər) məhkəməsində ədalət mühakiməsinin həyata
keçirilməsi vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Rayon (şəhər) məhkəməsinə bir hakim təyin
olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir.
Maddə 23-1. Rayon (şəhər)
məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə
iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən
edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini
həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi
müddətdə onu əvəz edir.
Maddə 24. Rayon (şəhər) məhkəməsi sədrinin və ya hakiminin əvəz edilməsi
Rayon (şəhər) məhkəməsinin sədri vəzifələrini
yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası Azərbaycan Respublikasının müvafiq
mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra — müvafiq icra
hakimiyyəti orqanı) tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən
birinə həvalə edilir.
Tək tərkibli rayon (şəhər) məhkəməsinin hakimi
vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq başqa rayon (şəhər)
məhkəməsi hakimlərindən birinə həvalə edilir.
V fəsil.
Ağır cinayətlər məhkəmələri
Maddə 25. Ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri
Ağır cinayətlər məhkəməsi birinci
instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə
baxır.
Ağır cinayətlər məhkəməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) məsələsini həll edir, məhkəmə statistikasını təhlil
edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir
və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş
digər səlahiyyətləri həyata keçirir.
Maddə 26. Ağır cinayətlər məhkəməsinin təşkili
Ağır cinayətlər məhkəməsinin təşkili və olduğu
yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi
yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 27. Ağır cinayətlər məhkəməsinin tərkibi
1. Ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən
ibarətdir. Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr
müavini vəzifəsi təsis edilir.
Qanunla nəzərdə tutulmuş hallarda və qaydada
ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin
tərkibində andlılar məhkəməsi yaradıla bilər.
2. Ağır cinayətlər məhkəməsinin hakimlərinin
sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 28. Ağır cinayətlər məhkəməsinin sədrinin səlahiyyətləri
Ağır cinayətlər məhkəməsinin sədri:
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatı
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət
Heyətində ağır cinayətlər məhkəməsində ədalət mühakiməsinin
həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 29. Ağır cinayətlər məhkəməsinin sədr müavininin səlahiyyətləri
Ağır cinayətlər məhkəməsinin sədr müavini:
- məhkəmə iclaslarında
sədrlik edir, ağır cinayətlər məhkəməsi sədri tərəfindən müəyyən
edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı
səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini
yerinə yetirə bilmədikdə onu əvəz edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 30. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin sədr müavininin əvəz
edilməsi
Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin sədr müavini vəzifələrini
yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
V — I fəsil. Naxçıvan Muxtar
Respublikasının ağır cinayətlər məhkəməsi
Maddə 30-1. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi
və onun səlahiyyətləri
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid
edilmiş cinayət işlərinə baxır.
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini,
məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası
qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 30-2. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin
təşkili
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil
edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə
şamil edilir.
Maddə 30-3. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin
tərkibi
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi sədrdən və hakimlərdən ibarətdir.
Qanunla nəzərdə tutulmuş hallarda və
qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu
məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər.
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsinin hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 30-4. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin
sədrinin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsinin sədri:
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatı
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət
Heyətində Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsində
ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu,
təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil
edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
VI fəsil.
Hərbi məhkəmələr
Maddə 31. Hərbi məhkəmə və onun səlahiyyətləri
Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi
qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə, habelə inzibati xətalar
haqqında işlərə baxır.
Hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir,
məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və
ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər
səlahiyyətləri həyata keçirir.
Maddə 32. Hərbi məhkəmənin təşkili
Hərbi məhkəmə Azərbaycan Respublikasının
Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə
alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılır.
Hərbi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq
Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi
yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və
onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil
edilir.
Maddə 33. Hərbi məhkəmənin tərkibi
Hərbi məhkəmə sədrdən və hakimlərdən ibarətdir. Tərkibində
12 və daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir.
Hərbi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 34. Hərbi məhkəmə sədrinin səlahiyyətləri
Hərbi məhkəmənin sədri:
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatı
işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət
Heyətində hərbi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi
vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Hərbi məhkəməyə bir hakim təyin olunmuşsa, o,
həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir.
Maddə 34-1. Hərbi məhkəmə
sədrinin müavininin səlahiyyətləri
Hərbi məhkəmə sədrinin müavini məhkəmə
iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri
həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir,
sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz
edir.
Maddə 35. Hərbi məhkəmə sədrinin və ya hakiminin əvəz edilməsi
Hərbi məhkəmənin sədri vəzifələrini yerinə
yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
Tək tərkibli hərbi məhkəmənin hakimi vəzifələrini
yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq başqa hərbi məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
VII fəsil.
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə
Maddə 36. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə və onun səlahiyyətləri
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə
birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət
işlərinə baxır.
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə
məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini,
məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir. Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Maddə 37. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin təşkili
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun
yurisdiksiyası Azərbaycan Respublikası Silahlı Qüvvələri qornizonlarının bütün
hərbi hissələrinə şamil edilir (Naxçıvan Muxtar Respublikasının ərazisində
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını müvafiq hərbi
məhkəmə həyata keçirir).
Maddə 38. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin tərkibi
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə
sədrdən, onun müavinindən və hakimlərdən ibarətdir.
Qanunla nəzərdə tutulmuş hallarda və qaydada
ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin
tərkibində andlılar məhkəməsi yaradıla bilər.
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin
hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 39. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə sədrinin səlahiyyətləri
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin
sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin,məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;şəxslərinqəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 40. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədr
müavininin səlahiyyətləri
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin
sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin
sədr müavini vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
VIII fəsil.
İnzibati məhkəmələr
Maddə 42. İnzibati məhkəmə və onun səlahiyyətləri
İnzibati məhkəmə birinci instansiya məhkəməsi
kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi
mübahisələrə dair işlərə baxır.
İnzibati məhkəmə məhkəmə statistikasını təhlil
edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir
və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş
digər səlahiyyətləri həyata keçirir.
Maddə 43. İnzibati məhkəmənin təşkili
İnzibati məhkəmə Azərbaycan
Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə
təşkil edilir.
İnzibati məhkəmənin təşkili və olduğu
yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən
olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən
olunur.
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və
onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil
edilir.
Maddə 44. İnzibati məhkəmənin tərkibi
İnzibati məhkəmə sədrdən və hakimlərdən
ibarətdir. Tərkibində 12 və daha çox hakim olan inzibati məhkəmədə sədr
müavini vəzifəsi təsis edilir.
İnzibati məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 45. İnzibati məhkəmə sədrinin səlahiyyətləri
İnzibati məhkəmənin sədri::
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatının
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin
Rəyasət heyətində inzibati məhkəmədə ədalət mühakiməsinin həyata
keçirilməsi vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Yerli iqtisad məhkəməsinə bir hakim təyin
olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir.
Maddə 45-1. İnzibati məhkəmə
sədrinin müavininin səlahiyyətləri
İnzibati məhkəmə sədrinin müavini məhkəmə
iclaslarına sədrlik edir, inzibati məhkəmənin sədri tərəfindən müəyyən edilmiş
məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata
keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə
onu əvəz edir.
Maddə 46. Yerli iqtisad məhkəməsi sədrinin və ya hakiminin əvəz edilməsi
Yerli iqtisad məhkəməsinin sədri vəzifələrini
yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
Tək tərkibli yerli iqtisad məhkəməsinin hakimi
vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq başqa yerli
iqtisad məhkəməsinin hakimlərindən birinə həvalə edilir.
VIII-I fəsil.
Kommersiya məhkəmələri
Maddə 46-1. Kommersiya məhkəməsi və onun səlahiyyətləri
Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi
kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə
baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil
edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və
ümumiləşdirir, Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 46-2. Kommersiya məhkəməsinin təşkili
Kommersiya məhkəməsi Azərbaycan
Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.
Kommersiya məhkəməsinin təşkili və olduğu yer
Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi
yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və
onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil
edilir.
Maddə 46-3.Kommersiya məhkəməsinin tərkibi
Kommersiya məhkəməsi sədrdən və hakimlərdən
ibarətdir. Tərkibində 12 və daha çox hakim olan kommersiya məhkəməsində sədr
müavini vəzifəsi təsis edilir.
Kommersiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 46-4.Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri
Kommersiya məhkəməsinin sədri:
- məhkəmədə işin
təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və
icra intizamına əməl olunmasını təmin edir;
- məhkəmə iclaslarına
sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə
nəzarət edir;
- məhkəmə aparatının
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmənin
Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət
heyətində kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi
vəziyyətinə dair məlumat verir;
- məhkəmə fəaliyyətinin
təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və
ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
- şəxslərin qəbulu,
təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil
edir;
- Azərbaycan
Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata
keçirir.
Maddə 46-5. Kommersiya məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Kommersiya məhkəməsi sədrinin müavini məhkəmə
iclaslarına sədrlik edir, kommersiya məhkəməsinin sədri tərəfindən müəyyən
edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini
həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi
müddətdə onu əvəz edir.
IX fəsil.
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi
Maddə 47. Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
iqtisad məhkəməsi və onun səlahiyyətləri
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə
aid edilmiş iqtisadi mübahisələrə dair işlərə baxır..
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin
təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan
Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata
keçirir.
Maddə 48. Beynəlxalq müqaviləllərdən irəli gələn mübahisələrə dair
iqtisad məhkəməsinin təşkili
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil
edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil
edilir.
Maddə 49. Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
iqtisad məhkəməsinin tərkibi
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsi sədrdən və hakimlərdən ibarətdir.
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsi hakimlərinin sayı Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun
olaraq müəyyənləşdirilir.
Maddə 50. Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
iqtisad məhkəməsi sədrinin səlahiyyətləri
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;Ali Məhkəmənin Plenumunda və İqtisad Məhkəməsinin Rəyasət Heyətində Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin,məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;şəxslərinqəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 51. Beynəlxalq müqavilələrə dair iqtisad məhkəməsi sədrinin əvəz
edilməsi
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə
dair iqtisad məhkəməsinin sədri vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin
icrası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin
hakimlərindən birinə həvalə edilir.
X fəsil.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Maddə 52. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş
qaydada ədalət mühakiməsini həyata keçirir və Naxçıvan Muxtar
Respublikasının ümumi məhkəmələrin işinə nəzarət edir .
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya və apellyasiya
instansiyası məhkəməsidir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun
yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 53. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin tərkibi
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Rəyasət Heyətindən, mülki kollegiyadan, kommersiya kollegiyasından, inzibati
kollegiyadan və cinayət kollegiyasından ibarətdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali məhkəməsi hakimlərinin
tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və
hakimləri daxildirlər.
Qanunla nəzərdə tutulmuş hallarda və qaydada
ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsində andlılar məhkəməsi yaradıla bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin
sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 54. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin
tərkibi və səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət
Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət
tərkibdə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət
Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər
hüquqları vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət
Heyəti:
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimləri sırasından məhkəmə
kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
- Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının
Əsasnaməsini və tərkibini təsdiq edir;
- qanunla müəyyən edilmiş
qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə
Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət
edir.
- Azərbaycan Respublikası
qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və
Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi
vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin,
onun müavininin, kollegiya sədrlərinin, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya
məhkəmələrinin sədrlərinin məlumatlarını dinləyir;
- məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara
baxır;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya
məhkəmələrinə metodik kömək göstərir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 55. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iş
qaydası
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət
Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan
Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və digər
şəxslər Məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. Rəyasət
Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət
Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri
və başqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü
iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə,
səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa
hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Rəyasət Heyətinin qərarlarını və iclas
protokollarını iclasda sədrlik edən imzalayır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı
Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata
keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların
icrası üçün digər zəruri işlər görür.
Maddə 56. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyalarının səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci
instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş
apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
kollegiyası Azərbaycan Respublikası qanunvericilik aktlarının düzgün tətbiq
edilməsi üçün tədbirlər görür, məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini
öyrənir və ümumiləşdirir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi
yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək
göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər
səlahiyyətləri həyata keçirir.
Maddə 57. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri:
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının
işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını
təmin edir;
- Məhkəmə
kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq
qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
- Məhkəmə
kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən
azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması
məsələlərini həll edir;
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini,
xərc smetasını
və işçilərin əmək haqqınımüəyyən edir; - Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid
edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin
mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi
yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin
hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq
Şurasına müraciət edir;
- Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsini təmsil edir;
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun
vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət
Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;
- Ali Məhkəmənin
Plenumunda iştirak edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində
və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin
həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimlərinin və aparatı işçilərinin
ixtisasının artırılması işini təşkil edir;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək
göstərir;
- məhkəmə statistikasının
təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini
təşkil edir;
- məhkəmə təcrübəsinin
öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci
instansiya məhkəmələrindən işləri tələb edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 58. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr
müavini:
- məhkəmə iclaslarında
sədrlik edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri
tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə
onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz
vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 59. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyaları sədrlərinin
səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
kollegiyasının sədri:
- müvafiq məhkəmə
kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin
təşkilinə rəhbərlik edir;
- məhkəmə statistikasının
təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini
təşkil edir;
- məhkəmə təcrübəsinin
öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci
instansiya məhkəmələrindən işləri tələb edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyalarının işini təşkil
edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 60. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin və
kollegiya sədrlərinin əvəz edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin
müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti
bitdikdə onun vəzifələrinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən
birinə havələ edilir.
Məhkəmə kollegiyasının sədri vəzifələrini yerinə
yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin
icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti
olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.
XI fəsil.
Apellyasiya məhkəmələri
Maddə 61. Apellyasiya məhkəməsi
Azərbaycan Respublikası Konstitusiyasının
132-ci maddəsinin I hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki,
kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər
üzrə yuxarı instansiya məhkəməsidir.
Apellyasiya məhkəməsinin təşkili və olduğu yer
Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi
yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 62. Apellyasiya məhkəməsinin tərkibi
Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki
kollegiyadan, kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət
kollegiyasından ibarətdir. Apellyasiya məhkəməsinin kollegiyalarında
işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
Apellyasiya məhkəməsi hakimlərinin tərkibinə
məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri
daxildirlər.
Apellyasiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 63. Apellyasiya məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin
sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət
göstərir.
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə
daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti:
- apellyasiya
məhkəməsininn
hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə
tərkiblərini təşkil edir;
- qanunla müəyyən edilmiş
qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə
Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət
edir;
- Azərbaycan Respublikası
qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya
məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin
ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri
sədrlərinin, məlumatlarını dinləyir;
- apellyasiya
məhkəməsində
baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə
statistikasının təhlili barədə materiallara baxır;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya
məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya
məhkəmələrinə metodik kömək göstərir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 64. Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iş qaydası
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin
iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin
sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
Azərbaycan Respublikası Prokurorluğunun və
müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər
apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.
Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və
müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən
geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar
onlara təqdim olunur.
Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət
Heyətinin iclası səlahiyyətli sayılır.
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə,
səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa
hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Rəyasət Heyətinin qərarlarını və iclas
protokollarını iclasda sədrlik edən imzalayır.
Apellyasiya məhkəməsinin aparatı Rəyasət
Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir,
protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların
icrası üçün digər zəruri tədbirlər görür.
Maddə 65. Apellyasiya məhkəməsi kollegiyalarının səlahiyyətləri
Apellyasiya məhkəməsinin kollegiyaları:
- apellyasiya
instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi
yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri
tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya
şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.
- Apellyasiya
məhkəməsinin
kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini
öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq
edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına
aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər
səlahiyyətləri həyata keçirir.
Maddə 66. Apellyasiya məhkəməsi sədrinin səlahiyyətləri
Apellyasiya məhkəməsinin sədri:
- apellyasiya
məhkəməsinin
işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik
edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
- Məhkəmə
kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq
qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
- Məhkəmə
kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya
məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;
- apellyasiya məhkəməsi aparatı
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- apellyasiya məhkəməsi aparatının
strukturunu, ştat cədvəlini, xərc smetasını
, işçilərin əmək haqqınımüəyyən edir; - apellyasiya məhkəməsi
hakimlərini mükafatlandırırvə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; - Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci
instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin
intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına
müraciət edir;
- apellyasiya məhkəməsini təmsil edir;
- apellyasiya
məhkəməsinin
Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən
edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas
protokollarını imzalayır;
- Ali Məhkəmənin
Plenumunda iştirak edir, həmin apellyasiya məhkəməsinin ərazi
yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və apellyasiya
məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair
məlumat verir;
- apellyasiya məhkəməsi hakimlərinin və aparatı
işçilərinin ixtisasının artırılması işini təşkil edir;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək
göstərir;
- məhkəmə statistikasının
təhlili, apellyasiya məhkəməsində baxılmış işlər üzrə məhkəmə
təcrübəsindən öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
- məhkəmə təcrübəsinin
öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar həmin apellyasiya
məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya
məhkəmələrindən işləri tələb edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 67. Apellyasiya məhkəməsi sədr müavininin səlahiyyətləri
Apellyasiya məhkəməsinin sədr müavini:
- məhkəmə iclaslarında
sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən
edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı
səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini
yerinə yetirə bilmədikdə onu əvəz edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 68. Apellyasiya məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri
Apellyasiya məhkəməsi kollegiyasının sədri:
- müvafiq məhkəmə
kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin
təşkilinə rəhbərlik edir;
- məhkəmə statistikasının
təhlili, apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə
təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
- məhkəmə təcrübəsinin
öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb
edir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyasının işini təşkil
edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 69. Apellyasiya məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin
əvəz edilməsi
Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini
yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin
icrası apellyasiya məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin
məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.
Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini
yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin
icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin
kollegiyanın hakimlərindən birinə həvalə edilir.
XII fəsil.
İqtisad Məhkəməsi
Maddə 70. İqtisad Məhkəməsi
Azərbaycan Respublikası
Konstitusiyasının 132-ci maddəsinin I hissəsinə müvafiq olaraq
İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə
orqanıdır.
İqtisad Məhkəməsi apellyasiya instansiyası məhkəməsi
kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və Beynəlxalq
müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin işinə nəzarət
edir.
İqtisad Məhkəməsi yerli iqtisad məhkəmələrinin
və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin
baxdığı işlərə dair qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya
protestləri üzrə işlərə baxır.
İqtisad Məhkəməsi Bakı şəhərində təşkil
edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil
edilir.
Maddə 71. İqtisad Məhkəməsinin tərkibi
İqtisad Məhkəməsinin tərkibinə məhkəmənin sədri,
sədr müavini və hakimləri daxildirlər.
İqtisad Məhkəməsi Rəyasət Heyətindən və işlərə
baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir.
İqtisad Məhkəməsi hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 72. İqtisad Məhkəməsinin Rəyasət Heyətinin tərkibi və onun səlahiyyətləri
İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin
sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə
fəaliyyət göstərir.
İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə
daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
İqtisad Məhkəməsinin Rəyasət Heyəti:
Azərbaycan Respublikasının iqtisad məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair İqtisad Məhkəməsi sədrinin və onun müavininin, yerli iqtisad məhkəmələri sədrlərinin və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi sədrinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir;qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir;qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 73. İqtisad Məhkəməsi Rəyasət Heyətinin iş qaydası
İqtisad Məhkəməsinin Rəyasət Heyətin üç ayda
bir dəfədən az olmayaraq çağırılır. İqtisad Məhkəməsinin sədri İqtisad Məhkəməsinin
Rəyasət Heyətinin iclaslarında sədrlik edir.
Azərbaycan Respublikasının Baş prokuroru, müvafiq
icra hakimiyyəti orqanının rəhbəri və digər şəxslər Məhkəmənin Rəyasət Heyətinin
iclaslarına dəvət oluna bilərlər.
İqtisad Məhkəməsi Rəyasət Heyətinin
çığırılması vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin
üzvlərinə və dəvət edilən digər şəxslərə ən geci 10 gün qalmış məlumat verilir,
qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
İqtisad Məhkəməsi Rəyasət Heyətinin üzvlərinin
üçdə iki hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.
İqtisad Məhkəməsi Rəyasət Heyətinin qərarları
açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul
olunur.
İqtisad Məhkəməsinin Rəyasət Heyətinə sədrlik
edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Rəyasət Heyəti baxılan məsələlər üzrə qərarlar
qəbul edir. Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasa sədrlik
edən imzalayır.
İqtisad Məhkəməsinin aparatı Rəyasət
Heyətinin iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir,
protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların
icrası üçün digər zəruri işlər görür.
Maddə 74. İqtisad Məhkəməsi sədrinin səlahiyyətləri
İqtisad Məhkəməsinin sədri:
İqtisad Məhkəməsinin işinin təşkilinə və onun aparatının işinə rəhbərlik edir, İqtisad Məhkəməsində əmək və icra intizamına əməl olunmasını təmin edir;məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq məhkəmə tərkibləri arasında bölüşdürür;məhkəmə tərkiblərinin təşkil edilməsinə dair İqtisad Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;İqtisad Məhkəməsi aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;İqtisad Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müəyyən edir;İqtisad Məhkəməsinin hakimlərinin, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada İqtisad Məhkəməsi, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;İqtisad Məhkəməsini təmsil edir;İqtisad Məhkəməsi Rəyasət Heyətinin iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;Yerli iqtisad məhkəmələrində, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsində və İqtisad Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair İqtisad Məhkəməsinin Rəyasət Heyətinə məlumat verir;İqtisad Məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar yerli iqtisad məhkəmələrindən və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsindən işləri tələb edir;şəxslərinqəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 75. İqtisad Məhkəməsi sədrinin müavininin səlahiyyətləri
İqtisad Məhkəməsi sədrinin müavini:
məhkəmə iclaslarında sədrlik edir, İqtisad Məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 76. İqtisad Məhkəməsi sədr müavininin əvəz edilməsi
İqtisad Məhkəməsi sədrinin müavini vəzifələrini
yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası İqtisad Məhkəməsi sədrinin sərəncamı
ilə müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilir.
XIII fəsil. Ali Məhkəmə
Maddə 77. Ali Məhkəmə
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və
ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya
və inzibati mübahisələrə dair), cinayət işləri, inzibati xətalara
dair və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə
kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual
qaydada ədalət mühakiməsini həyata keçirir, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
fəaliyyətinə nəzarət edir.
Ali Məhkəmə
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun
yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 78. Ali Məhkəmənin tərkibi
Ali Məhkəmənin
tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və
hakimləri daxildirlər.
Ali Məhkəmə
Plenumdan və kassasiya kollegiyasından ibarətdir.
Ali Məhkəmədə
mülki kollegiya, kommersiya kollegiyası, inzibati kollegiya və cinayət
kollegiyası təşkil edilir.
Ali Məhkəmə
hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Qanunların
düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin
hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət
göstərir.
Ali
Məhkəmədə hakimlərdən ibarət tərkibdə intizam kollegiyası təşkil edilir.
Maddə 79. Ali Məhkəmənin
Plenumu və onun səlahiyyətləri
Ali Məhkəmənin
plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və
hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir.
Ali Məhkəmənin
Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər
hüquqları vardır.
Ali Məhkəmənin Plenumu:
- Azərbaycan Respublikası
məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair
məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət
mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin,
onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri
sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və
digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını
dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə
statistikasının təhlili barədə materiallara baxır;
- Ali Məhkəmə sədrinin
təklifinə əsasən Ali Məhkəmənin hakimləri sırasından məhkəmə
kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
- Ali Məhkəmə sədrinin
təqdimatına əsasən Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının
Əsasnaməsini və tərkibini təsdiq edir;
Ali Məhkəmənin Plenumunun izahlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə hakimlərin və vətəndaşların müraciətlərinə baxır;məhkəmələr tərəfindən baxılan işlər üzrə tətbiq edilən normativ aktlarda şəxslərin hüquq və azadlıqlarının pozulması barədə onların müvafiq məhkəmələrin vasitəsilə verilmiş müraciətlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir (bu halda məhkəmə icraatı Konstitusiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək dayandırılır);hakimlərin müraciətlərinə əsasənAzərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir;- Azərbaycan
Respublikası Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq
Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə
Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxır və müvafiq rəyi
sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası
Prezidentinə təqdim edir;
- Azərbaycan
Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə
təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir, verilmiş
izahların aktuallığını təmin etmək məqsədilə onların yenilənməsini təşkil
edir;
- qanunla müəyyən edilmiş
hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan
Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti
əsasında əlavə kassasiya işlərinə və yaxud hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə
baxır;
- Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq
Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə
müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir;
- Azərbaycan Respublikası
hakimlərinin andını qəbul edir;
- qanunvericiliklə
müəyyən edilmiş hallarda, Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş
şikayətlərə baxır;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 79-1. Ali Məhkəmə tərəfindən
vahid məhkəmə təcrübəsinin formalaşdırılması
Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin
həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi
və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə
formalaşdırılır.
Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə
təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin
Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair
verdiyi izahlar vasitəsilə formalaşdırır.
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində
məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində
sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə
baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar
qəbul edir.
Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən
maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan
nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi
sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı
1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin
təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir.
Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin
Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.
Maddə 80. Ali Məhkəmənin Plenumunun iş qaydası
Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az
olmayaraq çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına
sədrlik edir.
Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya
məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri,
Azərbaycan Respublikasının Baş prokuroru və müvafiq
icra hakimiyyəti orqanın rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun
iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların
pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin
baxılmasında müdafiə tərəfin iştirakı təmin edilir. Ali Məhkəmənin Plenumunun
iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.
Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və
müzakirə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən
digər şəxslərə Plenuma ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri
və başqa materiallar onlara təqdim olunur.
Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi
iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır.
Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə
yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin
Plenumunun üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər.
Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa
hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər
şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya
qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla
əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər. Plenum baxılan məsələlər
üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik
edən imzalayır.
Ali Məhkəmənin aparatı Plenumun
iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun
aparılmasını təmin edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri
işlər görür.
Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə
qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam
verilməsi haqqında məhkəmə qərarları səsvermədə iştirak edən Plenum
iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.
Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından
ötən dövr ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual, Mülki Prosessual
və İnzibati Prosessual məcəllələrində müəyyən edilmiş qaydada müvafiq
kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları)
nəzərdən keçirir və Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər
üzrə mövcud izahına dəyişikliklər edir və ya yeni izah verir.
Maddə 81. Ali Məhkəmə kollegiyalarının səlahiyyətləri
Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə
baxılır:
- apellyasiya
məhkəmələrinin
baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və
kassasiya protestləri üzrə işlərə;
İqtisad Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin
apellyasiya instansiyası məhkəməsi kimibaxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; - qanunla müəyyən edilmiş
hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə
dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri
üzrə işlərə;
- qanunla müəyyən edilmiş
qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi
təqdimatlar üzrə işlərə.
Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını
təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan
Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata
keçirir.
Maddə 82. Ali Məhkəmə kollegiyalarının iş qaydası
Ali Məhkəmə səlahiyyətinə aid edilmiş işlərə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hədlərdə
kollegiyaların iclaslarında baxır.
Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə
tərkibləri yaradılır.
Məhkəmə kollegiyalarının işinə rəhbərliyi
kollegiyanın sədrləri həyata keçirirlər. Məhkəmə kollegiyalarının sədrləri
Ali Məhkəmə sədrinin müavinləridir.
Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri
Ali Məhkəmənin sədri:
- Ali Məhkəmənin işinin
təşkilinə və onun aparatının işinə rəhbərlik edir, Ali Məhkəmədə
əmək və icra intizamına əməl olunmasını təmin edir;
- Ali Məhkəmə
kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar
arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir,
başqa vəzifələri bölüşdürür;
- Ali Məhkəmənin
hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin
Plenumuna təkliflər verir;
- aidiyyətə dair
mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının
hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir;
- Ali Məhkəmə aparatının
işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və
intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
- Ali Məhkəmə aparatının
strukturunu, ştat cədvəlini, xərc smetasını
, işçilərinin əmək haqqınımüəyyən edir; - Azərbaycan Respublikası
hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif
verir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə
cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə
Məhkəmə-Hüquq Şurasına müraciət edir;
Ali Məhkəmənin intizam kollegiyasını yaradır;- məhkəmələrdən işləri
tələb edir;
- qanunla müəyyən edilmiş
hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə
kassasiya qaydasında təqdimatlar verir;
- qanunla müəyyən edilmiş
hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin
Plenumunatəqdimatlar verir;
- Ali Məhkəməni təmsil
edir; Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını,
gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun
qərarlarını və iclas protokollarını imzalayır;
- Ali Məhkəmənin
Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış
məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair
məlumat verir;
Ali Məhkəmənin Plenumunun izahlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Ali Məhkəmənin Plenumuna müraciət edir;- Ali Məhkəmənin
hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini
təşkil edir;
- məhkəmə statistikasının
təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini
təşkil edir;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək
göstərir;
- şəxslərin qəbulu, təklif, ərizə
və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 84. Ali Məhkəmənin sədr müavininin səlahiyyətləri
Ali Məhkəmənin sədr müavini:
- məhkəmə iclaslarında
sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri
həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata
keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə
onu əvəz edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 84-1. Ali Məhkəmənin kollegiya sədrinin səlahiyyətləri
Ali Məhkəmə kollegiyasının sədri:
- müvafiq məhkəmə
kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin
təşkilinə rəhbərlik edir;
- işlərin kargüzarlıq
qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri
bölüşdürür;
- məhkəmə statistikasının
təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini
təşkil edir;
- məhkəmə təcrübəsinin
öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb
edir;
- Ali Məhkəmənin
Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi
vəziyyətinə dair məlumat verir;
- qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək
göstərir;
- şəxslərin qəbulu,
təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini
təşkil edir;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 85. Ali Məhkəmənin sədr müavininin və kollegiya sədrlərinin əvəz
edilməsi
Ali Məhkəmə sədrinin müavini vəzifələrini
yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin
icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin
kollegiya sədrlərinin birinə həvalə edilir.
Ali Məhkəmənin kollegiya sədri vəzifələrini
yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin
icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın
hakimlərindən birinə həvalə edilir.
XIV fəsil.
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin təşkilati təminatı
Maddə 86. Məhkəmələrin fəaliyyətinin təşkili
Müvafiq
icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin, Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimləri
istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması (Məhkəmə-Hüquq
Şurasının müraciətinə əsasən), birinci instansiya məhkəmələrinin fəaliyyəti
üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq
normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki
təminatını həyata keçirir.
Məhkəmə-Hüquq Şurası məhkəmə
statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə
kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin
edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər
görür. Məhkəmə-Hüquq Şurası birinci və apelyasiya instansiyası məhkəmələrində
bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində
sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr
müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti
olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə
yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda isə hakimin vəzifələrinin
icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə
etmək hüququna malikdir.
Məhkəmə-Hüquq Şurası bu Qanunun 19-cu maddəsinin
birinci hissəsində göstərilən məhkəmələrdə kargüzarlığın aparılması, o cümlədən
işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və
elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən
edir.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimləri istisna olmaqla, bu Qanunla müəyyən
edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri
olduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə
xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.
Maddə 87. Məhkəmələrin fəaliyyətinə dair statistika
Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hər yarım ildə bir dəfədən
az olmayaraq statistika hesabatı tərtib edilir. Müvafiq məhkəmə sədrləri
statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə məsuldurlar.
Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə
dair statistika hesabatının formalarını müəyyənləşdirir və bu hesabatları dərc
edir.
Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair
statistika hesabatlarını ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin
təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir, bu barədə
Məhkəmə-Hüquq Şurasını məlumatlandırır.
Məhkəmə statistikası, həmçinin «Elektron məhkəmə»
informasiya sistemi vasitəsilə elektron qaydada aparılır.
Maddə 88. Məhkəmələrin aparatları
Məhkəmələrin fəaliyyətinin hüquqi, təşkilati,
informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək məqsədilə
məhkəmələrdə məhkəmə aparatı, Ali Məhkəmə, apellyasiya məhkəmələri və
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində və digər məhkəmələrdə məhkəmə
aparatları fəaliyyət göstərir.
Məhkəmələrin aparatları və katiblikləri təşkil
edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçi nəzərdə tutulmalı, məhkəmələrdə
dəftərxana, kitabxana, arxiv, təsərrüfat xidməti fəaliyyət göstərməli, şəxslərin
qəbulu, qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası, məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi və məhkəmə statistikasının aparılması ilə məşğul olan məsləhətçilər
olmalı, kargüzarlığın, məhkəmə tərəfindən çıxarılmış qərarların və onlarla
bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin
edilməlidir.
Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu
həyata keçirirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul
müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.
Məhkəmə aparatlarının strukturunu, ştat cədvəlini,
xərc smetasını, işçilərinin əmək haqqını müvafiq
icra hakimiyyəti orqanı, Ali Məhkəmə, apellyasiya məhkəmələri və
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatlarının strukturunu,
ştat cədvəlini, xərc smetasını, işçilərinin əmək haqqını isə müvafiq
olaraq Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin sədrləri,digər məhkəmə aparatlarının
strukturunu, ştat cədvəlini Məhkəmə-Hüquq Şurası, xərc smetasını isə müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Məhkəmə aparatının və katibliyin işçiləri
attestasiyadan keçir və onlara müvafiq rütbə dərəcələri verilir. Attestasiyanın
keçirilməsi və rütbə dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Məhkəmə aparatının işçiləri mütəmadi olaraq
müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və
ixtisasının artırılmasına cəlb edilirlər. Məhkəmə aparatı işçilərinin peşə
hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi Məhkəmə-Hüquq Şurasının
müraciəti əsasında həyata keçirilir.
Maddə 89. Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi
Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi, məhkəmələrin
binalarının, əmlakının və məhkəmə icraatı ilə bağlı sənədlərinin mühafizəsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 90. Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi
Məhkəmələr tərəfindən ədalət mühakiməsinin
prosessual qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə lazımi şərait
yaradılmasından ötrü hər bir məhkəmə:
- xüsusi təchiz edilmiş
binalarla, məhkəmə hakimyyətinin rəmzləri (Azərbaycan Respublikasının
Dövlət bayrağı, Dövlət gerbi və ədalət mühakiməsinin rəsmi emblemi) və
hakimlərin xüsusi geyimləri ilə, zəruri nəqliyyat vasitələri və
təşkilati-texniki qurğularla;
- blanklar, ştamplar,
məhkəmənin adı və dövlət gerbi həkk olunmuş möhürlə təmin edilir.
Azərbaycan Respublikasının hakimlərinə onların
statusunu təsdiq edən xidməti vəsiqələr verilir.
Məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı
dövlət büdcəsi hesabına həyata keçirilir.
Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca
maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki
bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur.
Müvafiq
icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən
edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını
vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər.
Birinci instansiya və apellyasiya məhkəmələrinin
maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra
hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi
alınır.
Maddə 91. Məhkəmələrin beynəlxalq əlaqələri
Azərbaycan Respublikasının qanunvericiliyində və
beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla
əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq
icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan
Muxtar Respublikasının Ali Məhkəməsi ilə birbaşa həyata keçirir.
İkinci
bölmə. Hakimlər
XV fəsil.
Hakimlərin statusu
Maddə 92. Hakimlər və onların statusunun eyniliyi
Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün
qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin
sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən
eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin
olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan
başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında
iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın
əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.
Hakimlər onların statusunu təsdiq edən xidməti vəsiqəyə
malikdirlər. Xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən müəyyən edilir.
XVI fəsil.
Hakimlərin təyin edilməsi
Maddə 93. Hakim vəzifəsinə namizədlərə aid tələblər
Azərbaycan Respublikası
Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı
30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali
hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan
Respublikası vətəndaşları hakim ola bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında
öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli
pozuntularına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir
olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, barəsində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam
qaydasında azad edilmiş şəxslər hakim ola bilməzlər.
Maddə 93-1. Məhkəmə-Hüquq Şurası
Məhkəmə-Hüquq Şurası Azərbaycan
Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin
müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili,
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi,
vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr
və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə
hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.
Məhkəmə-Hüquq Şurasının təşkili, fəaliyyətinin
hüquqi əsasları və səlahiyyətləri bu qanunla və Məhkəmə-Hüquq Şurası haqqında
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
Maddə 93-2. Hakimlərin Seçki Komitəsi
Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası
tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata
keçirən orqandır.
Hakimlərin Seçki Komitəsinin fəaliyyəti bu
Qanunla, Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu ilə,
habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi
haqqında Əsasnamə ilə tənzimlənir.
Maddə 93-3. Hakim vəzifəsinə namizədlərin seçilməsi
Hakim vəzifəsinə namizədlər yazılı və
şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar
Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.
İmtahanların nəticələri Hakimlərin Seçki
Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün
formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər.
İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər
avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi
tədris müəssisəsində təşkil edilir.Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə
namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Təlim mərhələsinə
keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata
keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir
və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir
Təlim mərhələsi başa çatdıqdan sonra hər
bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən
təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri
ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi
bal sistemi ilə aparılır.
Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən
topladıqları ballara uyğun sıralanırlar.
Namizədlərin qiymətləndirilməsinin nəticələri
Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant
hakim vəzifələrinin sayına müvafiq olaraq, hakim vəzifəsinə təyin edilməsi barədə
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına təqdimat verir.
Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə
təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya
prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim
vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər.
Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş
qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində
hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.
Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə
əsasında seçilirlər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən
təşkil edilir.
İmtahanların və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən
qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad
hoc komissiyanı cəlb edə bilər.
Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə
keçmiş namizədləri topladıqları ballara uyğun sıralayır.
Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına
təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin
sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir.
Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə
nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə
namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.
Vakant hakim
vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən
müəyyən edilir.
Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası
Azərbaycan Respublikası Konstitusiyasının
126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza,
hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə
malik olan şəxslər bu qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş
prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə
müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər.
Bu maddənin birinci hissəsində nəzərdə
tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas
ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində
elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır. (2021-ci il yanvarın 1-dən tətbiq edilir)
Hakim vəzifəsindən öz arzusu ilə azad
olunaraq, bu Qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan
orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq
Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən
edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər.
Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında
inzibati vəzifəyə və ya prokurorluq işçisi kimi prokurorluğa qulluğa qəbul
edilmiş şəxslər Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun
94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə
bilərlər.
Maddə 94. Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və
məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin
edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu
bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin
edir.
Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə
bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər
təyin oluna bilərlər.
Naxçıvan Muxtar Respublikası məhkəmələrinə hakim
vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri iştirak edir.
Azərbaycan Respublikası məhkəmələrinin sədrləri,
sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin
hakimləri sırasından 5 il müddətinə təyin edilirlər və bir qayda olaraq həmin
vəzifəyə iki dəfədən artıq təkrarən təyin oluna bilməzlər. Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
sədrləri istisna olmaqla, Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr
müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq
Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır.
Maddə 95. Hakimlərin andı
Təyin olunmuş hakimlər vəzifələrinin icrasına
başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan
Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içirlər:
«Ədalət mühakiməsini Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz,
ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqiliyini və ləyaqətini qoruyub
saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm».
Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin
qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür.
Hakimlərin səlahiyyətləri and içdiyi vaxtdan
başlayır.
Hakimlər andın mətninə imza edir və bu sənəd
hakimlərin şəxsi işində saxlanılır.
XVII fəsil.
Hakimlərin səlahiyyətləri
Maddə 96. Hakimlərin səlahiyyət müddəti
Hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə
təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris
kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir.
Təyin olunduqdan
dərhal sonra onlar peşə hazırlığı məqsədilə müvafiq icra hakimiyyəti orqanının
tədris-elm müəssisəsində Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş
qaydada təlimə cəlb edilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyəti
qiymətləndirilir.
Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar
edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək—65
yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından
istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət
müddəti 70 yaşınadək artırıla bilər.
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi
68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.
Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində
peşəkar çatışmazlıq aşkar edilərsə, onun səlahiyyətləri uzadılmır.
Hakimin fəaliyyətinin qiymətləndirilməsi Məhkəmə-Hüquq
Şurası haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq həyata
keçirilir.
İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti
başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Maddə 96-1. Hakimlərin Qiymətləndirilməsi Komitəsi
Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların peşə hazırlığının
artırılması üzrə ehtiyacların müəyyən edilməsi işinin aparılması məqsədilə
formalaşdırılan orqandır.
Hakimlərin
Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla, “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq
Şurasının qəbul etdiyi Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə
və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası
ilə tənzimlənir.
Maddə 97. Hakimlərin dəyişilməzliyi
Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər
səlahiyyət müddətində dəyişilməzdirlər.
Hakimlər öz razılığı olmadan başqa vəzifəyə dəyişdirilə
bilməz.
Bu qanunla müəyyən edilmiş əsaslar istisna
olmaqla, hakimlər vəzifədən kənarlaşdırıla və onların səlahiyyətlərinə xitam
verilə bilməz.
97-1.
Hakimlərin ezam edilməsi
Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq
Şurasının qərarına əsasən 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına,
habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində
və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin
yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət
olduqda, bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 1 ilədək uzadıla
bilər.
Məhkəmə-Hüquq Şurasının Aparatına və ya
müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam
edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və
imtiyazları saxlanılır.
Ezam edilmiş hakim özünün və ya ezam edildiyi
qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə
qaytarılır.
Birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini
yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, Məhkəmə-Hüquq
Şurası həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək
müddətə ezam edə bilər.
Maddə 98. Hakimlərin hüquqları
Ədalət mühakiməsinin həyata keçirilməsi üçün
hakimlər bu Qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər.
Hakimlər müstəqillik, dəyişməzlik, toxunulmazlıq,
öz manafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət tərəfindən
təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına
malikdirlər.
Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər:
- qanunla üzərlərinə
qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının
yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən
tələb etmək;
- qanun pozuntularının
törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması
haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə
təqdimatlar vermək;
- ədalət mühakiməsinin
həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar
almaq;
- intizam məsuliyyətinə
cəlb edilməsi ilə əlaqədar şikayət etmək;
- öz xahişi ilə tutduğu
vəzifədən azad olunması barədə ərizə vermək.
Hakimlər Azərbaycan Respublikasının prosussual
qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara da malikdirlər.
Dövlət orqanları, idarə, müəssisə və təşkilatlar,
hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata
keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinə yetirməyə
borcludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 99. Hakimlərin vəzifələri
Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
- ədalət mühakiməsini
həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək,
məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli
və qərəzsiz olmaq;
- müşavirə otağının
sirrini qorumaq, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları
gizli saxlamaq;
- ədalət mühakiməsinin
nüfuzuna, hakimin yüksək adına, şərəf və layaqətinə xələl gətirən hər
hansı hərəkətdən çəkinmək.
Hakimlərin digər vəzifələri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Hakim ədalət mühakiməsini həyata keçirərkən
baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək, həmin qərara dair fikir
bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə
icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
Maddə 99-1. Hakimlərin Etik Davranış Kodeksi
Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin
etika prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün
spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən
kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.
Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq
Şurası tərəfindən təsdiq edilir.
XVIII fəsil.
Hakimlərin müstəqilliyi
Maddə 100. Hakimlərin həvəsləndirilməsi
Azərbaycan Respublikası Konstitusiyasının
127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və
yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.
Hakimlərin müstəqilliyi onların səlahiyyəti
dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə
təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının
və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin
müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş
qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət
qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin
təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və
sosial təminatlar verilir.
Məhkəmə qərarları hakimlərin sərbəst daxili
inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda,
o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.
Maddə 101. Hakimlərin toxunulmazlığı
Azərbaycan Respublikası Konstitusiyasının
128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət
başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi
axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində
cinayət təqibi həyata keçirilə bilməz.
Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə,
xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf
yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.
Hakimi cinayət başında tutmuş cinayət təqibi
orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat
verir. Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin
həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə, dərhal Məhkəmə-Hüquq Şurasına
bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat
müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata
Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müavininin iştirakı ilə
baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu
qərar dərhal Azərbaycan Respublikasının Baş prokuroruna təqdim edilir.
Məhkəmə-Hüquq Şurasının razılığı olduqda,
cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam
etdirilir. Belə razılıq olmadıqda, cinayət başında tutulmuş hakim dərhal azad
edilir.
Digər hallarda hakim haqqında cinayət təqibinin
həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş
prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılır. Məhkəmə-Hüquq
Şurasının razılığı olduqda, hakim barəsində cinayət təqibi Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
Haqqında cinayət təqibinin həyata keçirilməsinə
razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin
icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.
Səlahiyyətlərinin icrasına müvəqqəti
buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla
xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.
Cinayət təqibini istisna edən digər hallarda,
habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda hakim vəzifəsidən kənarlaşdırılır.
Hakimin vəzifəsindən kənarlaşdırılması Azərbaycan
Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri
xitam edilmiş hesab olunur.
Məhkəmə səhvləri nəticəsində proses
iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi
əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda
və qaydada dövlət tərəfindən ödənilir.
Maddə 102. Hakimlərin təhlükəsizliyi
Hakimlərin təhlükəsizliyini təmin etmək məqsədi
ilə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada xidməti silah verilə bilər. Hakimlərin öz səlahiyyətlərini icra etdikləri
bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti
silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri
hallarda onların təhlükəsizliyi təmin edilir.
Maddə 103. Hakimlərin hərbi çağırışdan və hərbi toplanışdan azad olunması
Hakimlər səlahiyyət müddətində hərbi çağırışdan və
hərbi toplanışdan azad olunurlar.
Maddə 104. Hakimliklə bir araya sığmayan fəaliyyət
Azərbaycan Respublikası
Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq hakimlər heç
bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və
siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Maddə 105. Hakimlərin siyasətsizləşdirilməsi
Hakim vəzifəsinə təyin olunmuş şəxslər andiçmədən
qabaq siyasi partiyanın və ya digər siyasi təşkilatların üzvlüyündən
çıxmalıdır. Bu barədə verilmiş ərizə hakimlərin şəxsi işlərinə əlavə edilir.
Hakim vəzifəsinə təyin olunmuş şəxslər siyasi
partiyanın və ya başqa siyasi təşkilatın üzvlüyündən çıxmadan hakim vəzifəsinin
icrasına buraxılmırlar.
Maddə 105-1. Hakimlərin ictimai birlikləri (assosiasiyaları)
Hakimlər ümumi maraqlar əsasında birləşərək,
könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında öz ictimai
birliklərini təsis edə bilərlər.
Hakimlərin ictimai birliklərinin fəaliyyətinin
əsas məqsədləri hakimləri birləşdirməkdən, onların müstəqilliyinin möhkəmləndirilməsindən,
məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir.
XIX fəsil.
Hakimlərin maddi və sosial təminatı
Maddə 106. Hakimlərin maddi təminatı
Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə
maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə
maaşına əlavə ödənilir:
- Ali Məhkəmənin sədrinə
3550 manat həcmində;
- Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə
sədrinin vəzifə maaşının 90 faizi həcmində;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifə maaşı həcmində;- ağır cinayətlər
məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər
məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya
məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi
həcmində;;
- digər məhkəmələrin
sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;
- bütün məhkəmələrin sədr
müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
- Ali Məhkəmənin,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya
məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə
maaşının 85 faizi həcmində;
- bütün məhkəmələrin
hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində
müəyyən edilir.
Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi
dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45
faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin
edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5
ilinə görə eyni həcmdə əlavə haqq verilir. (1)
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin
ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad
olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə
hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli,
sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik
yardım ödənilir.
Hakimin fəaliyyəti dövründə onun əmək haqqının
məbləği aşağı salına bilməz.
Maddə 107. Hakimlərin məzuniyyətinin müddəti və haqqı
Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət
verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək
haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilir.
İllik məzuniyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin,
apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimlərinə müvafiq məhkəmə sədri tərəfindən, digər məhkəmələrin hakimlərinə isə
Məhkəmə-Hüquq Şurası tərəfindən verilir.
Hakim illik məzuniyyətdən istənilən səbəbdən
istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə
görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir
Maddə 108. Hakimlərin mənzillə təmin edilməsi
Təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil
şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu
gündən 6 ay müddətində müvafiq
icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin edilməlidirlər.
Müvafiq
icra hakimiyyəti orqanları bu maddənin birinci hissəsinə uyğun olaraq Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərini mənzillə təmin edir, onlara mənzil
verilənədək yaşayış sahəsinin kirayəsi xərclərini ödəyirlər.
Maddə 109. Hakimlərin sosial müdafiəsi
Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi
hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin
icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin
davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma,
travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə
birdəfəlik müavinət ödənilir.
Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar
məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların
ailə üzvlərinə tam həcmdə ödənilir.
Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən
olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan
Respublikasının dövlət büdcəsindən ödənilir.
Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə
müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı
verilir.
Hakimlərin, sabiq hakimlərin və onların ailə
üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Azı 5 il hakim işləmiş və pensiya yaşına
çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq
aşağıdakı miqdarda pensiya təyin edilir:
§
5
il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta əmək
haqqının 45 faizi miqdarında;
§
5
ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları
istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı
hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə
olunmaqla;
§
10
ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları
istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı
hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə
olunmaqla, lakin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə.
Əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil
edilir.
Bu maddənin beşinci hissəsinin müddəaları bu
Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına
çatmış sabiq hakimlərə də şamil edilir.
XX fəsil.
Hakimlərin həvəsləndirilməsi, səlahiyyətlərinə xitam verilməsi və intizam məsuliyyəti
Maddə 110. Hakimlərin həvəsləndirilməsi
Hakimlər vəzifələrini nümunəvi yerinə
yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət
mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq
Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:
§ qiymətli hədiyyə ilə
mükafatlandırmaq;
§ fəxri fərman ilə təltif
etmək;
§ fəxri döş nişanı ilə təltif
etmək;
§ hakimin təltif olunmasına
dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.
Maddə 111. Hakimlər barəsində intizam icraatının başlanılmasına dair
müraciət üçün səbəblər
Hakimlər barəsində intizam icraatının
başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi
olduqda edilir:
- fiziki və hüquqi
şəxslərin şikayətləri;
- mediada dərc olunmuş
məlumatlar;
- işlərə apellyasiya və
ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun
pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi
qərarlar;
- İnsan hüquqları üzrə
Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları;
- hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları;
- intizam icraatının
başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər
məlumatlar.
Maddə 111-1. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları
Hakimlər yalnız aşağıdakı əsaslara görə
intizam məsuliyyətinə cəlb edilir:
- işlərə baxarkən
qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda;
- hakim etikasını
pozduqda;
- əmək və icra intizamı
haqqında qanunvericiliyin tələblərini pozduqda;
- Korrupsiyaya
qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci
maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə;
- Korrupsiyaya
qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu
maddəsində göstərilən hüquqpozmaları törətdikdə;
- hakim adına ləkə
gətirən hərəkətə yol verdikdə.
Maddə 112. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası
Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq
Şurası başlaya bilər. Bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə
cəlb edilmə əsaslarının əlamətləri olduqda Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə
intizam icraatını başlamalı, Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri isə intizam icraatının
başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidirlər.
Fiziki və hüquqi şəxslər hakimlər tərəfindən
bu Qanunun 111-1-ci maddəsinin altıncı abzasında hakimlər üçün müəyyən edilmiş
intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar
olduqda, Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.
Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə birinci,
apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında
intizam icraatına başlayır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri
haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət
edir.
Apellyasiya məhkəmələrinin sədrləri müvafiq
apellyasiya məhkəmələrinin hakimləri, habelə həmin məhkəmələrin ərazi
yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri
haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət
edirlər.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin
sədri həmin məhkəmənin hakimləri, habelə Beynəlxalq müqavilələrdən irəli gələn
mübahisələrə dair iqtisad məhkəməsinin hakimləri və yerli iqtisad məhkəmələrinin
hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq
Şurasına müraciət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
sədri həmin məhkəmənin hakimləri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri
haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət
edir.
Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri
haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət
edir.
Hakimlər haqqında intizam icraatı intizam
pozuntusunun aşkar edildiyi gündən bir il və törədildiyi gündən üç il müddətində
başlana bilər.
Hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının qərarına
əsasən intizam məsuliyyətinə cəlb edilirlər.
Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə
aşağıdakı qərarlardan birini qəbul edir:
- hakimə irad tutulması
haqqında;
- hakimə töhmət verilməsi
haqqında;
- hakimin vəzifədə aşağı
salınması barədə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
- hakimin iş yerinin
dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
- hakimin
səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
- intizam
icraatına xitam verilməsi haqqında.
Bu qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş hakimlərin intizam məsuliyyətinə
cəlb edilməsinin əsaslarından asılı olaraq hakimlərə, bir qayda olaraq,
aşağıdakı cəzalardan biri verilir:
§ işlərə baxarkən qanunvericiliyin tələblərinin dəfələrlə və ya kobudcasına
pozulmasına görə—hakimə töhmət verilir və ya hakimin iş yerinin dəyişdirilməsi
barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
§ hakim etikasının pozulmasına görə—hakimə irad tutulur və ya töhmət verilir,
yaxud hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
§ əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərinin pozulmasına
görə—hakimə irad tutulur və ya töhmət verilir, yaxud hakimin iş yerinin
dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
§ «Korrupsiyaya qarşı
mübarizə haqqında»
Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə
xarakterli tələblərə əməl edilməməsinə görə—hakimə irad tutulur və ya töhmət
verilir;
§ «Korrupsiyaya qarşı
mübarizə haqqında»
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüqüqpozmaların
törədilməsinə görə—hakimə töhmət verilir və ya hakimin iş yerinin
dəyişdirilməsi, yaxud hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
§ hakim adına ləkə gətirən hərəkətlərə yol verilməsinə görə—hakimə irad
tutulur və ya töhmət verilir, yaxud hakimin vəzifədə aşağı salınması barədə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir.
İntizam
məsuliyyətinə cəlb edilmə haqqında qərardan şikayət verilməmişsə, o qəbul
edildiyi vaxtdan iyirmi gün sonra qüvvəyə minir.
Həmin
müddət ərzində intizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq
Şurasının qərarından Ali Məhkəmənin Plenumuna şikayət verilə bilər.
Ali
Məhkəmənin Plenumu üç ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını
qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Şuraya
təqdim edir. Ali Məhkəmənin Plenumunun qərarı qətidir.İntizam məsuliyyətinə cəlb
edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə Ali
Məhkəmənin Plenumunda baxılarkən həmin qərarlarla bağlı Məhkəmə-Hüquq Şurasının
iclaslarında səsvermədə iştirak etmiş Şuranın üzvləri Plenumun iclaslarında səsvermədə
iştirak etmirlər.
Hakimlər
cəza verildiyi gündən bir il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişsə,
intizam məsuliyyətinə cəlb edilməmiş sayılırlar.
Hakimlərin
intizam məsuliyyəti məsələsinə bu Qanunla və Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 112-1. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən
çıxmaq barədə yazılı ərizəsinə baxılması
Barəsində
intizam icraatı başlanılmış (bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş
icraat istisna olmaqla) hakim tutduğu vəzifədən çıxmaq barədə ərizə verdikdə,
hakim barəsindəki intizam icraatına və onun səlahiyyətlərinə xitam verilməsi
barədə qərar qəbul edilir.
İntizam
icraatı bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 10-cu və 11-ci bəndlərində
nəzərdə tutulmuş əsaslara görə başlanılmışdırsa, hakimin tutduğu vəzifədən
çıxmaq barədə ərizəsinə icraatının materialları ilə eyni vaxtda baxılır və qərar
qəbul edilir.
Hakimin
intizam icraatının başlanılmasına əsas olmuş hərəkətlərində cinayət əməlinin əlamətləri
olduğu hallarda onun ərizəsi nəzərə alınmaqla səlahiyyətlərinə xitam verilir və
toplanılmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir.
Maddə 113. Hakimlərin səlahiyyətlərinə
xitam verilməsinin əsasları
Hakimlərin
səlahiyyətlərinə onların səlahiyyət müddəti (uzadılmış səlahiyyət müddəti)
qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən xitam verilir.
Hakimlərin
səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) öz
arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə;
2)
hakim vəzifəsindən kənarlaşdırıldıqda;;
3) fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən
edildikdə;
4) vəfat
etdikdə;
5) məhkəmə
tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
6) bu
Qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi
aşkar edildikdə;
7)
tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
8) Azərbaycan
Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını
qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
9) əmək
qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar
vəzifəsini yerinə yetirə bilmədikdə;
10)
bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində
iki dəfə intizam cəzası verildikdə;
11)
işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda;
12)
«Məhkəmə-Hüquq Şurası haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin
edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar
aşkar edildikdə.
Əmək
qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən
edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə hakimə onun orqanizminin
funksiyalarının pozulması faizinə uyğun əlillik qrupu müəyyən edilməklə ən
azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür.
Maddə 114. Hakimlərin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi qaydası
Bu
Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci, 8-ci (hakimin başqa
dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət qarşısında öhdəlik
götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar
olduqda hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq
Şurası öz təşəbbüsü ilə intizam icraatına başlayır, Ali Məhkəmənin sədri isə
intizam icraatının başlanılması haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edir.
İntizam
icraatı nəticəsində bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci,
8-ci (hakimin başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət
qarşısında öhdəlik götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə
tutulmuş əsasların mövcudluğu müəyyən edildikdə, habelə bu Qanunun 113-cü maddəsinin
ikinci hissəsinin 12-ci bəndində nəzərdə tutulmuş əsas olduqda, Məhkəmə-Hüquq
Şurası hakimin səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti
orqanına təklif verilməsi haqqında qərar qəbul edir. Hakimin səlahiyyətlərinə
onu təyin etmiş orqan tərəfindən vaxtından əvvəl xitam verilir.
Bu
Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci, 3—5-ci, 8-ci (hakimin Azərbaycan
Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu bəndlərində nəzərdə
tutulmuş əsaslar olduqda hakimin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən
vaxtından əvvəl xitam verilir.
XXI fəsil. Andlı iclasçılar
Maddə 115. Andlı
iclasçılara aid tələblər
Andlı
iclasçılar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
hallarda və qaydada məhkəmələrdə işlərə baxılmasına cəlb olunan və andlı
iclasçıların siyahısına daxil edilən Azərbaycan Respublikası vətəndaşlarıdır.
Andlı
iclasçıların siyahılarına aşağıdakı şəxslər daxil edilmirlər:
seçki hüququna malik olmayanlar;andlı iclasçıların siyahıları tərtib edilənədək 25 yaşına çatmayanlar;ikili vətəndaşlığı olanlar;digər dövlətlər qarşısında öhdəliyi olanlar;əvvəllər məhkum olunmuşlar və ya cinayət törətməkdə şübhə və ittiham edilənlər;fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilənlər.
İrqindən, milliyyətindən, dinindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər
hallardan asılı olmayaraq vətəndaşların andlı iclasların siyahılarına daxil
edilməsinə məhdudiyyət qoyulmasına yol verilmir.
Andlı iclasçıların siyahılarından aşağıdakı vətəndaşlar
çıxarılır;
məhkəmə icraatının aparıldığı dili bilməyənlər;lal, kar, kor əlillər;fiziki, psixi qüsurları tibbi sənədlərlə təsdiq edilən və buna görə də andlı iclasçı vəzifələrini yerinə yetirmək imkanından məhrum olanlar;70 yaşına çatanlar;qanunvericilik və icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri, hakimlər, prokurorlar, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarının rəhbər və əməliyyat işçiləri, müstəntiqlər, vəkillər, notariuslar;hərbi qulluqçular;din xadimləri.
Maddə 116. Andlı iclasçıların vəzifələrinin icrasından azad edilməsi əsasları
Andlı iclasçılar aşağıdakı hallarda məhkəmə
iclasına sədrlik edən hakim tərəfindən vəzifələrinin icrasından azad edilirlər:
andlı iclasçıların bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;andlı iclasçılara qanunsuz təsir göstərilməsi, onların qərəzli fikirdə olması, işin hallarını prosessual qanunvericiliyində nəzərdə tutulmayan mənbələrdən bilmələri, eləcə də digər səbəbdən onların obyektivliyinə əsaslı şübhə yarandıqda;andlı iclasçılar üzürlü səbəbdən vəzifələrinin icrasından azad olunmağa dair yazılı ərizə verdikdə.
Maddə 117. Andlı iclasçıların siyahısının tərtib edilməsi
Müvafiq
icra hakimiyyəti orqanının rəhbərliyi hər iki il yarımdan bir həmin rayonda
(şəhərdə) fəaliyyət göstərən andlılar məhkəməsinin fəaliyyətinin təmin edilməsi
üçün həmin ərazidə yaşayan vətəndaşlardan ibarət ümumi və ehtiyatda olan andlı
iclasçıların siyahısını tərtib edir.
Andlı iclasçıların ehtiyat siyahısına daxil
olan vətəndaşların sayı andlı iclasçıların ümumi siyahısına daxil edilmiş bütün
şəxslərin dörddə birindən çox olmamalıdır.
Andlı iclasçıların zəruri sayı müvafiq məhkəmə
sədrləri tərəfindən müəyyən edilir və bu barədə müvafiq icra hakimiyyətinə təqdimat
verilir.
Andlı iclasçıların ümumi və ehtiyat
siyahısının tərtib edilməsi müddətini və qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 118. Andlı iclasçıların ümumi və ehtiyat siyahıları
Müvafiq
icra hakimiyyəti orqanı məhkəmə sədrinin təqdimatına uyğun olaraq rayon (şəhər)
üzrə seçicilərin siyahısı əsasında təsadüfi seçmə yolu ilə andlı iclasçıların
ümumi siyahısını tərtib edir. Bundan sonra andlı iclasçılara aid bu Qanunda nəzərdə
tutulmuş tələblərə uyğun gəlməyən şəxslərin adları siyahıdan çıxarılır.
Andlı iclasçıların ümumi siyahısının tərtib
edilməsi barədə müvafiq
icra hakimiyyəti orqanı əhaliyyə məlumat verir, bir ay müddətində vətəndaşları
siyahılarla tanış edir və daxil olan ərizələrə baxır.
Müvafiq
icra hakimiyyəti orqanı andlı iclasçıların ümumi siyahısı ilə bir vaxtda
onların ehtiyat siyahısını də tərtib edir və həmin siyahıya məhkəmənin yerləşdiyi
rayonun (şəhərin) mərkəzində yaşayan vətəndaşları daxil edir.
Andlı iclasçıların ümumi və ehtiyat siyahıları
müvafiq
icra hakimiyyəti orqanı rəhbərinin imzası və möhürü ilə təsdiq edildikdən
sonra müvafiq məhkəməyə təqdim olunur.
Əhalini məlumatlandırmaq üçün andlı
iclasçıların ümumi və ehtiyat siyahıları mətbuatda dərc edilir.
Dövlət orqanları, müəssisə, idarə və təşkilatlar,
vətəndaşlar hər hansı şəxsin siyahıya qanunsuz salınması və ya salınmaması,
yaxud onların siyahıdan çıxarılması və siyahıdakı digər səhvlər barədə müvafiq
icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edə bilərlər.
Müvafiq
icra hakimiyyəti orqanı daxil olmuş ərizələrə yeddi gün müddətində baxır və
qərar qəbul edir. Həmin qərardan beş gün ərzində rayon (şəhər) məhkəməsinə
şikayət verilə bilər. Məhkəmə üç gün ərzində şikayətə baxır və onun qərarı qətidir.
Müvafiq
icra hakimiyyəti orqanı andlı iclasçıların siyahılarını mütəmadi yoxlamağa
və zərurət olduqda onları dəyişməyə, andlı iclasçı olmaq hüququnu itirmiş şəxsləri
siyahıdan çıxarıb, əlavə seçilmiş şəxsləri siyahıya daxil etməlidir.
Siyahıya edilən dəyişikliklər və əlavələr
müvafiq məhkəməyə yeddi gün müddətində təqdim olunmalıdır.
Maddə 119. Andlı iclasçıların siyahılarına dair məlumatların təqdim
edilməsi
Vətəndaşlar, dövlət orqanları, müəssisə, idarə
və təşkilatların vəzifəli şəxsləri müvafiq
icra hakimiyyəti orqanının sorğusuna əsasən andlı iclasçıların siyahısının
tərtib edilməsi üçün zəruri məlumatları verməyə borcludurlar.
Bu məlumatların təqdim olunmaması, eləcə də
yanlış məlumatların təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
Maddə 120. Andlı iclasçıların vəzifələrinin icrasına çağırılması
qaydası və müddəti
İşlərə baxılması üçün zəruri olan sayda andlı
iclasçıların çağırılmasını işə baxan məhkəmə sədrinin sərəncamı ilə məhkəmə
aparatı həyata keçirir.
Andlı iclasçıların qanunda nəzərdə tutulmuş tələblərə
uyğun gəlmədiyi müəyyən edildikdə onların andlı iclasçıların siyahısından
çıxarılması barədə məhkəmənin sədri müvafiq
icra hakimiyyəti orqanına məlumat verir.
Andlı iclasçılar məhkəmədə öz vəzifələrinin
icrasına ildə bir dəfə on beş gün müddətinə çağırılırlar. Başlanmış işlərə
baxılması ilə əlaqədar bu müddət işə baxılıb qurtaranadək uzadılır.
Maddə 121. Andlı iclasçıların iş yerinin və əmək haqqının saxlanılması
Andlı iclasçıların məhkəmədə vəzifələrini icra
etdikləri müddətdə iş yeri, orta əmək haqqı və digər ödənişləri saxlanılır.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə,
idarə və təşkilatlarda işləyən andlı iclasçıların məhkəmədə öz vəzifələrinin
icrası ilə əlaqədar əmək haqqı onların iş yerindən, sahibkarlıq, kommersiya və
digər müəssisələrdə işləyən andlı iclasçıların əmək haqqı isə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.
Andlı iclasçıların məhkəmədə öz vəzifələrini
icra etdikləri müddətdə işlədikləri müəssisə, idarə və təşkilat müdiriyyətinin
təşəbbüsü ilə işdən çıxarılmasına yol verilmir.
Maddə 122. Andlı iclasçıların müstəqilliyinin və toxunulmazlığının təminatı
Andlı iclasçıların müstəqilliyi məhkəmə
hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə
tutulmuş qaydada həyata keçirilməsi, məhkəmədə işlərə baxılarkən öz vəzifələrini
sərbəst icra etməsi, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət
qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi və andlı iclasçıların
toxunulmazlığı ilə təmin edilir.
Andlılar məhkəməsində vəzifələrini icra edən
andlı iclasçılar tərəfindən müraciət olduqda onların şəxsi təhlükəsizliyi, əmlakının
mühafizəsi təmin edilir. Andlılar məhkəməsində vəzifələrini icra edən andlı
iclasçıların həyatı və sağlamlığı qanunvericiliyə uyğun olaraq icbari qaydada
dövlət tərəfindən sığortalanır. Andlı iclasçı vəzifələrinin icrası ilə əlaqədar
həlak olduqda (vəfat etdikdə) və ya işini davam etdirməsinə imkan verməyən dərəcədə
xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericiliklə
nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir.
Məhkəmə səhvləri nəticəsində proses
iştirakçısına yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə andlı iclasçılar
öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş
hallarda və qaydada dövlət tərəfindən ödənilir.
Maddə 123. Andlı iclasçıların öz vəzifələrinin icrasına mane olmağa
görə məsuliyyət
Müəssisə, idarə və təşkilatların rəhbərləri,
digər vəzifəli şəxslər və vətəndaşlar andlı iclasçıların vəzifələrinin icrasına
mane olduqda qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Keçid
müddəaları
1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
2. Bu Qanun qüvvəyə mindiyi gündən onun qəbul edilməsindən
əvvəl seçilmiş hakimlərin maddi və sosial təminatı barədə müddəalar istisna
edilməklə məhkəmə quruluşuna və hakimlərin statusuna dair qüvvədə olan Azərbaycan
Respublikasının qanunvericilik aktları qüvvədən düşür.
3. Azərbaycan Respublikasının rayon (şəhər) xalq
məhkəmələri və hərbi qarnizon tribunalları bu Qanunun qüvvəyə mindiyi gündən
müvafiq olaraq Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr
adlandırılır.
4. Azərbaycan Respublikasında fəaliyyət göstərən
məhkəmələr bu Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni
prosesual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətləri həyata keçirirlər.
5. Bu Qanun qəbul edilənədək seçilmiş Azərbaycan
Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni
hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb
qurtardığı gündən bitmiş hesab olunur.
6. Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq
islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul edildikdən sonra qüvvəyə
minir.
7. Hakimlərin maddi və sosial müdafiəsinə dair
müddəalar bu Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə aiddir. (3)
7. Bu Qanunun 96-cı maddəsinin müddəaları
2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil
edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət
müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların
fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir. Fəaliyyəti məqbul
qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin
edilirlər:
- 15 ilə qədər hakimlik
stajı olanlar—10 il müddətinə, lakin son yaş həddini — 65 yaşı keçməmək
şərti ilə;
- 15 il və daha çox
hakimlik stajı olanlar—son yaş həddinə—65 yaşınadək.
Səlahiyyəti 10 il müddətinə uzadılmış hakimlərin
səlahiyyət müddəti başa çatdıqdan sonra onların səlahiyyətlərinin yenidən
uzadılması qiymətləndirmə əsasında bu Qanunla müəyyən edilmiş ümumi qaydada həyata
keçirilir.
Son yaş həddinə çatmış hakimin peşəkarlığından
istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət
müddəti 70 yaşınadək artırıla bilər.
8. Müəyyən müddətə hakim vəzifəsinə təyin
edilmiş şəxsin digər hakim vəzifəsinə keçirilməsi onun səlahiyyət müddətini
artırmır. Hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət
müddəti hüdudlarında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyun 1997-ci il
№ 310-IQ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 413).
2 aprel 1999-cu il tarixli, 646-IQ nömrəli; 8 iyun
1999-cu il tarixli, 679-1QD nömrəli; 5 oktyabr 1999-cu il tarixli, 706-IQD nömrəli;
16 fevral 2001-ci il tarixli, 76-IIQD nömrəli; 24 aprel 2001-ci il tarixli,
125-IIQD nömrəli; 2 iyul 2001-ci il tarixli, 172-IIQD nömrəli; 19 oktyabr
2001-ci il tarixli, 210-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD
nömrəli qanunlara; 29 aprel, 2003-cü il tarixli Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarına və 20 iyun 2003-cü il tarixli, 489-IIQD nömrəli;
30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli,
597-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 8 iyun 2004-cü
il tarixli, 684-IIQD nömrəli; 11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli; 1
sentyabr 2004-cü il tarixli, 726-IIQD nömrəli; 28 dekabr 2004-cü il tarixli,
817-IIQD nömrəli; 14 iyun 2005-ci il tarixli, 939-IIQD nömrəli; 30 dekabr
2005-ci il tarixli, 52-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD
nömrəli; 17 aprel 2007-ci il tarixli, 319-IIIQD nömrəli; 8 may 2007-ci il
tarixli, 330-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 19
oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 25 dekabr 2007-ci il tarixli,
523-IIIQD nömrəli; 22 fevral 2008-ci il tarixli, 551-IIIQD nömrəli; 4 iyul
2008-ci il tarixli, 665-IIIQD nömrəli; 16 dekabr 2008-ci il tarixli, 741-IIIQD
nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli; 22 iyun 2010-cu il
tarixli, 1043-IIIQD nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 1092-IIIQD nömrəli;
18 mart 2011-ci il tarixli, 92-IVQD nömrəli; 21 dekabr 2012-ci il tarixli,
520-IVQD nömrəli; 27 dekabr 2013-cü il tarixli, 856-IVQD nömrəli; 20 iyun
2014-cü il tarixli, 1008-IVQD nömrəli; 20 iyun 2014-cü il tarixli, 1010-IVQD
nömrəli; 30 dekabr 2014-cü il tarixli, 1168-IVQD nömrəli; 24 fevral 2015-ci il
tarixli, 1202-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1236-IVQD nömrəli; 20
oktyabr 2015-ci il tarixli, 1393-IVQD nömrəli; 31 may 2016-cı il tarixli,
268-VQD nömrəli; 28 oktyabr 2016-cı il tarixli, 377-VQD nömrəli; 29 noyabr
2016-cı il tarixli, 438-VQD nömrəli; 25 aprel 2017-ci il tarixli, 626-VQD nömrəli;
13 iyun 2017-ci il tarixli, 747-VQD nömrəli; 20 oktyabr 2017-ci il tarixli,
813-VQD nömrəli; 15 dekabr 2017-ci il tarixli, 927-VQD nömrəli; 6 mart 2018-ci
il tarixli, 1028-VQD nömrəli; 4 may 2018-ci il tarixli, 1123-VQD nömrəli; 29
iyun 2018-ci il tarixli, 1230-VQD nömrəli; 28 dekabr 2018-ci il tarixli,
1437-VQD nömrəli; 28 dekabr 2018-ci il tarixli, 1405-VQD nömrəli; 12 iyul
2019-cu il tarixli, 1647-VQD nömrəli; 9 iyul 2019-cu il tarixli, 1632-VQD nömrəli;
29 noyabr 2019-cu il tarixli, 1708-VQD nömrəli; 19 may 2020-ci il tarixli,
108-VIQD nömrəli; 20 dekabr 2021-ci il tarixli, 436-VIQD nömrəli (2021-ci il
yanvarın 1-dən tətbiq edilir); 22 iyun 2021-ci il tarixli, 351-VIQD nömrəli
(2022-ci il iyulun 1-dən qüvvəyə minir); 29 iyun 2022-ci il tarixli, 568-VIQD
nömrəli (2022-ci il sentyabrın 1-dən qüvvəyə minir); 8 iyul 2022-ci il tarixli,
582-VIQD nömrəli; 17 fevral 2023-cü il tarixli 809-VIQD nömrəli; 29 mart
2024-cü il tarixli, 1115-VIQD nömrəli (2024-cü il iyunun 1-dən qüvvəyə minir); 7 noyabr 2024-cü il tarixli,
65-VIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.
1) Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 23 yanvar 2001-ci il tarixli Qərarına əsasən «Məhkəmələr
və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin
ikinci hissəsinin müddəaları bu qanuna əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə
onların qanun qəbul edilənədək olan hakimlik stajı nəzərə alınmaqla şamil
edilir.
2) Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarına əsasən 109-cu
maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində
aldıqları vəzifə maaşları» dedikdə axırıncı iş yerlərində hakim kimi aldıqları
vəzifə maaşları başa düşülməlidir.
3) Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 29 aprel 2003-cü il tarixli Qərarına əsasən «Məhkəmələr
və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun «Keçid müddəaları»nın
7-ci bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə
və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab
edilsin.