25.01.2020
Fərhad Abdullayevin
sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və onun
vəkilinin çıxışlarını, işin materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki,
S.Fərəcovun S.Mustafayevaya qarşı mənzildən çıxarılması və mənzilin
boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli
qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə
və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416-cı, 418.1-ci, 418.2-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən
düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə
yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.