Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi "Nəsimi ili" ilə əlaqədar 650 min ağacın əkilməsi kampaniyasında iştirak edib

Новости

2019 Dec

06.12.2020

Konstitusiya Məhkəməsinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünə qoşulmuş, dekabrın 6-da keçirilmiş tədbirdə fəal iştirak etmişdir.