2018-07-06 Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanıb

Новости

2018 Jul

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Bu, bizim üçün çox önəmli bir hadisədir. Konstitusiya Məhkəməsi ədalət mühakiməsi orqanı kimi hər bir hüquqi, demokratik dövlətdə mühüm əhəmiyyət kəsb edir. İyirmi illik fəaliyyəti dövründə Konstitusiya Məhkəməsinin səlahiyyətlərində bir sıra dəyişikliklər edildi. Bu gün biz sevinc hissi ilə deyirik ki, Konstitusiya Məhkəməsi cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanıb və qəbul etdiyi qərarlarla hüququn bir çox sahələrinə təsir göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlığı uğurla həyata keçirdiyini qeyd edən Fərhad Abdullayev Məhkəmənin öz fəaliyyətində bundan da faydalandığını deyib. “Biz çalışırıq ki, öz fəaliyyətimizlə cəmiyyətdə insan hüquqlarının müdafiəsinə, hüquq mədəniyyəti sahəsində qarşılıqlı anlaşmanın təmin edilməsinə töhfə verək”, - deyə o bildirib.

Sədr Bakıda keçirilən “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini də vurğulayıb. Fərhad Abdullayev beynəlxalq konfransda müxtəlif ölkələrdən Konstitusiya məhkəmələrinin 50-dək sədr və hakiminin iştirak etdiyini söyləyib.