2004-11-27 Konstitusiya Məhkəməsinin nümayəndə heyətinin Koreya Respublikasına səfəri

Новости

2004 Nov

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən daxil olmuş dəvətnamə əsasında xarici konstitusiya nəzarəti orqanları ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq çərçivəsində 2004-cü il noyabr ayının 24-dən 27-dək Seul şəhərində rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Koreya Respublikası Konstitusiya Məhkəməsinin Sədri Yonq Çul Yun, Ali Məhkəməsinin Sədri Yonq Yanq Çoy, məhkəmələrin hakimləri və aparat rəhbərliyi ilə görüşlər keçirilmiş, vətəndaşlar və hüquqi şəxslər tərəfindən məhkəməyə verilən ərizələrin qısa müddətdə və dəqiq öyrənilməsi, bu sahədə Koreya məhkəmələrində tətbiq olunan yeni texnologiyalar, şikayətlərin məhkəmə icraatına qəbul edilməsi və onların vasitəsi ilə vətəndaşın hüquq və azadlıqlarının təmin olunması üsulları görüşlərin əsas müzakirə mövzusu olmuşdur. 

Görüşlər zamanı Koreya Respublikasının yüksək məhkəmə orqanlarının rəhbərləri Azərbaycan Respublikasının məhkəmə orqanları ilə əməkdaşlıq etməyə böyük maraq göstərdiklərini və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacib olduğunu qeyd etmişlər. Nümayəndə heyətinə Beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Quliyev, İşlər müdiri A.Hümbətov və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi İ.Abutalıbov daxil idi