2013-04-29 Konstitusiya Məhkəməsinin sədri Rusiyada rəsmi səfərdə olmuşdur

Новости

2013 Apr

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə aprelin 24-dən 26-dək Sankt-Peterburqda rəsmi səfərdə olmuşdur.
 
Səfər çərçivəsində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri və hakimləri arasında görüşlər keçirilmişdir.
 
Görüşlərdə Konstitusiya Məhkəməsi qərarlarının icrası, konstitusiya nəzarəti orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələr, konstitusiya ədalət mühakiməsi sahəsində yeni meyllər və digər məhkəmə təcrübəsi ilə bağlı hüquqi məsələlər müzakirə edilmişdir. Eyni zamanda, hər iki məhkəmə arasında əlaqələrin inkişafı məsələsi və məhkəmə hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələr aparılmışdır.
 
Səfərdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri Rafael Qvaladze və Mahir Muradov iştirak etmişlər.