12.02.2020
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə
icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda “Biləcəri Təmir
Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin
çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, “Cənnət Park” Mənzil Tikinti Kooperativinin “Biləcəri Təmir
Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə, 16 nömrəli İnşaat İstehsalat Təsərrüfat
Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı
boruların “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz
sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti Kooperativinə qaytarılması
və s. tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 416-cı, 418.1-ci və
418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılsın.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.