2018-05-10 Konstitusiya Məhkəməsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Новости

2018 May

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətlə Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabana gələrək Məhkəmənin banisi olan Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini hörmət və ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.