2008-02-15 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşmüşdür

Новости

2019 Feb

Fevralın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşmüşdür.Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev qardaş ölkələrimizin əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə və inkişafına çalışdığını deyən Hüseyn Avni Qarslıoğlu əlaqələrin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonağa xatirə hədiyyəsi təqdim etmişdir.