2013-09-13 Sədr müavini xanım Sona Salmanova Ankarada keçirilən “Milli və beynəlxalq səviyyədə aidiyyət mübahisələri və Aidiyyət Mübahisələri Məhkəməsi” mövzusundakı beynəlxalq konfransda iştirak etmişdir

Новости

2013 Sep

Cari ilin 18-23 sentyabr tarixlərində  Türkiyə Respublikasının Ankara şəhərində “Milli və beynəlxalq səviyyədə aidiyyət mübahisələri  və Aidiyyət Mübahisələri  Məhkəməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Türkiyə Respublikasının Aidiyyət Mübahisələri Məhkəməsinin sədri  Serdar Özgüldür çıxış edərək qonaqları salamlamış və Konfransın təntənəli açılışını elan etmişdir.
Konfransda Türkiyə, Fransa, Makedoniya,  Kosova,  Pakistan,  Qazaxıstan, Şimali Kipr Türk Cumhuriyyətinin Konstitusiya Məhkəmələrinin və Aidiyyət Mübahisələri Məhkəmələrinin sədr, sədr müavinləri  və hakimləri iştirak etmişlər.
Tədbirdə Türkiyə Respublikasının Aidiyyət MübahisələriMəhkəməsinin sədri  Serdar Özgüldürün dəvəti ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini sədr müavini xanım Sona Salmanova təmsil  etmişdir.
Xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində beynəlxalq hüququn əsas  prinsiplərinin tətbiqi” mövzusunda çıxış etmişdir.
Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç konfransda iştirak edən nümayəndə heyətləri, o cümlədən Azərbaycan Respublikasının  nümayəndə heyəti ilə görüş keçirmiş, fikir mübadiləsi aparmışdır.
Konfransda insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, məhkəmə aidiyyəti, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri, bu mövqelərin milli qanunvericilik prosesinə təsiri, milli konstitusiya məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qarşılıqlı əlaqəsi və s. məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Türkiyə Respublikasının Aidiyyət Mübahisələri Məhkəməsinin və tədbirdə iştirak edən ölkələrin yüksək məhkəmə orqanlarının bir sıra nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.